Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Spermatozoid
Spermatozoid (yun. σπέρμα, σπέρματος) — ailə, yun. ζωή — həyat) — erkək qamet, qadın cinsiyyət qameti – yumurta hüceyrəsini mayalandırmağa xidmət edən kişi cinsiyyət hüceyrəsi. Yumurta hüceyrəsindən qat-qat kiçikdir. Spermatozoidlərin toxum şirəsi ilə qarışığı sperma adlanır. Tipik spermatozoid baş, gövdə və quyruq hissədən ibarətdir. Baş hissədə xromosom daşıyıcısı hüceyrə nüvəsi, yumurta hüceyrəsinin divarını əritmək üçün lazım olan litik ferment ilə dolu akrosoma və sentriol yerləşmişdir. Baş və gövdə arası boğazcıqda adətən mitoxondrion və spiral mitoxondriya yerləşir. Quyruqcuq hərəkət funksiyası yerinə yetirir. bir çox heyvanların spermatozoidləri atipik qurluşa malikdirlər.