Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Breaking Bad
Breaking Bad – Vins Qilliqanın prodüserliyi ilə istehsal olunmuş ABŞ neo-vestern cinayət teleserialı. Serial AMC kanalında 5 mövsüm olmaqla 20 yanvar 2008-ci ildən 29 sentyabr 2013-cü ilə kimi yayımlanmış və 62 seriya davam etmişdir. Hekayə ağciyər xərçəngi diaqnozu qoyulan çalışqan kimya müəllimi Volter Vaytdan (Brayan Krenston) bəhs edir. Öldükdən sonra ailəsinə pul qoymaq istəyən Vayt keçmiş tələbəsi Cessi Pinkman (Aaron Pol) ilə partner olur və metamfetamin istehsal edib pul qazanmaq qərarına gələrək kriminal dünyaya daxil olur. Serialın orijinal adı olan "breaking bad" ABŞ-nin cənubunda işlədilən ifadə olub, "qiyamət qoparmaq" və ya "cinayətə yönəlmək" mənalarını verir. Volterin ailəsi həyat yoldaşı Skayler (Anna Qann) və uşaqları Vayt (Ar Cey Mitt) ilə Hollidən (Elanor Anna Uenriç) ibarətdir. Skaylerin bacısı Mari Şreyder (Betsi Brandt) və onun əri, Narkotik ilə Mübarizə Administrasiyasının əməkdaşı Henk Şreyder (Din Norris) də hekayədəki vacib personajlardır. Teleserialda yer alan digər əsas personajlar Vaytın vəkili Sol Qudman (Bob Odenkerk), şəxsi müfəttiş Mayk Ermantraut (Conatan Benks) və narkotik taciri Qustavo Frinqdir (Cankarlo Espozito). Beşinci və son mövsümdə Tod Alkist (Cessi Plemons) və Lidiya Rodart-Kueyl (Lora Freyzer) personajları görünür. "Breaking Bad" bütün dövrlərin ən yaxşı seriallarından biri kimi göstərilir.
Breaking News
Breaking News – Maykl Ceksonun ölümündən sonra çıxarılmış və indiyə kimi işıq üzü görməyən mahnıların toplandığı Michael albomundan olan ilk sinqlı. Sinqlın rəsmi şəkildə 5 noyabr 2010 – cu ildə ictimayətə təqdim edilmiş, mahnı tam şəkildə ilk dəfə 8 noyabr 2010 -cu ildə Ceksonun rəsmi veb saytında yalnızca bir həftə müddətində yayımlanmışdır. Həmçinin 8 noyabr tarixindən etibarən mahnı radiolarda da səsləndirilməyə başlanmışdır. Mahnı 2007-ci ildə Nyu-Cersidə, Maykl Cascio ailəsi ilə birgə yaşadığı vaxt yazılmışdır. Michael albomuna daxil olan "Monster" və "Keep Your Head Up" mahnıları da daxil olmaqla digər mahnıların da əksəriyyəti bu zaman yazılmışdır. 5 noyabr tarixində "Breaking News" mahnısının reklam videosu Maykl Ceksonun röəsmi veb saytında yerləşdirildi. Videoda müxtəlif telekanalların məşhur müxbirlərinin Cekson haqqında olan məlumatları baş xəbər kimi çatdırmaları təsvir edilmişdi. Bu girişdən sonra Ceksonun qısa vokal ifası verilmişdi. "Breaking News" çoxdan gözlənən albomun debüt sinqlı və albomnan yayımlanan ilk mahnı olmasına baxmayaraq Sony Music mahnının kommersiya sinqlı deyil, Promo sinql kimi radiolarda yayımlanmasına razılıq verdi. 5 noyabrda sinqlın reklam videosu Ceksonun rəsmi veb saytında yayımlandı.
Pilot (Breaking Bad)
"Pilot" (DVD və Blu-Ray buraxılışlarında "Breaking Bad" adlanır) — ABŞ cinayət-dram teleserialı "Breaking Bad"in pilot epizodu. Epizodun ssenari müəllifi və rejissoru teleserialın yaradıcısı olan Vins Qilliqandır. Epizod ilk dəfə 20 yanvar 2008-ci ildə AMC telekanalında efirə buraxılmışdır. Epizodda orta məktəbdə kimya müəllimi çalışan Volter Vayt 50-ci ad gününü ertəsi sağalmaz ağciyər xərçənginə tutulduğunu öyrənir. O, əvvəlcə diaqnozunu arvad-uşağından gizli saxlayır. Volter bacanağı DEA agenti Henk Şreyderə zəng vurur, onun keçən gün qonaqlıda təklif etdiyi anti-narkotik əməliyyatında iştirak etməyə razılaşır. Maşında əyləşib basqını seyr edərkən evin pəncərəsindən çıxıb qaçan keçmiş şagirdi Cessi Pinkman gözünə dəyir. Həmin gün o, Cessini tapmağı bacarır və onu şantaj edir ki, RV-də metamfetamin bişirməkdə ortağı olsun. Teleserialın pilot epizodu "60-cı Praytaym Emmi" mükafatlarında bir çox mükafata namizədlik qazandı. Baş qəhrəmanı canlandıran Brayan Krenston "Dram Serialında Görkəmli Baş Aktyor" nominasiyasında "Praymtaym Emmi" mükafatına layiq görüldü.
Eduard Şperlinq
Eduard Şperlinq (alm. Eduard Sperling‎; 29 noyabr 1902, Dortmund, Prussiya – 25 fevral 1985, Dortmund, Şimali Reyn-Vestfaliya) — alman Yunan-Roma güləşçisi, Olimpiya Oyunlarının mükafatçısı, Avropa çempionu. 1902-ci ildə Hamm şəhərində anadan olmuşdur. Öncə boksla məşğul olurdu, amma sonra güləşə keçdi. 1925—1928-ci illərdə Nürnberqdə yaşayanda məşhur Karl Döppelin rəhbərliyi altında məşq edirdi. 1926-cı ildə Almaniya çempionatında 2-ci yeri tutdu. 1927-ci ildə Almaniya və Avropa çempionu oldu. 1928-ci ildə Amsterdam Olimpiya Oyunlarında gümüş medalı qazandı. 1929-cu ildə yenidən Avropa çempionu oldu. 1930-cu ildə Avropa çempionatında 4-cü yeri tutdu.
Milton Sperlinq
Milton Sperlinq (ing. Milton Sperling) — Amerika kino prodüseri. Milton Sperlinq Nyu-York şəhər kollecini bitirdikdən sonra kino sahəsinə üz tutur və Paramountda klerk kimi çalışmağa başlayır. 1931-ci ildə məşhur Warner Bros. kino şirkətində Deril F. Zanuk və Hel Uallisin yanında katib işləyir. Bir qədər sonra Sperlinq, Edvard Smollun yanında assistent kimi müstəqil filmlərdə çalışır. Zanuk 20th Century Fox-da Milton Sperlinqi işə götürür. 20th Century Fox-da olan səmərəli fəaliyyəti zamanı Milton 1936-cı ildə Harri Uornerin (ing. Harry Warner) qızı Betti Uornerlə tanış olur. Onlar 1939-cu ildə ailə həyatı qururlar.