Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Solində Müqəddəs Pyotr və Musa kilsəsi
Solində Müqəddəs Pyotr və Musa kilsəsi (xorv. Krunidbena crkva sv. Petra i Mojsija) və ya Boş kilsə (xorv. Šuplja crkva) — Solində yerləşən XI əsrin ortalarına aid Roman memarlığı üslubunda tikilmiş tarixi abidə. Abidə Yadro çayının sahilində, Solin şəhərinin qədim qəbiristanlıqlarından birinin ərazisində yerləşir. Bu kilsə Xorvat krallarının tacqoyma yeri hesab olunurdu, çünki 1075-ci ildə Dmitar Zvonimirin tacqoyma mərasiminin burada keçirilməsi və tacın Papa VII Qriqorinin vəkili Gebizon tərəfindən qoyulmasına dair sənədli sübutlar vardır.. Müqəddəs Pyotr və Musa Kilsəsi VI əsrə aid xristian qəbiristanlığı bazilikasının yerində tikilmişdir. Transepti və böyük çıxıntılı apsidalı içəridən və xaricdən yarımdairəvi formadadır. İlk kilsənin qalıqları bugünə kimi də qalır. Arxeoloqların təbəqələrin stratiqrafiyası əsasında apardıqları tədqiqatlar onu deməyə əsas verir ki, əvvəlki kilsə, onun memarlıq elementlərindən ibarət olan yeni tacqoyma kilsəsi tikilməzdən əvvəl sökülüb.
Sufa və Holitdə İsrail tank ekipajlarının döyüşü
Sufa və Holitdə İsrail tank ekipajlarının döyüşü — Qəzzədə müharibə zamanı 7 oktyabr 2023-cü ildə Karakal batalyonundan olan 20 yaşlı yeddi İsrail tank heyətinin "Həmas" silahlı qüvvələri ilə döyüşü. Qadınlardan ibarət olan İsrail qüvvələri 17 saat fasiləsiz döyüşərək RPQ və digər silahlarla təchiz edilmiş yaraqlıları məğlub etmişdir. Nəticədə 50-yə yaxın "Həmas" döyüşçüsü məhv edilərək cənubda hücumun davamının qarşısı alınmışdır. İDF-nin məlumatına görə, gənc qadınlar Qərbdə 17 saat davam edən aktiv döyüşlərdə iştirak edən ilk qadın tank ekipajları idi. Avstraliya Müdafiə Assosiasiyasının direktoru Nil Ceymsin qeyd etdiyi kimi, bu, çox güman ki, tarixdə qadın zirehli bölmənin müharibədə ilk dəfə iştirak etməsi halı olmuşdur.