ARROW

arrow1

n 1. ox; to shoot an ~ ox atmaq; 2. ox işarəsi (istiqamət bildirmək üçün)

arrow2

v 1. ox atmaq; 2. ox ilə işarə etmək

ARROGATION
ARROWY
OBASTAN VİKİ
Arrow
Arrow, İsrailin təkmilləşdirdiyi anti-ballistik raket sistemidir. Bu sistem qısa və orta mənzilli döyüş raketlərinə qarşı müdafiə imkanları verir. İsrail və ABŞ tərəfindən müştərək olaraq maliyyələşdirilən bu sistemin yaradılması işinə 1986-cı ildən başlanılmışdır. İsrail Müdafiə Nazirliyi və ABŞ Raketdən Müdafiə Təşkilatının nəzarəti altında, İsrail Aviasiya və Kosmik Sənaye (IAI) ilə Boeing tərəfindən layihə davam etdirilir. Testləri edilib qurtaran və istehsalına başlanılan Arrow 1 döyüş raketinin ardınca Arrow 2 rakelərinin yaradılmasına başlanılmışdır. Arrow, indiyə qədər mövcud olmuş ən təkmilləşdirmiş anti-ballistik raket sistemi proqramlarından biri hesab olunur. Daha inkişaf etdirilmiş modeli olan Arrow 3 isə 2013-cü ilin fevral ayında bazara çıxarılmışdır. Təkmilləşdirmə proqramına təxminən 3 milyard ABŞ dolları xərclənmişdir. Hal-hazırda bir döyüş raketinin qiyməti 3 milyon dollardır. İsrailin Azərbaycana satdığı silahların arasında "ARROW" raketdən müdafiə sistemi və bu sistemin tərkib hissəsi olan “Green Pine” (“Qartal şüası”) erkən xəbərdarlıq radar kompleksi xüsusi çəkiyə malikdir.
Flash vs. Arrow
Fleş Oxa qarşı (ing. Flash vs. Arrow) – The CW telekanalında yayımlanan və DC Comics personajları əsasında yaradılmış Ox Kainatında baş tutan ənənəvi korossoverlərdən birincisi. Krossover “Fleş” və “Ox” teleserialları arasında baş tutmuşdur. Krossover hadisəsi 2 dekabr 2014-cü ildə “Fleş” teleserialının “Fleş Oxa qarşı” adlanan səkkizinci seriyası ilə başlamış və “Ox” teleserialının növbəti gün yayımlanan “Məğrur və kobud” adlı səkkizinci seriyası ilə davam etdirilmişdir. Krossoverdə Fleş komandası (Barri Allen/Fleş, Keytlin Snou və Sisko Ramon) cinayətkar Kapitan Bumeranqın həbs edilməsində Ox komandasına (Oliver Kuin/Ox, Felisiti Smok, Con Diql), Ox komandası isə metainsan Roy Bivolonun tutulmasında Fleş komandasına kömək edir. İki teleserial arasında korssoverin baş tutacağı 2014-cü ilin iyulunda Barri Allenin “Fleş” serialının debütündən əvvəl “Ox”un ikinci mövsümündə təqdim edilməsindən sonra elan olunmuşdu. Bundan sonra sentyabrda hər iki seriya üçün ssenari yazılması tamamlanmış, 2014-cü ilin oktyabrında isə çəkilişlərə başlanılmışdır. Krossover seriyalarında hər iki serialın əsas aktyor heyətinə daxil olan bütün aktyorlar iştirak etmişdir. Seriyalar tənqidçilər tərəfindən müsbət qəbul edilmiş, şən və fanların istədiyi hər şeyi əks etdirən adlandırmışlar.
Avro Canada CF-105 Arrow
Avro Canada CF-105 Arrow, yelkən qanadlı supersonik (səsdən daha sürətli) bir qırıcı hərbi təyyarədir. Onun dizayneri və istehsalçısı Ontario (Kanada) regionundakı Malton şəhərində yerləşən Avro Canada şirkətidir. Dizayn işləri 1953-cü ildə başlamışdır. Arrow və eyni vaxtda Orenda Iroquois reaktiv mühərrikləri işi 1959-cu ildə anidən dayandırılmışdır. Bu vəziyyət uzun və çox ciddi siyasi müzakirələrə səbəb olmuşdur. Təyyarənin 5 sınaq modeli və hissələri sonradan məhv edilsə də, unudulmaz xatirələri ilə Kanadada bir növ əfsanəyə çevrilmişdir. İstehsalı dayandırıldıqdan sonra gizli şəkildə alınan bir prototipin olduğu və yaxşı vəziyyətdə saxlanıldığı barədə şayiələr yayılsa da, bunu təsdiqləyən bir dəlil yoxdur. Arrowun tələsik məhv edilməsi Amerikanın bu işdə əli olduğu düşüncələrini ortaya çıxarmışdır. Həqiqətən də, Avro Canada mühəndis və texniki işçilərinin əksəriyyəti beyin axınını başladaraq ABŞ-yə getmiş, NASA-nın Merkuri layihəsi, Gemini layihəsi və Apollon proqramı kimi insanlı kosmik gəmi layihələrində qabaqcıl mühəndislər, menecerlər və rəhbərlər olmuşdurlar.
Arrowsmithia
Arrowsmithia (lat. Arrowsmithia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Cənubi Afrika Respublikası üçün endemik olan yeganə Arrowsmithia styphelioides növü məlumdur.
Arrowsmithia styphelioides
Arrowsmithia styphelioides (lat. Arrowsmithia styphelioides) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin arrowsmithia cinsinə aid bitki növü.
-енск-(ий) бордю́р бортево́й наседа́ние омути́на расторо́пно терци́на корриги́ровать неприня́тие нова́торский сеза́м скрепи́ть иной hasty pudding heckle Mattie monitor pilot sparkplug spike-pitch turbulent well-conducted ежевика неустранимый предпарламент прокурорский