Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Subregion
Subregion daha böyük bir bölgənin və ya qitənin bir hissəsidir və adətən yerləşdiyi məkana əsaslanır . Cənub kimi kardinal istiqamətlər subregionu müəyyən etmək üçün adətən istifadə olunur.
Şimali Avropa subregionu
Şimali Avropa subregionu - Şimali Avropa ölkələrinə Finlandiya, İsveç, Norveç, Danimarka və İslandiya daxil edilir. Ümumi sahəsi 1,3 mln km², əhalisi isə 24,5 mln nəfərdir. Şimali Avropa məkanı siyasi və iqtisadi coğrafiyası ümumi cəhətlərinə görə digər regionlardan fərqlənir. Ərazi əsasən Skandinaviya yarımadasını tutmaqla yanaşı (sahəsi 800 min kv. km.-dir), Yutlandiya yarımadası (adalarla birlikdə) və İslandiya adası da Şimali Avropaya daxil edilir. Skandinaviya xalqları german qrupuna daxildir. Bu xalqlar e.ə. IX-XI əsrlərdə "vikinq erası" kimi məşhur olmuşdur. (vikinq-qədim german dilində körfəz deməkdir). Vikinqlər dəniz müharibələrində döyüşkən olmaları ilə fərqlənmişlər.
Cənub Qərbi Asiya subregionu
Ön Asiya, Qərbi Asiya və ya Cənub-Qərbi Ön Asiya — Asiyada coğrafi region. Coğrafi baxımdan Zaqafqaziya, Kopetdağ, Kiçik Asiya, İran yaylası, Mesopotamiya, Ərəbistan yarımadası və Levantı əhatə edir. Siyasi baxımdan isə Yaxın Şərq (Afrikadakı ərazilər istisna olmaqla), Orta Şərq və Cənubi Qafqaz nəzərdə tutulur. == Müasir siyasi bölgü == Hazırda bu region aşağıdakı ölkələri əhatə edir: == Coğrafi mövqeyi == Fiziki coğrafi mövqeyi. Cənub-Qərbi Asiya dünya sivilizasiyasının ən qədim mərkəzlərindən biri olmuşdur. Bu geniş regionda Anadolu, İran yaylaları Mesopotamiya ovalığı, Ərəbistan yarımadası yerləşir. Ön Asiya dağlıq yaylalarında yerləşən Anadolu və İran yaylaları, Əfqanıstan əsasən dağlıq ərazilərdir. Burada hündür dağ silsilələri arasında geniş çökəklər yerləşir. Hinduquş dağları regionun ən hündür dağlarıdır. Mərkəzi hissədə enli qurşaq şəklində uzanan yaylalar Ön Asiya yaylaları adlanır.