Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Steroidlər
Steroidlər — bitki və heyvanlar aləmində çox yayılmış olan və fizioloji cəhətdən olduqca əhəmiyyətli maddələrdir. Onlar həyati proseslədə çox böyük rol oynayır və dərman kimi işlədilir. Steroidlər-sterinlər, cinsi hormonlar, öd turşuları, ürək qlikozidləri və başqa siniflərə ayrılır. Kimyəvi quruluş etibarilə Steroidlər bir-birinə yaxın birləşmələrdir. Üç altıtaqımlı halqa ilə bir beştaqımlı halqanın aşağıda göstərilən bitişmə məhsulu və ya 1,2-tsiklopentenhidrofenantren, Steroid birləşmələri molekullarının əsasını təşkil edir. Steroidlərin çoxünda 3-cü karbona hidroksil, 10–13-cü karbonlara iki metil qrupu, 17-ci karbona isə başqa alkil qrupu və ya oksigenli yaxud azotlu radikal birləşmiş olur. Bundan əlavə, Steroidlərdə bir və ya bir neçə ikiqat rabitənin varlığı, habelə optik izomerlik və müxtəlif sis, trans formalar, onların cürbəcür izomerlər şəklində olmasını təmin edir. Steroid siniflərindən biri sterinlərdir. Sterinlər öz mənşələrininə görə zoosterin (heyvan orqanizmlərində), fotosterin (bitkilərdə), mikosterin (kiflərdə) olmaqla üç yerə bölünür. Zoosterinlərin əhəmiyyətli nümayəndəsi xolesterindir.
Asteroidlər
Asteroid (q.yun. ἀστεροειδής — "ulduza bənzər" və ya kiçik planet) — Günəş sisteminin kiçik cisimlərindən biri olub bərk nüvəyə malikdir. İndiyə kimi Günəş sistemində on minlərlə asteroid aşkar olunmuşdur. Asteroidlərin xüsusi orbiti üzrə hərəkət edir. Asteroidlərin ölçüləri adi planetlərə nisbətən çox-çox kiçikdir. Ona görə də onlara asteroid və ya kiçik planet adı verilir. Yunanca "aster" — ulduzvari, "Yeidos" — görkəm deməkdir. Günəşdən məsafəsi 2.06 a.v.-dən 4.30 a.v. aralığında olan planetlərarası fəza asteroidlər qurşağı və ya halqası adlanır. Bu zonada olan asteroidlər Günəş ətrafında 2.96 ildən 8.92 ilə qədər müddətdə dolanırlar.
Yer ətrafı peykəbənzər asteroidlər
Yer ətrafı peykəbənzər asteroidlər — Yer ətrafında bir neçə möcüzəvi obyekt var ki, onları bəzi ədəbiyyatda “ İkinci ay” və ya “Yerin ikinci peyki” adlandırırlar. Bunlar Yer orbiti ilə orbitləri 1:1 rezonansında olan asteroidlərdir. Bu obyektlərin müşahidəsi olduqca möcüzəvi trayektorialar göstərir. Bu onunla əlaqədardır ki, bir tərəfdən onların orbitlərinin ekssentresiteti Yerin ekssentresiteti ilə müqaisədə xeyli böyükdür. Diqar tərəfdən orbitlər ekliptikaya müəyyən meylə malikdilər. Bu obyektləri Yerin peykəbənzər obyekti adlandırırlar. Ən məşhur peykəbənzər asteroid (3753) Kruitnidir (lat Cruithne) 1986 ildə Duncan Waldron tərəfindən kəşf olunmuşdur. Onun orbiti üç planetin orbiti ilə kəsişir: Yer, Mars və Venera. Amma Yer orbiti ilə rezonansda olduğa görə o, Yerin peykəbənzər obyekti kimi təsniflənir. Kruitninin orbiti sinxron olduğuna baxmayaraq yer orbiti ilə tam kəsişmir.
Türkiyədə lazlarla bağlı stereotiplər
Türkiyədə lazlarla bağlı stereotiplər — Türkiyə Respublikasında etnik azlıqlardan biri olan lazlarla bağlı yayılmış stereotiplər. İndiki Türkiyədə "laz" termini sadəcə etnik qrupu təyin etmək üçün deyil, daha geniş mənada istifadə olunur. Bunun əvəzinə "laz" Türkiyənin şərqindəki bütün Qara dəniz sahillərinin sakinlərinə aid edilə bilər. Lazlara bu geniş baxış çaşdırıcı ola bilər, çünki bu, özünəməxsus mədəniyyətləri və ənənələri olan çoxlu müxtəlif etnik qrupları əhatə edir. Lazlar bu geniş yayılmış baxışda tez-tez uzun burunları, nitq nümunələri (unikal vurğu və dialekt) və artikulyasiya daxil ola bilən stereotiplərlə qarşılaşır. Bu stereotiplər yumor və karikatura şəklində ola bilər və bəzən təhqiredici də ola bilər. Lazlarla əlaqəli stereotiplər ingilislərin irlandlar haqqında zarafat etmə tərzinə bənzəyir. Gündəlik vəziyyətlərdə lazlar tez-tez lazlar haqqında stereotipləri əks etdirən bir çox atalar sözləri ilə qarşılaşırlar. Məsələn, "Lazların ağlı qazın ağlına bənzəyir", "Qaz uçur, bəs laz niyə uçmur?","Lazın ağlı günortadan sonra sönür", "Heyvanlar arasında ən axmaq məxluq qazdır, insanlar arasında isə laz" və ya "Müsəlman laz mətbəxini yeyə bilməz" və s. Bundan əlavə, hamsinin yüksək istehlakı laz mədəniyyəti haqqında stereotiplərlə əlaqələndirilir.