Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
AIM-7 Sparrow
AIM-7 Sparrow — ABŞ istehsalı olan orta mənzilli, siqnallarını yarı aktiv radarlardan qəbul edən hava-hava raketidir. Sparrow və onun törəmələri 1950-ci illərin sonundan 1990-cı illərədək Qərb blokunun fasilələrlə əyani olaraq orta mənzilli hava-hava raketləri idi. Tədricən AIM-120 AMRAAM ilə əvəz edilmişdir və hələ də istifadə olunur. Lülə çapı 200 mm, partlayıcı maddə növü yüksək patlayıcılı parçalanma, partlayıcı ağırlığı 40 kq (AIM-7F/M), əməliyyat mənzili 11 km (AIM-7C), 32 km (AIM-7D), 45 km (AIM-7E/E2), 70 km (AIM-7F/M/P), maksimum sürəti 2.5 mach (AIM-7A/B) – 4 mach (AIM-7C/E/F), təşkil edir.
Esparron
Esparron (Yuxarı Alplar) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Esparron-de-Verdon — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir.
Arrow
Arrow, İsrailin təkmilləşdirdiyi anti-ballistik raket sistemidir. Bu sistem qısa və orta mənzilli döyüş raketlərinə qarşı müdafiə imkanları verir. İsrail və ABŞ tərəfindən müştərək olaraq maliyyələşdirilən bu sistemin yaradılması işinə 1986-cı ildən başlanılmışdır. İsrail Müdafiə Nazirliyi və ABŞ Raketdən Müdafiə Təşkilatının nəzarəti altında, İsrail Aviasiya və Kosmik Sənaye (IAI) ilə Boeing tərəfindən layihə davam etdirilir. Testləri edilib qurtaran və istehsalına başlanılan Arrow 1 döyüş raketinin ardınca Arrow 2 rakelərinin yaradılmasına başlanılmışdır. Arrow, indiyə qədər mövcud olmuş ən təkmilləşdirmiş anti-ballistik raket sistemi proqramlarından biri hesab olunur. Daha inkişaf etdirilmiş modeli olan Arrow 3 isə 2013-cü ilin fevral ayında bazara çıxarılmışdır. Təkmilləşdirmə proqramına təxminən 3 milyard ABŞ dolları xərclənmişdir. Hal-hazırda bir döyüş raketinin qiyməti 3 milyon dollardır. İsrailin Azərbaycana satdığı silahların arasında "ARROW" raketdən müdafiə sistemi və bu sistemin tərkib hissəsi olan “Green Pine” (“Qartal şüası”) erkən xəbərdarlıq radar kompleksi xüsusi çəkiyə malikdir.
Miconia sparrei
Miconia sparrei (lat. Miconia sparrei) — melastomakimilər fəsiləsinin mikoniya cinsinə aid bitki növü.
Mikania sparrei
Mikania sparrei (lat. Mikania sparrei) — mürəkkəbçiçəklilər fəsiləsinin mikaniya cinsinə aid bitki növü.
Parrot OS
Parrot OS təhlükəsizlik, məxfilik və inkişafa diqqət yetirən Debian-a əsaslanan Linux distributividir. Parrot Linux 5.10 nüvəsi ilə Debian-ın "sınaq" bölməsinə əsaslanır. O, yayma buraxılış (Rolling release) inkişaf modelini izləyir. İş masası mühitləri MATE-dir və standart displey meneceri LightDM-dir. Parrot Debian-a əsaslanan və müxtəlif iş masası mühitləri olan çoxsaylı növlərə malikdir. Parrot hücumun azaldılması, təhlükəsizlik araşdırması və zəifliyin qiymətləndirilməsi üçün istifadə olunacaq nüfuzetmə testi alətləri dəstini təmin etmək üçün nəzərdə tutulub. O, nüfuz sınağı, zəifliyin qiymətləndirilməsi və azaldılması, kompüter ekspertizası və anonim internetə baxış üçün nəzərdə tutulmuşdur. Parrot Home gündəlik istifadə üçün nəzərdə tutulmuş Parrot-un əsas nəşridir və o, noutbuklarında və ya iş stansiyalarında "yüngül" sistemə ehtiyacı olan adi istifadəçiləri hədəfləyir. Dağıtım gündəlik iş üçün faydalıdır. Parrot Home həmçinin insanlarla şəxsi söhbət etmək, sənədləri şifrələmək və ya anonim şəkildə internetə baxmaq üçün proqramları ehtiva edir.
Esparron-de-Verdon
Esparron-de-Verdon (fr. Esparron-de-Verdon, oks. Esparron de Verdon) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Rye kantonuna daxildir. Kommunanın dairəsi — Din-le-Ben. INSEE kodu — 04081. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 430 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 240 nəfər arasında (15–64 yaş) 153 nəfər iqtisadi fəal, 87 hərəkətsiz (fəaliyyət göstərici 63,8%, 1999-cu ildə 61,7%) idi. Fəal 153 nəfərdən 130 nəfər (76 kişi və 54 qadın), 23 nəfər işsiz (11 kişi və 12 qadın) idi.
Esparron (Yuxarı Alplar)
Esparron (fr. Esparron, oks. Esparron) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Barsiyonnet kantonuna daxildir. INSEE kodu — 05049. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 36 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 22 nəfər arasında (15-64 yaş) 16 nəfər iqtisadi fəal, 6 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 72,7%, 1999-cu ildə 66.7%). Fəal olan 16 nəfərdən 16 nəfər (10 kişi və 6 qadın) işlədi, işsiz qalmadı.
Flash vs. Arrow
Fleş Oxa qarşı (ing. Flash vs. Arrow) – The CW telekanalında yayımlanan və DC Comics personajları əsasında yaradılmış Ox Kainatında baş tutan ənənəvi korossoverlərdən birincisi. Krossover “Fleş” və “Ox” teleserialları arasında baş tutmuşdur. Krossover hadisəsi 2 dekabr 2014-cü ildə “Fleş” teleserialının “Fleş Oxa qarşı” adlanan səkkizinci seriyası ilə başlamış və “Ox” teleserialının növbəti gün yayımlanan “Məğrur və kobud” adlı səkkizinci seriyası ilə davam etdirilmişdir. Krossoverdə Fleş komandası (Barri Allen/Fleş, Keytlin Snou və Sisko Ramon) cinayətkar Kapitan Bumeranqın həbs edilməsində Ox komandasına (Oliver Kuin/Ox, Felisiti Smok, Con Diql), Ox komandası isə metainsan Roy Bivolonun tutulmasında Fleş komandasına kömək edir. İki teleserial arasında korssoverin baş tutacağı 2014-cü ilin iyulunda Barri Allenin “Fleş” serialının debütündən əvvəl “Ox”un ikinci mövsümündə təqdim edilməsindən sonra elan olunmuşdu. Bundan sonra sentyabrda hər iki seriya üçün ssenari yazılması tamamlanmış, 2014-cü ilin oktyabrında isə çəkilişlərə başlanılmışdır. Krossover seriyalarında hər iki serialın əsas aktyor heyətinə daxil olan bütün aktyorlar iştirak etmişdir. Seriyalar tənqidçilər tərəfindən müsbət qəbul edilmiş, şən və fanların istədiyi hər şeyi əks etdirən adlandırmışlar.
Avro Canada CF-105 Arrow
Avro Canada CF-105 Arrow, yelkən qanadlı supersonik (səsdən daha sürətli) bir qırıcı hərbi təyyarədir. Onun dizayneri və istehsalçısı Ontario (Kanada) regionundakı Malton şəhərində yerləşən Avro Canada şirkətidir. Dizayn işləri 1953-cü ildə başlamışdır. Arrow və eyni vaxtda Orenda Iroquois reaktiv mühərrikləri işi 1959-cu ildə anidən dayandırılmışdır. Bu vəziyyət uzun və çox ciddi siyasi müzakirələrə səbəb olmuşdur. Təyyarənin 5 sınaq modeli və hissələri sonradan məhv edilsə də, unudulmaz xatirələri ilə Kanadada bir növ əfsanəyə çevrilmişdir. İstehsalı dayandırıldıqdan sonra gizli şəkildə alınan bir prototipin olduğu və yaxşı vəziyyətdə saxlanıldığı barədə şayiələr yayılsa da, bunu təsdiqləyən bir dəlil yoxdur. Arrowun tələsik məhv edilməsi Amerikanın bu işdə əli olduğu düşüncələrini ortaya çıxarmışdır. Həqiqətən də, Avro Canada mühəndis və texniki işçilərinin əksəriyyəti beyin axınını başladaraq ABŞ-yə getmiş, NASA-nın Merkuri layihəsi, Gemini layihəsi və Apollon proqramı kimi insanlı kosmik gəmi layihələrində qabaqcıl mühəndislər, menecerlər və rəhbərlər olmuşdurlar.