Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Spinacia
İspanaq (lat. Spinacia) – pəncərkimilər fəsiləsinə aid bitki cinsi. Dirrik ispanağı (Spinacia oleracea) A, C, E və B qrupu vitaminləri ilə dəmir, maqnezium, fosfor və yod mineralları və zülal baxımından olduqca zəngin bir qidadır. Bədənin immunitetini artırar və bədənə qüvvət verər. Yorğunluğu aradan qaldırar. Zehni qüvvətləndirər. Yaşlılıqla bağlı qavrama və mənimsəmə çətinliklərini aradan qaldırar. İspanaq qan azliğında yaxşı təsirilə yanaşı, xərçəng, ürək-damar xəstəlikləri zamanı çiy qəbulu effektlidir.Həmçinin ağız, boğaz və ağciyər xəstəliklərinə qarşı da faydalıdır. Yüksək təzyiqə, iflicə və xüsusilə yaşlılıqla bağlı görmə pozuqluqlarına yaxşı təsir edir. Hamilələrə və doğulacaq uşağa güc verər.
Spinacia oleracea
Dirrik ispanağı (lat. Spinacia oleracea) — pəncərkimilər fəsiləsinin i̇spanaq cinsinə aid bitki növü.
Spinal anesteziya
Spinal anesteziya, Onurğa beyni anesteziyası ya qısa olaraq SPA (lat. spinalis – onurğa sütunu, "an-" yun. αἴσθησις) regional anesteziyanın bir növü. bu zaman onurğa kanalına (onurğa mayesinə) yeridilmiş yerli keyləşdirici məhlulun təsirindən impuls ötürücülüyü onurğa beyni səviyyəsində bloklanmış, nəticə etibarilə onurğa beyninin anesteziya hissəsinə müvafiq bədən nahiyyəsinin hissiyyatı sönmüş olur. Belə ki, həmin nahiyənin ağrı, temperatur, taktil – toxunma hissiyatı və xüsusən ətrafların hərəkət funksiyaları pozulmuş olur. İlk dəfə olaraq Avqust Bir (1861–1949) assistenti Avqust Hildebrant ilə 1898 ildə Kildə kokain məhlulunu onurğa kanalına yeridərək, regional anesteziyanın bir növü olan spinal (onurğa beyni) anesteziyasını icra etmişdir. Lakin anesteziya kəskin başağrıları, öyümə, qusma əlamətli fəsadlara səbəb olmuşdur. 1885 ildə amerikalı Ceyms Leonard Korninq eini sınağı – onurğa kanalına kokain inyeksiyasını icra etmişdir. Lakin müdaxiləlin Korinq tərəfindən nə dərəcədə düzgün icra edildiyi hələdə şübhə doğursa da onu metodun ilk icraçısı sayırlar. 1908 ildə isə avqust bir regional anesteziyahın bir növü olan venadaxili regional anesteziyanı sınaqdan keçirdmişdir.
Ziziphus spina
Paliurus spina-christi
Tikanlı qaratikan (lat. Paliurus spina-christi) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin murdarçakimilər fəsiləsinin qaratikan cinsinə aid bitki növü.