Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Hurdy Gurdy
Hurdy Gurdy — Musiqi aləti. Hurdy- gurdy (Çexcə Niněra) çarxla tellərə sürtünərək səs çıxaran simli alətdir. Çarxın funksiyası daha çox skripka yayına bənzəməklə onda çalınan melodyalar da skripkanınkına bənzəyir. Melodyalar tonlarını dəyişmək üçün klaviaturanın üzərində çalınır. Çoxu simli alət kimi simlərin titrəməsini eşidiləbilər hala gətirən səs taxtası vardır. Hurdy gurdynin mənşəyinin ümumiyyətlə skripkadan, həmçinin 11-ci əsrdən əvvəl Avropadan və ya Orta Şərqdən (məs: rebab aləti) gəldiyi düşünülür. 17-ci əsrdə musiqi zövqünün dəyişməsi ilə əlaqədar və hurdy gurdynin verə biləcəyindən daha çox polifonik istedad istədi və alət ən düşük sosail siniflərə itələndi. XVIII əsrdə hurdy gurdy yenidən məşhurlaşmağa və üst siniflərə geri dönməyə başladı. Bu müddət ərzində artıq onun müxtəlif növləri qərbi slavyan ölkələrinə, alman dilli ərazilərə, Macarıstana və həmçinin Mərkəzi Avropaya da yayılmışdı.
Acipenser sturio
Atlantik nərəsi (lat. Acipenser sturio) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinin nərə cinsinə aid heyvan növü.
Esturoy adası
Esturoy adası (far. Eysturoy, dan. Østerø — "Şərq adası") — Farer adalarına daxil olan ada. 2013-cü il məlumatına görə adada 10662 nəfər yaşayır. Sahəsi 286.3 km²-dır. Streymoy adasından sonra Farer adalarının ikinci böyük adasıdır. İki adanı körpü birləşdirir. Adada ölkənin ən hündür zirvəsi olan Slattaratindur dağı yerləşir (880 m). Adanın daxilinə Skalafyörur fiordu uzanır.
Robert Sturua
Robert Sturua (gürc. რობერტ სტურუა; d. 31 iyul, 1938. Tbilisi, Gürcüstan SSR, SSRİ) — gürcü teatr rejissoru, aktyor, SSRİ Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı (1979) Robert Sturua 31 iyul 1938-ci ildə Gürcüstan SSR-in paytaxtı Tbilisi şəhərində doğulmuşdur.
Roksandra Sturdza
Roksandra Sturdza (tam adı:rum. Roksandra Skarlatovna Edling-Sturdza; 12 oktyabr 1786, Konstantinopol və ya Konstantinopol – 16 yanvar 1844 və ya 1844, Odessa, Xerson quberniyası) — xeyriyyəçi və yazıçı. Onun həyatda əsas uğuru Balkanlarda müharibə illərində və inqilab baş verərkən Odessada ehtiyac içində olan qaçqınlar və xüsusilə də uşaqlar üçün uşaq evləri və məktəblər tikdirməsi idi. O, Moldova knyazlığının şahzadəsi Böyük Draqoman Konstantin Muruzinin nəvəsidir. Roksandranın fəaliyyəti, uzaqgörənliyi, iradəsi və qətiyyəti onu bütün Avropada gənc qaçqınların ehtiyaclarının müdafiəçisi halına gətirdi. Şahzadə Roksandra 12 oktyabr 1786-cı ildə Konstantinopolda anadan olmuşdur. Valideynləri Skarlat Sturdza və Sultana Sturdza-Muruzidir (1762-1839). Roksandra Aleksandr Sturdzanın bacısı və Moldova knyazlığının şahzadəsi Mixail Sturdzanın əmisi qızıdır. 1790-cı ildə Sturdza ailəsi Yassıya köçmüş, daha sonra 1800-cü ildə Sankt-Peterburqda məskunlaşmışdılar. Roksandra burada təhsilinə rus və yunan dillərində davam etmişdir.
Starıy Krım
Starıy Krım' — Keçmiş zamanlarda qədim Kafa şəhərinə yaxın Çürük Su çayı üstündə məşhur moğal-türk şəhəri Kırım Kirman (yəni Kırım qalası) yerləşirdi. Indiki Kırım ölkəsinin adının da vaxtilə bu məntəqənin adından yarandığı söylənilir. Övliya Çələbi də "eski taxt mərkəzi" Əski Kırım şəhərinin lap əvvəlki adının Kırım Kirman olduğunu yazır. Kırımın tam istilasından sonra 1784-cü ildə Əski Kırım şəhərinin də adı rus dilinə tərcümə olunaraq Starıy Kırım adlanmışdır.1. Şəhərin mərkəzində mərmərdən məscdi və digər ictimai binalar, xüsusən məktəb səyyahların heyrətinə səbəb olurdu. Övliya Çələbi də həmin heyrətlə bu şəhərə sığışan, lakin hər hansı bir vilayətə, ölkəyə süs verə biləcək zəngin imarətləri — əsərləri, abidələri sadaladıqca insan bunların indi xarabalıqlar yox, mədəni və ehtişamlı şəhərlər olduğunu güman edir. Odur ki, səyyah dərhal təəssüratlarını təbiilik, həqiqilik qiyafəsinə salaraq yazır: əgər məndən yazdığım bu qədər əsər və binaları bəs nerədən bulub yaza bildin?-deyə sorsalar, "hələ də burada yüz minlərlə əsər – bina, qübbələr durmaqdadır. Kırım şəhərinin qapısının iç üzündə Mengli Gəray xan camisinin yanında bulunan yüksək mərmər sütun üzərində Kırımın bütün imarətləri, vəqf edilmiş əsərlərin və sahiblərinin isimlərini də yazmışlar,-deyərək cavab verərəm.2."Vaxtilə Əski Kırımda möhtəşəm Özbək xan məscidi (XIV), Baybars məscidi (XIII), Ətirli məscid (XIV), Kurşun caminin bu gün xarabalıqları belə insanı heyrətə salmaqdadır. İstilalar nəticəsində dağıdılmış şəhərin fəlakətini böyük rus tarixçisi Karamzin "allahın bəlasına tuş oldu,"-deyə xəbər verir. Böyük tarixçi hər halda xalq rəvayətlərindən bolluca bəhrələnərək: Kırım əhalisi həm varlı, həm də xəsis idilər; kasıba əl tutmazdılar.
Starıy Oskol
Starı Oskol — Rusiya Federasiyasında yerləşən şəhər Belqorod vilayətinə daxildir
Typhlodromips sturti
Emiliya Turey
Emiliya Turey (d. 6 sentyabr 1984; Həştərxan, Rusiya) — Rusiyanı təmsil edən həndbolçu. == Karyerası == Emiliya Turey Rusiya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Norveç yığmasına 34:27 hesabı ilə məğlub olan Rusiya yığması, XXIX Yay Olimpiya Oyunlarını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı. Daha sonra Emiliya Turey Rusiya yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. 1/4 final mərhələsində Cənubi Koreya yığmasına 25:24 hesabı ilə məğlub olan Rusiya yığması, London Olimpiadasını 8-ci yerdə başa vurdu.
Filipp Sturm
Filipp Sturm (23 fevral 1999-cu ildə Avstriyada anadan olub) — Avstriya Birinci Liqa təmsilçilərindən olan Liferinq klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Avstriyalı futbolçudur. == Klub karyerası == === Liferinq === Sturm Red Bull Zalsburq akademiyası vasitəsilə inkişaf etmişdir. Sturm 2016-cı ildə Zalsburq U-19 komandası ilə UEFA Gənclər Liqasında iştirak etmişdir. O, turnirdə debütünü 27 sentyabr 2016-cı ildə Vardar U-19 komandasına qarşı oyunda etmişdir. O, 82-ci dəqiqədə Nikolas Meysteri əvəz etmiş və komandası 5-0 hesabı ilə qalib gəlmişdir. Sturm öz peşəkar karyerasında debütünü 24 fevral 2017-ci ildə LASK Linz klubuna qarşı oyunda etmişdir. O, 90-cı dəqiqədə Masaya Okuqavanı əvəz etmişdir. Həmin görüşdə Liferinq liqa görüşündə rəqibinə 0-3 hesabı ilə məğlub olmuşdur. O, karyerasında ilk qolunu 27 iyul 2018-ci ildə Horn klubuna qarşı oyunda vurmuşdur. O, 57-ci dəqiqədə qolla yadda qalmış və komandası rəqibinə 2-1 hesabı ilə qalib gəlmişdir.
Stray Kids
Stray Kids (azərb. Küçə Uşaqları‎)— və ya qısaca SKZ kimi tanınan, JYP Entertainment tərəfindən eyni adlı 2017 realiti şou vasitəsi ilə qurulan Cənubi Koreyalı oğlan qrupudur. Qrup hazırda səkkiz üzvdən ibarətdir: Bang Chan, Lee Minho, Seo Çangbin, Hwang Hyun-jin, Han Jisung, Lee Felix, Seungmin ve I.N .Əvvəlcə doqquz nəfərdən ibarət olan qrupun üzvü olan (Woojin) Vucin, 2019-cu ilin oktyabr ayında şəxsi səbəblər üzündən Stray Kids-dən ayrıldı. 2017-ci ilin avqust ayında JYP Entertainment agentliyi yeni bir kişi idolunun ilk layihəsini həyata keçirmək üçün reallıqda qalma şousunu rəsmi olaraq elan etdi. Önümüzdəki iki ayda şounun adı "Stray Kids" də daxil olmaqla daha çox məlumat və teaser yayımlandı.17 Oktyabrda premyerasından əvvəl JYPE, Stray Kids-in "Hellevator" adlı bir mahnısına ilk musiqi videosunu yayımladı, daha sonra rəqəmsal bir sinql olaraq yayımlandı. Lee Know və Felix adlı iki üzv qrupdan çıxarıldı, lakin doqquz üzvün hamısı son sıraya çıxdı.Lee Know və Felix daha sonra qrupa geri qayıtdı. Stray Kids-in rəsmi saytının istifadəyə verilməsi ilə yanaşı, JYPE qrupun debut öncəsi Mixtape adlı genişləndirilmiş oyununun (EP) buraxılışını elan etdi. Üzvlərin birgə yazdığı və ortaq bəstələdiyi "Hellevator" və şou zamanı ifa etdikləri digər mahnıları da daxil olmaqla yeddi parçadan ibarətdir. EP, ""Beware"" adlı ikinci trekinin performans videosu ilə birlikdə 8 yanvar 2018-ci ildə, bir həftə sonra isə "Spread My Wings"-in performans videosu onlayn yükləndi. Bu Gaon-un Album Chart və Billboar-ın Dünya Albomlari siyahısında 2-ci sıraya çıxdı.
Turda dərəsi
Turda dərəsi (rum. Cheile Turzii, mac. Tordai-hasadék) ― Rumıniyanın Transilvaniya bölgəsində yerləşən dərə. Kluj-Napoka şəhərindən 15 km cənub-şərqdə, Turda şəhərindən isə 6 km qərbdədir. Turda dərəsi qorunan təbiət ərazisidir. Kanyon formalı bu dərə yura yaşlı əhəng daşlarınındağ süxurlarının eroziyası nəticəsində formalaşmışdır. Dərədə əsas çay Haştade çayıdır. Dərə uzunluğu 2,9 km-dir. Dərə divarlarının hündürlüyü bəzən 200-300 metr arasında dəyişir. Tura dərəsinin ümumi sahəsi 324 hektardır.
Bungo Stray Dogs
Bungo Stray Dogs (文豪ストレイドッグス, Bungō Sutorei Doggusu, azərb. Ədəbi küçə itləri‎) — 2012-cu ildən Sanko Harukavanın rəssamlıği ilə Kafka Asaqiri tərəfindən yazılan manqa seriyası. Manqa seriyası Liman mafiyası və Gildiya kimi cinayətkar qruplaşmalarla mübarizə aparan, fövqəltəbii güclərə malik olan Silahlı Detektiv Agentliyindən bəhs edir. Manqa seriyası 4 dekabr 2012-ci ildən Kadokawa Shoten nəşriyyatı tərəfindən nəşr olunur və indiyə qədər 25 cildi buraxılmışdır. 2014-cü ildən isə ranobe adaptasiyası nəşr olunur. Manqa seriyası Yen Press tərəfindən Şimali Amerika regionu üçün lisenziyalaşdırılmışdır. Bones studiyası tərəfindən istehsal olunmuş eyniadlı anime serialı adaptasiyası Yaponiyada 2016-ci ilin aprelindən dekabrına kimi yayımlanmış və 24 seriya davam etmişdir. Üçüncü mövsümü anons edilmişdir. "Bungo Stray Dogs: Dead Apple" adlı anime filmi 3 mart 2018-ci ildə Yaponiyada ekranlaşdırılmışdır. == Məzmun == Hadisələr Yaponiyanın Yokohama şəhərində xüsusi güclərə malik olan şəxslər ətrafında cərəyan edir.
Stray Kids diskoqrafiyası
Cənubi Koreyada fəaliyyət göstərən Stray Kids oğlan qrupu iki studiya albomu, üç tərtib albomu, bir yenidən nəşr, doqquz genişləndirilmiş oyun, bir sinql albomu və iyirmi üç sinql çıxardı.
Stur-Fiord
Stur-Fiord (norv. Storfjorden, nyunorsk Storfjorden) — Norveçin Myore-oq-Romstal rayonu ərazisində yerləşən fiord. Uzunluğuna görə 5-ci fiordudur. Fiord ölkənin daxilinə 110 km məsafəsə daxil olur. Maksimal dərinliyi 679 metrdir. Sahilləri sıldırımlıdır. Hündürlük 300-1200 metr arasında dəyişir. Sahillərində Olesunn və Stranda kimi yaşayış məntəqələri vardır. Norveş dilindəm tərçümədə «Böyük Fiord» anlamını verir.
The Story of Us
“Bizim Hekayə” — rejissor Rob Reynerin çəkdiyi, baş rollarda Bruce Willis və Mişel Pfayferin oynadığı komediya, melodram janrında olan filmdir. Ben və Keti on beş ildir evlidirlər, lakin onlar artıq bir-birləri ilə sakit danışa, öz aralarında razılığa gələ bilmirlər və ayrılmaq ərəfəsindədirlər. Bütün yaxınlaşma cəhdləri evlilik illərində yığılan aqressiyalara görə müsbət nəticələr vermir və mübahisələrlə başa çatır. Ancaq sonda həyat yoldaşları bir-birlərini bütün çatışmazlıqlarla qəbul etməyə güc tapacaqlar ...
Stur-ford boğazı
Stur-ford boğazı (norv. Storfjorden) — Qərbi Şpisbergen adasını Barens və Edj adalarından ayırır. Şimal Buzlu okeanına daxil olan Barens dənizinin akvatoriyasına daxildir. Boğaz Şpisbergen arxipelaqına daxil adaları ayırır. Uzunluğu 132 km təşkil edir. Yay ayları ərzində boğazda hərəkət edən buzlarla örtülür.
A Twist in My Story
A Twist in My Story — ABŞ rok qrupu Secondhand Serenade-in ikinci studiya albomu. 19 fevral 2008-ci ildə Glassnote Records tərəfindən buraxılıb.
Stüard
Stüard, stüardessa (ing. stewardess, flight attendant) — təyyarə və gəmilərdə sərnişinlərə qulluq etmək üçün ekipajın sıravi üzvü. Sərnişinlərə yemək və su verir, təhlükəsizlik qaydalarını izah və təmin edir, bortda və gəmidə səliqə yaradır.. Hərbi aviasiyada bu vəzifəni ekipaj üzvlərindən biri: borttexnik, bortmexanik və ya operator yerinə yetirir. İlk dövrdə təyyarələrdə sərnişinlərə qulluqla ikinci pilot məşğul olurdu, ancaq bu uçuş üçün təhlükəli idi. 1928-ci ildə Almaniyada ekipaja xüsusi işçi – stüard əlavə etdilər. 1930-cu ildə ABŞ-də stüard kimi qızları cəlb etməyi təklif etdilər. Birincisi, qızlar özlərinin xarici görünüşləri ilə təyyarələri reklam edə bilirdilər. İkincisi isə, qızlar çəkicə az olurdular ki, bu isə təyyarənin az yük götürməsinə şərait yaradırdı. Aviasiya tarixində ilk dəfə 15 may 1930-cu ildə San-Fransiskodan Ellen Çerç qadın stüard kimi uçuş etdi.
Story of My Life (Lesli Roy mahnısı)
"Story of my life" (azərb. Mənim həyat hekayəm‎) — İrlandiyalı müğənni-söz yazarı Lesli Royun mahnısı. Mahnı İrlandiyanı, Niderlandın Rotterdam şəhərində keçirilməsi planlaşdırılan, sayca 65-ci Avroviziya Mahnı Müsabiqəsində təmsil edəcəkdi. İrlandiyalı milli yayım şirkəti RTÉ, Avroviziya Mahnı Müsabiqəsinin 2020-ci il buraxılışında ölkə təmsilçisini təyin etmək məqsədilə, ölkədəki tanınmış bəstəkar və sənətçiləri 2FM ilə birlikdə iş birliyinə dəvət etmişdir. Milli yayımçı, İrlandiyanın Avroviziya tarixində ilk dəfə olaraq ölkənin məşhur prodüser şirkəti olan "THISISPOPBABY"yi seçərək, iştirakın yaradıcılıq yönü ilə bağlı bütün hazırlıq işlərini ona həvalə edib. Nəticə olaraq, 5 mart 2020-ci tarixində, milli yayımçı ölkəni 2020 Avroviziya Mahnı Müsabiqəsində, "Story of my life" mahnısı ilə Lesli Royun təmsil edəcəyini elan etmişdir. Mahnının sözləri və bəstəsi Lesli Roy, Robert Marvin, Kett Qravit və Tom Şapiro tərəfindən ərsəyə gətirildi. İfaçı Lesli Roy mahnısı haqqında: "Mahnı şəxsiyyətin həyatda qarşılaşdığı bütün çətinliklərin öhdəsindən gələrək, yenidən ayağa qalxmağa səsləyir və hər zaman qələbə ruhlu olmağa dəvət edir" ifadələrini bildirmişdir. Avropa Yayım Birliyinin (EBU), 28 yanvar 2020-ci tarixində təşkil etdiyi ənənəvi püşkatma mərasimində, İrlandiyanın 12 may 2020-ci il tarixində baş tutacaq ilk yarımfinal mərhələsinin birinci hissəsində mübarizə aparacağı elan edilmişdir. Lesli Royun "Story of my life" mahnısı ilə Litvadan sonra və Rusiyadan əvvəl, yeddinci nömrə altında səhnədə çıxış edəcəyi açıqlansada, Avropa Yayım Birliyi (EBU) 18 mart 2020-ci tarixində, mövcud Koronavirus pandemiyasını əsas gətirərək, 2020-ci il Avroviziya Mahnı Müsabiqəsinin ləğv edildiyini elan etmişdir.
Stray Kids-in qazandığı mükafatların və namizədliklərin siyahısı
Aşağıda 2018-ci ildə JYP Entertainmnet tərəfindən qurulan Cənubi Koreya-lı oğlan qrupu Stray Kids-in qazandığı mükafatların və namizədliklərin siyahısı verilmişdir. Qrup hazırda səkkiz üzvdən ibarətdir: Bang Chan, Lee Know, Changbin, Hyunjin, Han, Felix, Seungmin ve I.N.Əvvəlcə doqquz nəfərdən ibarət olan qrupun üzvü olan Woojin, 2019-cu ilin oktyabr ayında şəxsi səbəblər üzündən Stray Kids-dən ayrıldı. Qrup eyni adlı 2017 realiti şou olan Stray Kids vasitəsi ilə qurulub. Qrup, 2018-ci ilin yanvarında genişləndirilmiş Mixtape albumu nümayiş etdirdi və 25 Martda rəsmi olaraq I Am Not ilə çıxdı.Dörd EP qrupa 2018-ci ildə və 2019-cu ilin əvvəllərində 2018 Mnet Asiya Musiqi Mükafatlarında Ən Yaxşı Yeni Kişi Sənətçisi, 33-cü Qızıl Disk Mükafatlarında Ən Yaxşı Yeni Sənətçi, 28-ci Seul Musiqi Mükafatlarında Rookie of the Year və 2018 Asia Artist Awards də daxil olmaqla altı yeni sənətçi mükafatı qazandırdı. I Am Who ayrıca, Disk Bonsang üçün Stray Kids-ə 33-cü Golden Disk Awards-da ilk bonsang namizədliyini verdi. Ayrıca, baş sinqlı "My Pace", 2018 Mnet Asya Musiqi Mükafatlarında Global Fan's Choice namizədliyini aldı. 2019-da qrup iki EP daha yayımladı: Clé 1: Martda Miroh və dekabrda Clé: Levanter, İyunda Clé 2: Yellow Wood. Stray Kids ayrıca İlin Artisti adına iki nominasiya aldı: biri Mnet Asian Music Awards-da, digəri Genie Music Awards-da və hər ikisi də 2018-ci ildə. 2019 Asia Artist mükafatlarında Stray Kids Star15 Populyarlıq Mükafatını qazandı.Qrupun ilk populyarlığı təqdir edildi.
Yakob Şturm
Yakob Şturm (alm. Jacob Sturm‎, 21 mart 1771, Nürnberq, Mərkəzi Frankoniya – 28 noyabr 1848, Nürnberq, Mərkəzi Frankoniya) — Alman entomoloqu, botaniki və oymaqçısı.
Şturm Qrats FK
Şturm (Qrats) FK — Avstriyanın futbol klubu 1909-cu ildə yaranıb. 16 dəfə Avropa kuboklarında iştirak edib.