Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ateist
Ateizm — fövqəltəbii varlıq və fenomenlərin varlığına dair iddiaların rəddi. Daha az bir konsepsiyada ateizm hər hansı ilahi bir varlıq olduğuna dair inancın rəddidir. Daha da dar bir mənada, ateizm fövqəltəbii yaradıcı fiqurlarının varlığına dair rəddir. Ateizm ən ümumi şəkildə ən azı bir tanrının mövcudluğuna inam olan teizmlə ziddiyyət təşkil edir. Etimoloji kökə əsasən ateizm qədim yunan sözü olub — "ἄθεος" (ateos) mənası "tanrı yoxdur" deməkdir. Qədim dövrdə daha iri cəmiyyət tərəfindən ibadət edilən tanrılara inanmayan və ya onlara ibadət etməktən imtina edənlər üçün alçaldıcı söz kimi istifadə edilirdi. Ateizm termini ortodoks dindarlar tərəfindən dini inanclarını bölüşməyənlərin kateqoriyalaşdırılmasında istifadə edilirdi. Ateizm termini aktual şəkildə 16-cı əsrdə meydana çıxdı. Bununla bərabər, azad düşüncənin yayılması, skeptisist sorğulama və dini tənqidin artması ilə ateizm termininin tətbiq nöqtəsi daralmağa başladı. Ateist terminindən istifadə edərək özlərini təyin edən ilk şəxslər 18-ci əsrdə maarifçilik dövründə yaşayırdılar.
Sionist
Sionizm (İvrit: צִיּוֹנוּת‎, romanize: Tsiyyonut), tarixi İsrail əraziləri olaraq təyin edilən ərazilərdə bir Yəhudi dövlətinin əsirlər sonra yenidən qurulmasını dəstəkləyən, müdafiə edən və Yəhudi milliyətçiliyini əsas götürən ideoloji fikir hərakatıdır. Sionizm ilk dəfə 1890-cı ildə Nathan Birnbaum tərəfindən təqdim edilib. Ümumi təsvir yəhudi xalqının vətəni hesab etdiyi torpaqlara qayıtmaq məqsədi ilə milli bir hərəkat kimi qəbul edilə bilər. Hərəkat həmçinin yəhudi vətənində müstəqil İsrail dövlətinin qurulmasına və yaşamasına yönəlib. 1948-ci ildə İsrail Dövləti yaranandan bəri Sionizm, İsrail Dövlətini inkişaf etdirmək və İsraildə yaşayan yəhudi millətini İsrail Müdafiə Qüvvələrinə dəstəkləmək yolu ilə qorumağı da məqsədləri arasında aldı. Sionizm əvvəlində konkret və mənəvi məqsədlər qoymuşdur. Bütün siyasi və dini duruşlardan Yəhudilər, solçu, sağçı, dindar və ya dünyəvi, Sionist hərəkatını meydana gətirdilər və bu hərəkatın hədəflərinə çatmaq üçün birlikdə çalışdılar. Sionist fəlsəfədə bəzi fikir ayrılıqları Sionist hərəkatında zamanla bəzi bölünmələrə səbəb olub. Aşağıda bu bölünmələri ortaya çıxara biləcək bəzi mühüm Sionist hərəkatlar var. Sionizm ideologiyasına və onun tarixi inkişafına müxtəlif tərəflərdən yanaşmaq olar.
Sofist Sofroni
Sofroni (560[…], Dəməşq, Finikiya[d] – 11 mart 638, Qüds; yun. Σωφρόνιος), həmçinin Sofist Sofroni — Yerusəlim patriarxı. O, şərqi pravoslav və Roma-Katolik kilsələrində müqəddəs kimi xatırlanır. O, Yerusəlim yeparxiyasında vəzifəyə yüksəlməzdən əvvəl keşiş və ilahiyyətçi, eləcə də İsa Məsihin mahiyyəti və iradəli hərəkətləri barədə doktrinalı mübahisələrdə ortodoksal tədrisin öncüllərindən idi. Sofroni təqribən 560-cı ildə Dəməşq şəhərində anadan olmuşdur. O, həm Bizans yunanı, həm də Suriya əsilli olduğunu irəli sürmüşdür. Ritorika müəllimi olan Sofroni təxminən 580-ci ildə Misirdə zahid olmuş və sonra Betlehəm yaxınlığındakı Böyük Feodosiya monastırına daxil olmuşdur. O, özünü "Ruhani çəmənlik" adında dindar həyat haqqındakı əsərinə həsr etmiş Bizans salnaməçisi Müqəddəs İoann Mosxa yoldaşlıq edərək Kiçik Asiya, Misir və Romadakı monastır mərkəzlərinə səyahət etmişdir. Mosxun 619-cu ildə Roma şəhərində vəfat etməsindən sonra Sofroni onun cənazəsini monastırda dəfn etmək üçün Yerusəlim şəhərinə aparmışdır. O, müvafiq patriarxları monoenerjizmdən imtina etməsinə inandırmaq üçün 633-cü ildə Misir İsgəndəriyyəsinə və Konstantinopola səyahət etmişdir.
Alkim (sofist)
Alkim (lat. Alcimus) — IV əsrin ikinci yarısında yaşamış Roma sofisti. Alkim Nikomediyada anadan olmuşdur. O, 343–348-ci illərdə saxta qətl ittihamı ilə Nikomediyada Libani ilə birlikdə həbs edilmişdir. Alkim Nikomediyada ritorikadan dərs deyirdi. 356-cı ildə Romaya səyahət etmiş və burada Böyük Vasili ilə birlikdə qalmışdır. Bir il sonra Alkim Nikomediyada heyvan tamaşalarını təşkil etmişdir. O, Vifiniyada nüfuzlu olmuşdur. 362-ci və ya 363-cü ildə Alkim Antioxiyada imperator Mürtəd Yulianın sarayını ziyarət etdi. Arestenet onun qohumu olmuşdur.
Eqoist anarxizm
Anarxo-eqoizm fərdi anarxizmin təsirli formasıdır. Fərdiyyətçi anarxizmin ən qədim tanınmış müdafiəçilərindən biri olan Maks Ştirnerin 1844-cü ildə yazdığı Uniqueness and Property" əsəri anarxo-eqoist fəlsəfəsinin əsas mətnidir. Onun fikrincə, Allahı, dövləti, əxlaqi qaydaları və cəmiyyəti nəzərə almadan istədiyi kimi hərəkət edən şəxsin cəmiyyət üzvləri qarşısında heç bir məsuliyyəti yoxdur. Ştirnerə görə hüquqlar insan şüurunda qorxudur və cəmiyyət deyə bir şey əslində mövcud deyil; "Fərdlər onun reallığıdır." O, mülkiyyəti hüquqlara deyil, gücə və gücə malik olan varlıqlar kimi görür. Stirner eqoistlərin birliyini insanları bir araya gətirəcək bir təşkilat modeli olaraq görür.
Beyker-strit
Beyker-strit (ing. Baker Street) — inzibati dairə, Vestminster borosunda yerləşən, Merilebon məhələsinə aid Londonun ən məşhur küçələrindən biri. Küçə XVIII əsrdə onu salan inşaatçı Vilyam Beykerin şərəfinə adlandırılmışdır. Şotland yazıçısı Artur Konan Doylun yaratdığı xəfiyyə obrazı — Şerlok Holms Londonda Beyker-strit, 221B ünvanında yaşamışdır.
Dauninq-strit
Dauninq-strit (ing. Downing Street) — inzibati dairə, Vestminster borosunda yerləşən, Londonun kiçik, lakin mühüm əhəmiyyətə malik küçələrindən biri. Burada 200 ildən artıqdır ki, Britaniya baş nazirinin iqamətgahı yerləşir. Küçə 1680-ci ildə onu salmış ingilis siyasi xadimi, diplomat baronet Corc Dauninqin şərəfinə adlandırılmışdır. Hökumət üzvlərinin bütün iqamətgahları küçənin bir tərəfində yerləşir. Yalnız xarici işlər nazirliyi qarşı binada yerləşir. Ev 10-da ənənəyə əsasən xəzinədar birinci lord, indi isə onun əvəzedicisi, baş nazir, ev 11-də isə xəzinədar ikinci lord, hazırda onun əvəzedicisi, maliyyə naziri yaşayır.
Oksford-strit
Oksford-strit (ing. Oxford Street) — inzibati dairə, Vestminster borosunda yerləşən Londonun ən qədim küçələrindən biri. Oksford-strit Avropanın "Roma yolu" küçələrindən olub, XII əsrdə salınmışdır. 1196–1782-ci illərdə küçə Tyburn Street adlanmış, XVII əsrdən etibarən zadəgan Oksfordun şərəfinə adlandırılmışdır.
Oliver Tvist
Oliver Tvistin macəraları - Çarliz Dikkensin ikinci romanı. Oliver! (film) - musiqili film (1968). Oliver Tvist (film) - Roman Polinskinin filmi (2005). Oliver Tvist (multfilm) - multiplikasiya filmi (1982).
Stoks qanunu
Stoks qanunu-özlü mayelərdə cismin hərəkəti zamanı meydana çıxan müqavimətinə aiddir. Bu müqavimət qüvvəsi (F) mayenin axma sürəti (v), özülülük əmsalı ( η {\displaystyle \eta } ) və cismin xətti ölçüləri (r) ilə mütənasibdir. F = 6 π η r v {\displaystyle F=6\pi \eta rv} Özülülük əmsalı maddəyə görə dəyişir.
Teist təkamül
Teist təkamül (Tanrıya bənzər təkamül, təkamül kreativizmi), klassik dini təlimlərdəki Tanrı və yaradılışı müasir elmi anlayışdakı bioloji təkamül nəzəriyyəsinə uyğun edən bir görüşdür. Teist təkamül elmi bir nəzəriyyə deyil, təkamül elmini və bəzi dini izahları əlaqələndirən bir görüşdür. Bu şəkildə teistik təkamül nəzəriyyəsinə baxanlar dinlə elm arasındakı qarşıdurmanı rədd edir və yaradılışın təkamül izahının dini baxımdan problemli olmadığını düşünürlər.
Uoll-Strit
Wall Street — ABŞ-də, Nyu-York şəhərində, Manhetten kvartalının cənubunda, ölkənin aparıcı maliyyə qurumlarının qərargahlarının yerləşdiyi küçə. Zaman keçdikcə bu söz, ABŞ maliyyə bazarının anoniminə çevrilmişdir. Buna görə Nyu-Yorku dünyanın hesab mərkəzi hesab edirlər. Nyu-Yorkda ümumi kapitalizasiyasına görə dünyada birinci yerdə olan iki fond birjası - Nyu-York Fond Birjası və NASDAQ yerləşir. Həmçinin Nyu-york Əmtəə Birjası, Nyu-York Ticarət Şurası və keçmiş Amerika Fond birjası kimi təşkilatların baş ofisi də burada yerləşir. Küçənin adı, XVII əsrdə şəhərin şimal sərhəddi hesab edilən divardan götürülmüşdür.1640-cı illərdə bu divar müstəmləkə sakinlərini əhatə edirdi.
Trednidl-strit
Threadneedle Küçəsi (ing. Threadneedle Street) İngiltərə'nin paytaxtı London'da, adı İngilis dilində thread (iplik) və needle (iynə) sözlərinin birləşməsiylə yaranmış bir yoldur. 1734 ilindən bəri eyni yerində xidmət verən İngiltərə Bankası'nın mərkəzi binasının bu küçə üzərində olmasıyla tanınır. Bank burada Threadneedle'ın yaşlı qadını kimidə tanınır. 2004 ilinə qədər Londonda Menkul Qiymətlər Borsası binası da bu küçədə yerləşmişdir.
Voll-Strit
Wall Street — ABŞ-də, Nyu-York şəhərində, Manhetten kvartalının cənubunda, ölkənin aparıcı maliyyə qurumlarının qərargahlarının yerləşdiyi küçə. Zaman keçdikcə bu söz, ABŞ maliyyə bazarının anoniminə çevrilmişdir. Buna görə Nyu-Yorku dünyanın hesab mərkəzi hesab edirlər. Nyu-Yorkda ümumi kapitalizasiyasına görə dünyada birinci yerdə olan iki fond birjası - Nyu-York Fond Birjası və NASDAQ yerləşir. Həmçinin Nyu-york Əmtəə Birjası, Nyu-York Ticarət Şurası və keçmiş Amerika Fond birjası kimi təşkilatların baş ofisi də burada yerləşir. Küçənin adı, XVII əsrdə şəhərin şimal sərhəddi hesab edilən divardan götürülmüşdür.1640-cı illərdə bu divar müstəmləkə sakinlərini əhatə edirdi.
Bəhram Əliyev (solist)
Bəhram Babaxan oğlu Əliyev (13 mart 1950) — Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının tenor səs tembrinə malik yüksək dərəcəli solisti, Azərbaycan Respublikasının əməkdar artisti (2008). Əliyev Bəhram Babaxan oğlu 1950-ci ildə Neftçala rayonunda anadan olmuşdur. 1979-cu ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir. Uzun illər Azərbaycan Dövlət Musiqili Komediya Teatrında, Ş. Məmmədova adına Opera studiyasında, Dövlət Xor Kapellasında çalışmışdır. 1993-cü ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında işləyir. Tenor səs tembrinə malik yüksək dərəcəli solist vokalçıdır. B. Əliyev teatrın repertuarında olan bir sıra milli və klassik opera tamaşalarında ikinci dərəcəli rolları ifa edir. Buna baxmayaraq onun ifası istər vokal, istərsə də aktyorluq cəhətdən hər zaman professionallığı ilə fərqlənir. Onun Ü. Hacıbəyovun "Koroğlu" operasında ifa etdiyi Həmzə bəy, M. Maqomayevin "Şah İsmayıl" operasında Vəzir, R. Mustafayevin "Vaqif" tamaşasında Əli bəy, F. Əmirovun "Sevil" operasında Məmmədəli bəy, Z. Hacıbəyovun "Aşıq Qərib" operasında Mahmud, habelə C. Puççininin "Çio-Çio-San" operasında Yamadori, R. Leonkovallonun "Payatsı" operasında Kəndli və s. rolları öz fərdiliyi ilə seçilir və sevilir.
Fərid Əliyev (solist)
Fərid Fərhad oğlu Əliyev (29 mart 1975, Bakı) — Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının, Şövkət Məmmədova adına Opera studiyasının və Azərbaycan Dövlət Musiqili Komediya Teatrının solisti, Xəzər Universiteti Musiqi və İncəsənət departamentinin müəllimi. Azərbaycan Respublikasının Əməkdar artisti. Fərid Əliyev 29 mart 1975-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1994-cü ildə Ə.Əzimzadə adına Rəssamlıq məktəbini bitirmiş və həmin ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dizayn fakültəsinə daxil olmuşdur. Bakı Musiqi Akademiyasıda təhsil alıb, lirik-tenor səsə malikdir. 1999-cu ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrının solistidir. İşlədiyi müddət ərzində "Vesyolaya vdova", "Maritsa", "Tsıqan premyer", "Silva", "Neistovıy Qasqonets", "Talelər qovuşanda", "Volqalı canan", "Aldın payını, çağır dayını", "O olmasın, bu olsun" kimi tamaşalarda yadda qalan obrazlar yaratmışdır. Eyni zamanda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında "Natəvan" operasında Hacı Abbas Ağa, "Şah İsmayıl" operasında Vəzir, "Koroğlu" operasında Koroğlunun və Həmzə bəyin partiyalarını ifa edir. F. Əliyev Bakı Musiqi Akademiyasının Ş. Məmmədova adına Opera studiyasının solistidir. Orada "Boqema" operasında Rudolf, "Traviata" operasında Alferd, "Kənd namusu" operasında Turiddu, "Faust" operasında Faust, "Yevgeni Onegin" operasında Lenski rpartiyalarını ifa etmişdir.
Beyker Strit (London)
Beyker-strit (ing. Baker Street) — inzibati dairə, Vestminster borosunda yerləşən, Merilebon məhələsinə aid Londonun ən məşhur küçələrindən biri. Küçə XVIII əsrdə onu salan inşaatçı Vilyam Beykerin şərəfinə adlandırılmışdır. Şotland yazıçısı Artur Konan Doylun yaratdığı xəfiyyə obrazı — Şerlok Holms Londonda Beyker-strit, 221B ünvanında yaşamışdır.
Dauninq Strit (London)
Dauninq-strit (ing. Downing Street) — inzibati dairə, Vestminster borosunda yerləşən, Londonun kiçik, lakin mühüm əhəmiyyətə malik küçələrindən biri. Burada 200 ildən artıqdır ki, Britaniya baş nazirinin iqamətgahı yerləşir. Küçə 1680-ci ildə onu salmış ingilis siyasi xadimi, diplomat baronet Corc Dauninqin şərəfinə adlandırılmışdır. Hökumət üzvlərinin bütün iqamətgahları küçənin bir tərəfində yerləşir. Yalnız xarici işlər nazirliyi qarşı binada yerləşir. Ev 10-da ənənəyə əsasən xəzinədar birinci lord, indi isə onun əvəzedicisi, baş nazir, ev 11-də isə xəzinədar ikinci lord, hazırda onun əvəzedicisi, maliyyə naziri yaşayır.
Oksford Strit (London)
Oksford-strit (ing. Oxford Street) — inzibati dairə, Vestminster borosunda yerləşən Londonun ən qədim küçələrindən biri. Oksford-strit Avropanın "Roma yolu" küçələrindən olub, XII əsrdə salınmışdır. 1196–1782-ci illərdə küçə Tyburn Street adlanmış, XVII əsrdən etibarən zadəgan Oksfordun şərəfinə adlandırılmışdır.
Oliver Tvist (dəqiqləşdirmə)
Oliver Tvistin macəraları - Çarliz Dikkensin ikinci romanı. Oliver! (film) - musiqili film (1968). Oliver Tvist (film) - Roman Polinskinin filmi (2005). Oliver Tvist (multfilm) - multiplikasiya filmi (1982).
Oliver Tvist (film)
Oliver Tvist (Oliver Twist) — macəra filmidir. Rejisoru Roman Polanskidir. Film 2005-ci ildə işıq üzü görmüşdür. Çarlz Dikkensin "Oliver Tvistin macəraları" romanı əsasında ekranlaşdırılmışdır. Bir yetimxanada dünyaya gələn Oliver Tvistin həyatı təsvir edilməkdədir. Oliver Tvist bir yetimxanada dünyaya gəlir. Yetimxana müdiri bəy Bumble, ona adını qoyar. Uşaqlığını qadın Mann' ın yanında keçirər. 11 yaşındaykən bəy Sowerberyin yanına övladlıq verilər. Bəy Sowerbery cənazə işləriylə məşğul olan biridir.
Uol Strit 40
40 Wall Street, Nyu-Yorkda yerləşən 70 mərtəbəli bir göydələndir. Bank of Manhattan Trust Building və ya Manhattan Company Building olaraq da bilinir. Daha sonra Chase Manhattan Bank adlandırılmış və hal-hazırda Trump Building adlandırılır. 40 Wall Street, New York şəhərinin Manhetten hissəsində, Nassau Street və William Streetin kəsişməsində yerləşir. Binanın tikintisinə 1929-cu ildə başlanılmış və 11 ay çəkən tikinti işləri 1930-cu ildə tamamlanmışdır. Binanın üstündə olan antena ilə birlikdə hündürlüyü 283 m təşkil edir. Binah hal-hazırda ofis binası kimi istifadə olunur.
Uoll Strit 40

Çeyn-Stoks tənəffüsü
Çeyn-Stoks tənəffüsü — periodik səthi seyrək tənəffüs hərəkəti ilə başlayaraq get-gedə tezləşə və dərinləşərək maksimal həddə çatdıqdan sonra təzədən səthiləşərək, səngiyərək uzun pauzaya keçməsilə xarakterizə olunan potoloji tənəffüs tipi. Bu hal ilk dəfə XIX əsrin əvvəllərində həkimlər Çeyn və Uilyam Stoksun işlərində təsvir edildiyindən onların şərəfinə adlandırılmışdır.
Uoll-strit canavarı
Uoll-strit canavarı (ing. The Wolf of Wall Street) — Martin Skorsezenin rejissorluğu ilə 2013-cü ildə çəkilmiş film. Filmin premyerası 2013-cü il dekabrın 17-də Nyu-Yorkda baş tutdu və Paramount Pictures tərəfindən 25 dekabr 2013-cü ildə ABŞ-da nümayiş olundu . Bu, sırf rəqəmsal distribusiya vasitəsilə buraxılan ilk böyük Amerika filmi idi . Teatr nümayişi zamanı dünya üzrə 406,9 milyon dollar qazanaraq Scorsese-nin ən çox gəlir gətirən filminə çevrilərək böyük bir kommersiya uğuru idi. Film əxlaqi qeyri-müəyyənliyi və qurbanlara rəğbət bəsləməməsi, həmçinin açıq-aydın cinsi məzmun, ifrat söyüş , ağır narkotik istifadəsi və istehsal zamanı heyvanların istifadəsinin təsviri ilə mübahisə doğururdu. O , Ginnesin Rekordlar Kitabına ən çox söyüş halları olan film kimi düşüb. Filmin maliyyələşdirilməsi 1Malaysia Development Berhad korrupsiya qalmaqalına qarışdı ; ABŞ Ədliyyə Nazirliyi və Malayziya Korrupsiyaya Qarşı Mübarizə Komissiyası Red Granite Pictures-i araşdırdı və prodüser Rza Əziz 2019-cu ildə həbs olundu. Film tənqidçilərdən müsbət rəylər (və bəzi mənəvi qınaq) aldı və "ilin ən yaxşıları" siyahısında yer aldı. O, 86-cı Akademiya Mükafatları mərasimində beş mükafat da daxil olmaqla bir neçə mükafata namizəd olub : Ən yaxşı filmə görə Oskar mükafatı, Ən Yaxşı Rejissor , Ən Yaxşı Uyğunlaşdırılmış Ssenari , Ən yaxşı kişi roluna görə Oskar mükafatı (Di Kaprio üçün) və Ən Yaxşı Köməkçi Aktyor (Hil üçün).
Nikola Stoşiç
Nikola Stoşiç (29 yanvar 2000-ci ildə Serbiyada anadan olub) — Avstriya Birinci Liqa təmsilçilərindən olan Liferinq klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Serbiyalı futbolçudur. Stoşiç Red Bull Zalsburq akademiyası vasitəsilə inkişaf etmişdir. Stoşiç 2016-cı ildə Zalsburq U-19 komandası ilə UEFA Gənclər Liqasında iştirak etmişdir. O, turnirdə debütünü 19 oktyabr 2016-cı ildə Vardar U-19 komandasına qarşı oyunda etmişdir. O, 73-cü dəqiqədə İqoru əvəz etmiş və komandası 3-0 hesabı ilə qalib gəlmişdir. Stoşiç öz peşəkar karyerasında debütünü 20 aprel 2018-ci ildə Vattens klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. Həmin görüşdə Liferinq liqa görüşündə rəqibi ilə 0-0 hesabı ilə bərabərə qalmışdır. O, karyerasında ilk qolunu 27 iyul 2018-ci ildə Horn klubuna qarşı oyunda vurmuşdur. O, 88-ci dəqiqədə qolla yadda qalmış və komandası rəqibinə 2-1 hesabı ilə qalib gəlmişdir.