Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Solidarizm
Solidarizm — təsanüdçülük, həmrəylik anlayışlarını ifadə edir. Həmrəyçilik ideyası XIX əsrin sonu - XX əsrin əvvəllərində əhəmiyyətli dərəcədə genişlənmişdir. Onun nəzəri əsası Oqüst Kontun cəmiyyətdə vahid tam kimi baxışı, sosioloji doktrinası idi. Solidarizm nəzəriyyəsinin banisi Emile Durkheimdir. Solidarizm nəzəriyyəsi Sosializmə və Kapitalizmə alternativ bir nəzəriyyə kimi yaradılmışdır. Həmrəylik şüarları altında 1890-cı ildə Parisdə "sosial tərbiyyə konqresi" yığıldı. 1891-ci ildə isə Parisdə Sosial Elmlər nəzdində "həmrəylik fəlsəfəsi" üzrə xüsusi kurslar təşkil olundu. Solidarizm siniflər arası rəqabəti rədd edirdi. Emile Durkheim Marksın “problemin səbəbi siniflər arası ziddiyyətlərdir” fikrini qəbul etmir. Kapitalistlərin də israrla önə sürdüyü “siniflər arası rəqabət inkişafa aparır” fikri ilə razılaşmır.