Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Koşatina
Pişik əti — Cənub-Şərqi Asiya ölkələrində və Çində yaşayan şərq xalqlarının mətbəxində istifadə edilən pişik əti. Pişik ətindən Afrika və Latın Amerikasında yaşayan bir sıra xalqlar da kulinariyalarında pişik ətindən istifadə edirlər. Cənubi Amerikada pişik ətindən ən çox Afrika mənşəli perulular istifadə edirlər. Hər il sentyabr ayında La Kebrada şəhərində keçirilən Müqəddəs İfegeniya festivalında pişik ətindən yeməklər hazırlanması metodları nümayiş etdirilir. Kamerunda yaşayan bir sıra xalqların mədəni irsinə aid mənbələrə əsasən hətta belə bir inam aşılanır ki, pişik ətindən hazırlanan xüsusi yemək insanlara xoşbəxtlik gətirir. == Xarici keçid == Sarah Hartwell. Cats — friend or food? // Статья на сайте Messybeast.com (ing.) (Yoxlanılıb 18 oktyabr 2015) Website on cat meat in southern China (Yoxlanılıb 18 oktyabr 2015) Кошатина — это вкусно. И наплевать на SARS (Yoxlanılıb 18 oktyabr 2015) "The countries where people still eat cats and dogs for dinner" (ingilis). BBC News UK. 12/04/2017.
Sonata
Sonata (it. sonata, sonare) — İtalyan dilindən tərcümədə "səslənmək" mənasını verir. Kamera-instrumental musiqinin əsas janrlarından biri. Müasir anlayışda sonata bir və ya iki alət üçün silsilə sonata formasında yazılmış bir əsərdir.
Sabatina Ceyms
Sabatina Ceyms və ya Sabatina (tam adı: Sabatina Ceyms, alm. Sabatina James‎; 1982) — Pakistanlı Avstriya yazıçısı. Onun əsərləri avtobioqrafik səciyyə daşıyır və islamdan xristian katolik dininə keçməsi ilə bağlı məsələlərdən bəhs edir. Sabatina Ceyms Pakistanın Dhadar şəhərində müsəlman ailəsində anadan olmuşdur. On yaşında olarkən ailəsi ilə birlikdə Avstriyanın Linz şəhərinə köçmüşdür. Sabatina orada böyük istiqanlılıqla qəbul edilmişdi və hər kəs, xüsusilə də müəllimləri ailənin yeni mühitə inteqrasiyasını istəyirdilər. Sabatina qısa müddət ərzində Avstriya cəmiyyətinə uyğunlaşır və assimilyasiya olunur. Valideynləri Avstriyada müvəqqəti məskunlaşmağı nəzərdə tutduqlarından bu vəziyyətdən xoşnud olmurlar. Qızlarına qarşı tətbiq etdikləri məhdudiyyətlər təsirli olmadığından ailə Sabatinanı Lahora göndərib əmisi oğlu ilə evləndirmək qərarına gəlir. Beləcə, valideynləri Sabatinanı Pakistanda qoyur və o, burada mədrəsəyə getməyə məcbur edilir.
Roqaşka-Slatina
Roqaşka-Slatina (sloven. Rogaška Slatina) — Sloveniyanın şərqində bolneoloji (əsasən müalicəvi sular) kurort şəhəri. Sele şəhərindən 45 km, paytaxt Lyublyanodan 82 km məsafədə yerləşdir. Şəhər "Donat Mg adlı müalicəvi suyu ilə məşhurdur. Roqaşka-Slatina — Sloveniyanın və Avropanın ən qədim və məşhur kurort şəhərlərindən biridir. Slatina vadisi qədim zamanlardan məlumdur. Roma imperiyasına aid olan Petovium Celeia adlı yolun qalıqlarının bu ərazidə aşkarlanması, Roqaşkanın Roma dövründən bəri məşhur olmasını ehtimal etməyə əsas verir. Həmin ərazinin yaxınlığında Roma fibulası və qəpikləri aşkar edilmişdir. Həmin vaxtdan etibarən Donat Mg suyunun müalicəvi xüsusisəyyətləri məlum olmuşdur. Bu suyun müalicəsi xassələri barədə əfsanələr yaranmış, ziyarətçilərin sayı artmışdır.
Sonata Arctica
Sonata Arctica — Finlandiya power metal qrupu, 1996-cı ildə Finlandiyanın Kemi şəhərində Toni Kakko, Jani Liimatainen, Marko Paasikoski, Tommi Portimo və Pentti Peura tərəfindən yaradılıb. Əvvəlcə qrup "Tricky Beans" adlanırdı. Onlar "Tricky Beans" qrupu kimi hard rock janrı ilə oxumağa başladılar. 1997-ci ildə "Sonata Arctica" adı ilə fəaliyyətinə davam edir və 1999-cu ildə onların üslubu tamamilə dəyişir. Habelə Toni Kakkonun vokal səsi də dəyişir. Dəyişikliklərdən sonra qrup 1999-cu ildə "UnOpened" və "Wolf & Raven" sinqllarını, eləcə də "Ecliptica" adlı ilk studio albomu buraxıldı və albom 30,000 nüsxədən çox satıldı. Beləliklə, "Sonata Arctica" qrupu power metal üslubunda qrup kimi məşhurlaşmağa və tanınmağa başladı.
Skripka üçün iyirminci sonata (Motsart)
Skripka üçün iyirminci sonata C Major- da (K. 303 / 293c) Volfqanq Amadey Motsartın 1778-ci ilin mart ayında Almaniyanın Mannheim şəhərində bəstələmişdir və həmin il Motsartın Mariya Yelizabetə həsr olunmuş Opus 1 kolleksiyasının bir hissəsi olaraq nəşr edilmişdir. Əsər iki hərəkətdən ibarətdir: Adagio — Allegro Molto — Adagio Tempo di Menetto Zaslaw, Neal; Cowdery, William (1990). Tamamilə Motsart: Wolfgang Amadeus Motsartın Musiqi əsərlərinə bələdçi . New York: WW Norton .
Skripka üçün on doqquzuncu sonata (Motsart)
Skripka üçün on doqquzuncu sonata — E-Flat Major ( K 302 / 293b) -da Volfqanq Amadey Motsart tərəfindən 1778-ci ilin mart ayında Almaniyanın Mannheim şəhərində bəstələnmişdir. Əsər ilk dəfə elə həmin ildə Motsartın Mariya Yelizavettaya həsr edilmiş Opus 1 kolleksiyasının bir hissəsi olaraq nəşr edilmişdir. Əsər iki hərəkətdən ibarətdir: Allegro Andante Grazioso Zaslaw, Neal; Cowdery, William (1990). Motsartın bütün əsərləri: Volfqanq Amadey Motsartın musiqi əsərlərinə bələdçi . New York: WW Norton .
Hərtərəfli Nüvə Sınağına Qadağa Müqaviləsi
Hərtərəfli Nüvə Sınağına Qadağa Müqaviləsi (ing. : Comprehensive Nuclear-Test-Ban Treaty – CTBT), bütün nüvə sınaqlarını, istər hərbi, istərsə də, mülki məqsədlər üçün olsun hər bir halda qadağan edən çoxtərəfli müqavilədir. Müqavilə Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən 10 sentyabr 1996-cı ildə qəbul edilmişdir, ancaq səkkiz dövlət müqaviləni təsdiqləmədiyi üçün qanuni qüvvəyə minməmişdir.