Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Burğulama
thumb|right|100px|Polad burğusu: Təpə bucağı 118°, Tilin mailliyi 27° Burğulama — metalların və süni materialların deşilməsində tətbiq olunan texnoloji əməliyyat növüdür. Bu əməliyyatı yerinə yetirmək üçün tətbiq olunan alətə burğu deyilir. Burğu çevrəvi deşiklərin tam materialda açılması üçün tətbiq olunur. Burğulama prosesində kəsmə iki hərəkətin cəmi nəticəsində yaranır: fırlanma - burğu və hissə, hər ikisi fırlanır, uzununa hərəkət - oxboyu veriş. Burğulama həm də artıq açılmış deşiklərin böyüdülməsi üçün də tətbiq olunur. Konstruksiyasına görə aşağıdakı növləri vardır: spiralvari, lələkli, dərinlik burğuları, mərkəzləyici, burğulama başlıqları, üzükformalı. Ən geniş yayılmış növü spiralvari burğudur. O müxtəlif həndəsi formalı deşiklərin hazırlanması üçün tətbiq olunur. Adətən tezkəsən alət poladından və ya da bərk xəlitədən hazırlanır. Burğuların ölçüləri normativləşdirilib.
Saxta ARP sorğuları
Əl burğulama maşını
Əl burğulama maşını - hissələrdə deşiklərin açılması üçün işlədilir. Quruluşuna görə onlar düz və bucaqlı olurlar. Əl burğulama maşınları bir, iki, çoxpilləli sürətlərə malik olur. Bundan əlavə fırlanma pilləsiz tənzimlənən reversiv və reversiv olmayan maşınlar da mövcuddurlar. Emal olunan materialın (metal, beton, kərpic, keramika və s.) xassələrindən asılı olaraq fırlanma zərbə ilə də müşayiət oluna bilir ki, bununla deşmədə böyük güc əldə olunur. Əl burğulama maşınlarında xüsusi alətlərin tətbiqi ilə təmizləmə, kəsmə, pardaqlama, mişarlama, frezləmə və digər köməkçi işləri yerinə yetirmək mümkündür. Əl burğulama maşınlarının gövdəsində alət sıxıcısı ilə oxla əlqələndirilmiş iki qütblü elektrik mühərriki yerləşdirilir. Elektrik mühərrikinin valı iki yastıqda oturdulur. Mühərrikin iş zamanı qızmasının qarşısını almaq üçün onun oxuna pərlər quraşdırılır. Valın çıxışında bucaq altında dişli çarx bərkidilir.
Çoxgöstəricili Klaster Sorğuları
Çoxgöstəricili Klaster Sorğuları (MICS) uşaqların və qadınların vəziyyəti ilə bağlı beynəlxalq səviyyədə müqayisə oluna bilən, statistik cəhətdən etibarlı və dəqiq məlumatlar təqdim etmək məqsədilə Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu tərəfindən hazırlanmış proqram çərçivəsində ölkələr tərəfindən aparılan ev təsərrüfatı sorğularıdır. Sorğuların 1-ci raundu (MICS1) Ümumdünya Uşaq Sammitinin nəticəsi olaraq və onilliyin ortalarında əldə olunmuş irəliləyişin ölçülməsi üçün, əsasən 1995 və 1996-cı illərdə 60-dan çox ölkədə icra olunub. 2000-ci ildə keçirilən 2-ci raund (MICS2) zamanı sorğunun təfərrüatlılıq səviyyəsinin artırılması qlobal səviyyədə razılaşdırılmış daha çox göstəricilərin monitorinqinə imkan yaratdı. 3-cü raundun (MICS3) icrası 2006-cı ildə başladı və Minilliyin İnkişaf Məqsədləri (MİM-lər), "Uşaqlara üçün yararlı dünya" və digər əhəmiyyətli müvafiq beynəlxalq öhdəliklər istiqamətində irəliləyişi ölçmək üçün məlumatlar hazırlamaq məqsədi daşıyırdı. 2009-cu ildə başlayan 4-cü raundda məlumatların əsasən 2010-cu ildə toplanması planlaşdırılsa da, MICS4 sorğularının əksəriyyəti faktiki olaraq 2011-ci ildə, hətta 2012 və 2013-cü illərdə icra edildi. Bu, UNİCEF tərəfindən MİCS sorğularının keçirilmə tezliyinin artırılmasının təzahürü idi və artıq UNİCEF sorğu proqramını üç illik dövr üzrə həyata keçirir. 2012-ci ildə başlayan 5-ci raundun məqsədi ölkələri MİM üzrə yekun məlumatları toplamaq üçün alətlərlə təmin etmək idi. 2016-cı ildə yeni qlobal məqsəd və hədəflər toplusu - Dayanıqlı İnkişaf Məqsədləri (DİM-lər) üçün ilkin vəziyyət göstəricilərini toplamaq məqsədilə 6-cı raund başladı. 2022-ci ilin ortasınadək, 119 ölkə və ərazidə ümumilikdə 350-dən çox sorğu tamamlanıb. MICS və Demoqrafiya və Sağlamlıq Sorğusunun (DSS) məlumatlarının bir-biri ilə müqayisə olunma imkanı yüksəkdir və bu sorğuları hazırlayan və prosesə dəstək göstərən texniki heyətlər bir-biri ilə yaxından əməkdaşlıq edir.