Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sportsman Hava Limanı
Sportsman hava limanı (ing. Sportsman Airpark) - Amerika Birləşmiş Ştatlarının Oreqon ştatında Yamhill dairəsinin Nyuberq şəhəri ərazisində, dəniz səviyyəsindən təxminən 54 m hündürlükdə yerləşən və mülki uçuşlar üçün yararlı aeroport.
The Scotsman
The Scotsman (azərb. Şotland‎) — 1817-ci ildə yaranmış Şotlandiya qəzetidir. Qəzet Şotlandiyanın iqtisadi-siyasi, sosial və mədəni həyatı barədə oxucuları məlumatlandırır.
Anton Portman
Anton Portman (ing. Anton Portman) – Niderland əsilli ABŞ siyasətçisi. Edo dövrünün sonlarında və Meyci dövrünün əvvəllərində Yaponiyada fəaliyyət göstərmişdir. Niderlandda doğulmuşdur. Yaponiyaya ilk dəfə 1853-cü ildə Metyü Perri ilə birlikdə holland tacir kimi gəlmiş və 1854-cü ildə Kanaqava müqaviləsinin imzalanmasında iştirak etmişdir. 1861-ci ildə ABŞ nümayəndəliyinin katibi kimi Yaponiyaya qayıtmış, 1865-66-cı illərdə ABŞ hökumətinin Yaponiyadakı müvəqqəti işlər vəkili kimi xidmət göstərmişdir. 1866-cı ildə katib vəzifəsinə qayıtmışdır. Yaponiyada ikən Tokuqava şoqunluğunu dəstəkləmişdir. Şoqunluğun rəsmisi olan Oqasavara Naqamiçi ilə 1868-ci ilin yanvarında Edo ilə Yokohama arasında dəmiryolunun tikintisi ilə bağlı razılığa gəlmişdir. 1869-cu ildə Portman və ABŞ naziri Çarlz Lonq Meyci hökumətindən bu razılığı tanımağı tələb etmişdirlər.
Natali Portman
Natali Portman (ivr. ‏נטלי פורטמן‏‎; 9 iyun 1981[…], Qüds) israilli və amerikalı aktrisa. 1994-cü ildə "Leon" filmində ilk rolunu alıb, lakin ona dünya şöhrətini Star Wars prequel trilogy filmində oynadığı Padme Amidala obrazı gətirib. Məşhur Amerika aktrisası Natali Portman 1981-ci il iyun ayının 9-da Qüdsdə, Avner Herşlaq və Şelli Stivensin ailəsində anadan olub. Atası ixtisasca endokrinoloqdur, hazırda qızına agentlik edən anası isə evdar qadın idi. Aktrisanın ana tərəfi Rusiya və Avstriyadan, ata tərəfi isə Rumıniya və Polşadan gəlmiş yəhudilərdir. Səhnə ləqəbi olan "Portman" Natalinin ana nənəsinin qızlıq soyadıdır. Aktrisanın 3 yaşı olanda ailəsi İsraildən Amerikaya köçüb. Əvvəlcə Vaşinqtonda yaşayan ailə 1988-ci ildə Konnektikuta yerləşir, 1999-cu ildə isə Nyu-York ştatının Lonq-Aylend şəhərində məskunlaşır. Ona doğma olan ivrit və ingilis dillərindən başqa, fransız, alman, yapon və ərəb dillərini öyrənir.
Portman Road
Portman Road İngiltərənin İpsviç şəhərində yerləşən bir futbol stadionudur. 1884-cü ildən bəri İpsviç Tovn futbol komandası matçlarını burada oynayır. Stadion ayrıca gənc milli komanda və A milli komanda matçlarına da ev sahibliyi etmişdir. Bu stadionda bəzi atletizm müsabiqələri və beynəlxalq hokkey matçları da oynanmışdır. Bundan əlavə Elton Con, Tina Törner, Red Hot Çili Peppers və REM kimi musiqiçilərin sayılı konsertlərinə də ev sahibliyi etmişdir. 2000-ci ildə stadionun tutumu 22,600-dən 30,311 'ə yüksəldilmişdir. 1975-ci ildə sahə kənarında ayaqda dayanmağa icazə verilərkən Lids Yunayted 'ə qarşı keçirilən FA Cup oyununda 38,010 nəfərlik tamaşaçı rekordu qırılmışdır. Dörd bölmədə yerlər tamamilə kreslolu hala gətirilmişdir.
Lev Şvartsman
Lev Leonidoviç Şvartsman (rus. Шварцман, Лев Леонидович) - SSRİ Silahlı Qüvvələrinin yəhudi əsilli polkovniki, SSRİ Xalq Daxili İşlər Komissarlığının zabiti. Şvartsman Böyük təmizləmə və Qızıl Orduda 1941-ci il repressiyası kimi dövrlərdə məhkumlardan aldığı saxta etiraflar və həmin etirafları əldə etmək üçün tətbiq etdiyi işgəncə metodları ilə məşhurluq qazanıb. Şəxsən işgəncə verdiyi şəxslər arasında sovet-rus yazıçı, jurnalist və dramaturq İsaak Babel, Sovet İttifaqı Marşalı Vasili Blyuxer və dövrünün tanınmış . Teatr rejissoru Vsevolod Meyerhold olmuşdur. O, General-polkovnik hərbi rütbəli İspaniyada vətəndaş müharibəsi zamanı hərbi müşavir vəzifəsində çalışmış Qriqori Şternnin 1941-ci il dindirimələri zamanı işgəncə əsnasında sağ gözünü çıxarmışdır. Bəzi təxminlərə görə Şvartsman 200-dən çox müxtəlif rütbəli zabitə şəxsən, saatlarla işgəncə verib. 1951-ci ilin 13 iyul tarixində yəhudi dövləti yaratmaq ittihamı ilə həbs edilmiş və həkimlərin işi çərçivəsində günahlandırılmışdır. Aparılan dindirmələr zamanı yəhudi millətçisi olduğunu və yüksək rütbəli zabitlərə birlikdə anti-sovet təşkilatına mənsub olduğunu etiraf etmişdir. İosif Stalinin ölümündən sonra həkimlərin işi ittihamlarının saxta və qurama olduğu ortaya çıxır, xüsusi xidmət orqanları üzərindəki hakimiyyətini yenidən ələ keçirən Lavrenti Beriya Şvartsmana işgəncə altında yalan ifadələr verdiyini etiraf etməsi müqabilində yalnız yəhudi millətçisi olmaqla ittiham olunmağı təklif etmişdir.