Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sonay
Sonay — Azərbaycan folklorunda yazın son aylı gecələridir. Azərbaycan mifik düşüncəsində Günəş və Ay əbədi aşiqdir. Onlar heç vaxt bir-birlərinə qovuşmurlar. Sonay payız gecə-gündüz bərabərliyi zamanı baş verir. Beləliklə, Sonayın bütöv ayı çıxanda günəş batır. Bu əbədi aşiqlərin bir neçə dəqiqə ərzində üz üzə görüşə biləcəyi vaxtdır. O gecə Sonayın görünüşü sevgi ilə dolu hesab edilir. Əsli və Kərəmin sevgi hekayəsi əslində Sonayın sevgisinin təkrarıdır. Bu iki aşiq bir-birini axtarır. Bir az bir-birlərin görüb yenə itirirlər.
Xorayım (Nir)
Xorayım (fars. خراييم‎) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 60 nəfər yaşayır (15 ailə).
Aşkın Olayım
Aşkın Olayım (azərb. Eşqin Olum‎) — Türkiyə müğənnisi Simgənin 2018-ci ildə çıxan Ben Bazen albomundan bir mahnı. Albomun üçüncü klipi olaraq buraxıldı. Murad Cokerin prodüserliyi ilə çəkilən klipdə müğənnini portuqaliyalı model Markos Santos müşayiət etdi. Habertürk qəzetinin köşə yazarı Oben Budak albomda iki versiyası olan mahnının Onurr versiyasında klipinin çəkilməsini "Simgənin yenisini sınamaq cəsarəti" nəticəsində baş verdiyini yazdı.
Həyat bizi sınayır
== Məzmun == Həyat yoluna yenicə qədəm qoymuş gəncin üç il ərzində qarşılaşdığı insanlar və münasibətlərdən bəhs olunur. Kinolent xeyirxah insanların köməyi ilə həyatın sərt sınaqlarından çıxan gənc metallurqun, yeni tipli fəhlənin-Rəşidin(Fikrət Quliyev) taleyindən söhbət açır. == Film haqqında == Film aktyor Ömür Nağıyevin kinoda ilk işidir. Film yazıçı Vidadi Babanlının eyniadlı povesti əsasında ekranlaşdırılmışdır. Filmin çəkilişləri bitdikdən sonra təsdiq olunmaq üçün Moskva Kino İdarəsinin baxışına təqdim olunur. Ssenari müəllifi Vidadi Babanlı bununla bağlı deyir: "Filmdə milli ruhda çəkilən kadrlar çoxluq təşkil edirdi. Həmin kadrlar Moskva Kino İdarəsinin rəhbərliyi tərəfindən filmdən çıxarıldı. Ümumiyyətlə, o dövrdə (Sovetlər Birliyinin mövcud olduğu dövr nəzərdə tutulur) Moskva milli ruhda çəkilən filmlərimizə çox amansız yanaşırdı. Onlar daima çalışırdılar ki, məhz milli ruhla zəngin olan kadrları məhv etsinlər. Bu baxımdan da "Həyat Bizi Sınayır" filmində, təbii ki, ssenariyə əsasən baş qəhrəmanın ifasında çəkilən ən maraqlı kadrlardan birinin filmdən çıxarılması bir müəllif olaraq mənə pis təsir etdi.
Həyat Bizi Sınayır (1972)
Həyat bizi sınayır (film, 1972)

Geri sayım: Inspiration4 kosmos missiyası (miniserial, 2021)
Geri sayım: Inspiration4 kosmos missiyası (ing. Countdown: Inspiration4 Mission to Space) — 2021-ci ildə Netflix platformasında yayımlanan SpaceX-in Inspiration4 missiyası haqqında çəkilmiş ABŞ istehsalı beş seriyadan ibarət sənədli serial. == İstehsal == Netflix 3 avqust 2021-ci ildə rəsmi Twitter səhifəsində kosmos missiyası ilə əlaqəli sənədli serial istehsal etdiyini təsdiqlədi Inspiration4 öz səhifəsində paylaşıma cavab yazdı: "Heyətimizin həyəcanlı, dünya xarici səyahətini əhatə edən "Geri sayım: Inspiration4 kosmos missiyası" serialına @netflix-də baxmağa səbirsizlənirik". Serial işə qəbul prosesini, hazırlığı və mümkün qədər real vaxtda, İlon Maskın SpaceX şirkəti tərəfindən həyata keçiriləcək ilk mülki orbital uçuş haqqındadır. Sənədli serial Time Studios ilə ortaq istehsal edilmişdir. Serialın rejissoru Maykl Cordan haqqında çəkilmiş "Sonuncu rəqs" sənədli filminin rejissoru olan Ceyson Hehirdir. == Reklam və buraxılış == SpaceX şirkətinin təsisçisi İlon Mask insanları serialı izləməyə cəlb etmək üçün sosial media hesabından istifadə etmişdir. O, rəsmi Twitter səhifəsində Inspiration4-ün çıxdığı gün izləyicilərini serialı izləməyə dəvət etdi.[mənbə göstərin] İlk dört seriya 6-13 sentyabr tarixində yayımlandı. Sonuncu seriya isə 30 sentyabrda yayımlandı. == Seriya siyahısı == == Reaksiyalar == The Daily Beast, The Guardian qəzetləri və MTİ serial haqda müsbət fikirlər bildirmişdirlər.
Bənayim (Məlikan)
Bənayim (fars. بنايم‎) — İranın Şərqi Azərbaycan ostanının Məlikan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 309 nəfər yaşayır (81 ailə).
Sonali Bendre
Sonali Bendre (ing. Sonali Bendre, hind. सोनाली बेंद्रे; doğ. 1 yanvar 1975, Mumbay, Maharaşatra, Hindistan) — hind aktrisası və modeli. == Həyatı == Aktrisa 1994-ci ilin fotomodelidir. 1 yanvar 1975-ci ildə Bombey şəhərində anadan olmuşdur. Ailəlidir, bir oğlu var.