Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Solində Müqəddəs Pyotr və Musa kilsəsi
Solində Müqəddəs Pyotr və Musa kilsəsi (xorv. Krunidbena crkva sv. Petra i Mojsija) və ya Boş kilsə (xorv. Šuplja crkva) — Solində yerləşən XI əsrin ortalarına aid Roman memarlığı üslubunda tikilmiş tarixi abidə. Abidə Yadro çayının sahilində, Salin şəhərinin qədim qəbiristanlıqlarından birinin ərazisində yerləşir. Bu kilsə Xorvat krallarının tacqoyma yeri hesab olunurdu, çünki 1075-ci ildə Dmitar Zvonimirin tacqoyma mərasiminin burada keçirilməsi və tacın Papa VII Qriqorinin vəkili Gebizon tərəfindən qoyulmasına dair sənədli sübutlar vardır.. == Tarixi və memarlığı == Müqəddəs Pyotr və Musa Kilsəsi VI əsrə aid xristian qəbiristanlığı bazilikasının yerində tikilmişdir. Transepti və böyük çıxıntılı apsidalı içəridən və xaricdən yarımdairəvi formadadır. İlk kilsənin qalıqları bugünə kimi də qalır. Arxeoloqların təbəqələrin stratiqrafiyası əsasında apardıqları tədqiqatlar onu deməyə əsas verir ki, əvvəlki kilsə, onun memarlıq elementlərindən ibarət olan yeni tacqoyma kilsəsi tikilməzdən əvvəl sökülüb.