Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Stalaktit
Stalaktit (yun. Σταλακτίτης (stalaktos) — damcı-damcı sızılmış) ― karst mağaralarının tavanından çubuq, boru, buz lüləsi formasında inkişaf edən əhəngli mineral törəmə. Mağaranın tavanından damcılayan karbon qazı ilə doymuş sudan kalsium-karbonatın çökməsi nəticəsində yaranır. Bəzən buxarlanmanın iştirakı ilə əmələ gələn duz və gips stalaktitlərinə də rast gəlinir.
Lava stalaktiti
Lava stalak­titi – (rus. сталактит лавовый, ing. lava stalactites) ərinti lavanın boş lava tune­linin tavanından sızaraq əmələ gətirdiyi asılı törəmə.
Stalaqmit
Stalaqmit — mağaranın tavanından damcılayan suyun buxarlanıb onun çöküntüsündən, başlıca olaraq əhəngdaşından mağaranın dibində əmələ gələn mineral maddə. Stalaqmit sırsıra formada olub altdan-yuxarı qalxır. Stalaqmit bəzən böyüyüb stalaktik ilə birləşir və mağara sütunu əmələ gətirir.