Bu, tənha məqalədir, çünki hansısa məqalədən bu məqaləyə verilmiş keçid yoxdur. |
Çoxgöstəricili Klaster Sorğuları (MICS) uşaqların və qadınların vəziyyəti ilə bağlı beynəlxalq səviyyədə müqayisə oluna bilən, statistik cəhətdən etibarlı və dəqiq məlumatlar təqdim etmək məqsədilə Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu tərəfindən hazırlanmış proqram çərçivəsində ölkələr tərəfindən aparılan ev təsərrüfatı sorğularıdır. Sorğuların 1-ci raundu (MICS1) Ümumdünya Uşaq Sammitinin nəticəsi olaraq və onilliyin ortalarında əldə olunmuş irəliləyişin ölçülməsi üçün, əsasən 1995 və 1996-cı illərdə 60-dan çox ölkədə icra olunub. 2000-ci ildə keçirilən 2-ci raund (MICS2) zamanı sorğunun təfərrüatlılıq səviyyəsinin artırılması qlobal səviyyədə razılaşdırılmış daha çox göstəricilərin monitorinqinə imkan yaratdı. 3-cü raundun (MICS3) icrası 2006-cı ildə başladı və Minilliyin İnkişaf Məqsədləri (MİM-lər), "Uşaqlara üçün yararlı dünya" və digər əhəmiyyətli müvafiq beynəlxalq öhdəliklər istiqamətində irəliləyişi ölçmək üçün məlumatlar hazırlamaq məqsədi daşıyırdı. 2009-cu ildə başlayan 4-cü raundda məlumatların əsasən 2010-cu ildə toplanması planlaşdırılsa da, MICS4 sorğularının əksəriyyəti faktiki olaraq 2011-ci ildə, hətta 2012 və 2013-cü illərdə icra edildi. Bu, UNİCEF tərəfindən MİCS sorğularının keçirilmə tezliyinin artırılmasının təzahürü idi və artıq UNİCEF sorğu proqramını üç illik dövr üzrə həyata keçirir. 2012-ci ildə başlayan 5-ci raundun məqsədi ölkələri MİM üzrə yekun məlumatları toplamaq üçün alətlərlə təmin etmək idi.
2016-cı ildə yeni qlobal məqsəd və hədəflər toplusu - Dayanıqlı İnkişaf Məqsədləri (DİM-lər) üçün ilkin vəziyyət göstəricilərini toplamaq məqsədilə 6-cı raund başladı[1]. 2022-ci ilin ortasınadək, 119 ölkə və ərazidə ümumilikdə 350-dən çox sorğu tamamlanıb.
MICS və Demoqrafiya və Sağlamlıq Sorğusunun (DSS) məlumatlarının bir-biri ilə müqayisə olunma imkanı yüksəkdir və bu sorğuları hazırlayan və prosesə dəstək göstərən texniki heyətlər bir-biri ilə yaxından əməkdaşlıq edir[2].
MICS-in təməlində göstəricilərin siyahısı dayanır. MICS6 sorğusunda bu siyahı hazırda 200 fərqli göstəricidən (cinsə görə bölgünü tələb edənləri saydıqda 237 göstərici) ibarətdir.[3] Bu siyahı bütövlükdə sorğuda yaradılan bütün standart cədvəlləri ehtiva etməsə də, BMT Uşaq Fondu və başqaları tərəfindən aparılan qlobal monitorinq üçün həlledici olan cədvəlləri formalaşdırır. Siyahı MICS-də həlledici mesajdır, çünki sorğu anketlərində göstəricinin alqoritminə və ya əsas dəyişənə birbaşa töhfə verməyən heç bir sual verilmir. Beləliklə, sorğulara daxil edilən əlavə spesifik sualların hər zaman eyni qaydalara uyğun olması tövsiyə olunur: Nəticələrin cədvəl halına salınması üçün aydın bir plan olmadan heç bir sual verilməməlidir.
MICS üzrə sorğu anketləri[3] aşağıdakılardır:
MICS-də ümumi sorğu anketlərinə bütün bloklar daxildir. Belə ki, icraçılar yalnız şamil olunmayan və ya arzuolunmayan blokları və sualları, məsələn, malyariyanın olmadığı ölkələrdə insektisidlə işlənmiş miçətkən (İİM) blokunu çıxarmalıdır.
Ümumi blokların tam dəstinə aşağıdakılar daxildir:
MICS paketinə həmçinin məlumatların kağız formasında və ya planşet kompüter vasitəsilə toplanması üçün məlumatların daxil edilməsi proqramı ( CSPro ), standart cədvəl tərtibi planı (Excel proqramında) və sintaksis (SPSS proqramında), seminar-təlim proqramları, ölkə daxilində potensialın gücləndirilməsi və texniki yardım, məlumatların yayılması üçün nümunəvi formalar, eləcə də müxtəlif onlayn resurslar, məsələn sorğu məlumatları kompilyatoru (MICS Compiler) daxildir.
Bütün alətlər 2015-ci ilin martında müasirləşdirilmiş formatda istifadəyə verilmiş MICS veb-səhifəsində yerləşdirilib.
MICS-in 6-cı raundu 2016-cı ilin oktyabrında Proqramın sorğunun planlaşdırılması üzrə seminarları ilə başlayıb və onun 2021-ci ildə başa çatması planlaşdırılırdı (bu, əsasən, üzbəüz sorğuların COVID-19 ilə bağlı gecikməsi səbəbindən 2022-ci ilə qədər uzadılıb). Yeni prioritetləri əhatə etmək, o cümlədən sorğuya əsaslanan DİM göstəricilərinin təqribən yarısını (təqribən 80 göstəricidən 40-nı) əhatə edəcək düzəlişləri əks etdirmək üçün məzmun genişləndirilir.
6-cı raundun alətləri 2016-cı ilin ortasında Kosta-Rikada pilot qaydada sınaqdan keçirildi, ondan əvvəl 2015-ci ilin sonunda isə Belizdə məlumatların toplanması və işlənməsi üçün yeni və ya təkmilləşdirilmiş sorğu anketi blokları və alətlərinin sahə sınağı keçirildi[4]. 2017-ci ilin noyabrında Malavidə əlavə sorğu anketi blokları sınaqdan keçirildi[5]. Oxşar sınaq 2019-cu ilin aprel ayında Belizdə də keçirildi[6].
MICS Proqramı yeni məlumat toplama alətlərinin metodiki hazırlanmasında iştirak edir (məsələn suyun keyfiyyətinin analizi, uşaqların əlilliyi, kənar iqtisadi dəstək və fövqəladə vəziyyətlərin təsiri ilə bağlı)[7]. Metodiki məqalələr seriyası 2012-ci ildən yazılmağa başlayıb[8].
Bu proqram 1[9], 3[10] və 4-cü[11] raundlardan sonra qiymətləndirilib.
2008-ci ildə aparılan MICS qiymətləndirməsinə əsasən, MICS3 sorğusuna sərf olunan vəsait təqribən 18,6 milyon dollar (və hər ölkə üçün təxminən 356 min dollar) təşkil edib.[12] MICS4 sorğusunun 31,3 milyon dollara başa gəldiyi təxmin edilir[12].
Aşağıda sadalanan ölkələr MICS sorğusu aparıb (və ya aparmağı planlaşdırır). Hesabatları və məlumatları MICS-in veb-səhifəsindən əldə edə bilərsiniz[13].
Yekun | MICS1 | MICS2 | MICS3 | MICS4 | MICS5 | MICS6 | MICS7 | Yekun |
---|---|---|---|---|---|---|---|---|
Sorğular | 63 | 65 | 53 | 60 | 52 | 76 | 3 | 372 |
Ölkələr | 60 | 61 | 51 | 50 | 39 | 65 | 3 | 119 |
Milli sorğuları olan ölkələr | 58 | 61 | 49 | 43 | 35 | 64 | 3 | 119 |
X: Milli sorğu S: Submilli sorğu
Qeyd: Yalnız BMT Uşaq Fondunun rəsmi siyahısında olan ölkələr daxildir. Bəzi sorğular MICS alətlərinə əsaslansa da, siyahıya daxil edilməyib. Məsələn, 2007-2008-ci illərdə Botsvanada aparılan Ailə Sağlamlığı Sorğusu[14] və 2009-cu ildə Banqladeşdə aparılan "Progotir Pathey" sorğusu (MICS)[15].
İndiyə qədər MICS sorğusu aparmış (yaxud aparmağı planlaşdıran) ölkələrin ümumi sayı 119-dur. Bura MICS1 və MICS2 sorğularının keçirildiyi zaman mövcud olan Yuqoslaviya (hazırda ərazisi Kosovo, Monteneqro və Serbiyaya bölünüb) da daxildir. MICS5 sorğusunda 5 ölkə proqrama yeni daxil olmuşdu: Benin, Konqo, El Salvador, Meksika və Paraqvay. MICS6 sorğusunda 8 əlavə ölkə sorğu aparıb və ya aparmağı planlaşdırır: Mikroneziya Federativ Ştatları, Fici, Honduras, Kiribati, Nauru, Samoa, Tonqa və Tuvalu, həmçinin Britaniyanın dəniz ərazilərinə aid Törks və Kaykos adaları.
Sorğu məlumatlarından əsasən çoxölkəli təhlillərdə geniş istifadə olunur, lakin həm də adətən ayrı-ayrı ölkələrdə sadə tendensiya təhlilləri üçün də istifadə olunur. MICS məlumatlarından istifadəyə nümunə kimi Monaş və digərləri tərəfindən 2004-cü ildə aparılmış tədqiqatı göstərmək olar[16].
MICS və DSS arasındakı yüksək səviyyəli müqayisə imkanına görə, təhlillərin əksəriyyətində hər iki proqramın çox sayda məlumat toplularından istifadə edilir. Lakin hər bir sorğu proqramının öz mandatlarına aid olan və adətən hər iki proqramda istifadə edilməyən blokları var. Məsələn, uşaq nizam-intizamı ilə bağlı son sübutlar toplusunda "Uşaq nizam-intizamı" blokuna malik olan sorğulardan istifadə edilir; bunların hamısı MICS sorğuları idi. UNICEF (2010)[17].
Qlobal statistik məlumatların əksəriyyəti, məsələn MİM-lərin göstəriciləri üzrə statistik məlumatlar xüsusən inzibati hesabatvermə sistemlərinin tam adekvat olmadığı ölkələrdə əsasən MICS (və digər ev təsərrüfatları üçün sorğular) vasitəsilə toplanan məlumatlara əsaslanır. Digər qlobal statistik məlumatlar, məsələn Oksford Yoxsulluq və İnsan İnkişafı Təşəbbüsü tərəfindən hazırlanan və BMT-nin İnkişaf Proqramı tərəfindən təqdim edilən Çoxölçülü Yoxsulluq İndeksi yalnız ev təsərrüfatı tədqiqatlarının məlumatlarına əsaslanır.
MICS məlumatlarından istifadənin son nümunələri
Ev təsərrüfatları ilə bağlı sorğuların veb saytları
Regional proqramlar
Şəbəkələr
Digər əlaqəli keçidlər