Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Substantivasiya
Substantivasiya (lat. substantivum) — mövzunu bilavasitə göstərmək qabiliyyətinə yiyələnmələrinə görə digər nitq hissələrinin isim kateqoriyasına keçid. Substantivasiya transpozisiyanın xüsusi halıdır, söz əmələ gəlməsinin qeyri-morfoloji metodunun morfoloji-sintaktik alt metoduna aiddir.
Sekstant
Sekstant — iki görünən obyekt arasındakı bucağı ölçmək üçün tətbiq olunan optik alətidir. Çox vaxt sekstantlar üfüq üzərindən astronomik obyektlərin hündürlüyünü ölçməklə onların koordinatlarının təyini üçün tətbiq olunurlar. Məsələn, günorta vaxtı günəşin qalxma bucağını təyin etməklə coğrafi eni təyin etmək mümkündür. Sekstantın köməyi ilə 140° -yə qədər öçlmə aparmaq olar. Sekstantın bölgü uzunluğu tam çevrənin 1/6-ni və ya 60°-ni təşkil edir. Onun adı da buradandır. Sekstant ilə oktant arasında oxşarlıq vardır. Oktantın bölgü uzunluğu sadəcəolaraq qısadır və tam çevrənin 1/8-ni və ya 45°-yə malikdir. Oktantlar 1767-ci ilə qədər tətbiq olunmuşlar sonralar isə onlar sekstantlarla əvəz olunurlar. Sekstntın işləmə prinsipi Nyutonun 1699-cu ildə ixtira etdiyi prinsipi əsasında işləyir.
Substrat
Substrat - biokimyada fermentlərin reaksiyalarında işlənən maddələrə verilən addır. Kimyəvi reaksiyalar nəticəsində fermentlər bədəndəki biokimyəvi prosesləri sürətləndirir. Substrat, birləşən və ya ayrılan maddələrə verilən addır. Substratlar böyük və ya kiçik ola bilər. Fermentlərin reaksiyalarında; Formulun birinci tərəfindəki maddələr həmişə substratdır. Substratlar reaksiyaların sonunda daha böyük və ya daha kiçik məhsullar əmələ gətirə bilər. Hər bir substratı emal etmək üçün bədəndə müxtəlif növ fermentlər iştirak edir. Aşağıdakı tənlikdə, katalaz fermentinin substratı olan hidrogen peroksid reaksiya nəticəsində suya və oksigenə parçalanır; 2 H2O2 → 2 H2O + O2.
Subatan
Subatan (Qars) — Türkiyənin Qars vilayətinin Mərkəz rayonunda kənd. Subatan (Göyçə) – Göyçə mahalının Basarkeçər rayonunun keçmiş Çaxırlı sovetliyində kənd. Subatan soyqırımı — Türkiyənin Qars və Sarıqamış bölgələrində erməni quldurları tərəfindən türklərə qarşı törədilmiş soyqırım. Subatan yaylağı — Güney Azərbaycanın Talış dağlarında yerləşən ən tanınmış və gözəl yaylaqlarından biri.
Sekstant (bürc)
Sekstant (lat. Sextans) — ekvatorial bürc.
Substrat (kimya)
Substrat (kimya) — Kimyada substrat ümumiyyətlə bir məhsul əmələ gətirmək üçün bir reaktivlə reaksiya verən kimyəvi reaksiya zamanı müşahidə olunan kimyəvi birləşmədir. Digər kimyəvi reaksiyaların baş verdiyi səthə də istinad edə bilər və ya müxtəlif spektroskopik və mikroskopik metodlarda köməkçi rol oynaya bilər. Sintetik və üzvi kimya, bir substrat dəyişdirilən maraqlanan bir kimyəvi maddədir. Biokimyada substrat, fermentin təsir etdiyi bir materialdır. Substrat konsentrasiyası dəyişən reaktivdir. "Substrat" ​​termini yüksək dərəcədə kontekstə həssasdır. Spontan reaksiya S ⟶ P {\displaystyle {\ce {S -> P}}} S substrat, P isə məhsuldur. Kataliz olunmuş reaksiya S + C ⟶ P + C {\displaystyle {\ce {{S}+ C -> {P}+ C}}} S substrat olduğu yerdə P məhsul və C katalizatordur. Substratlar tez-tez incə olur və kimyəvi elementlərdən və ya qüsurlardan nisbətən azaddır. Gümüş, qızıl və ya silikon lövhələr istehsal asanlığı və mikroskopik məlumatlara müdaxilə olmadığı üçün ümumiyyətlə istifadə olunur.
Subatan (Göyçə)
Subatan – Göyçə mahalının Basarkeçər rayonunun keçmiş Çaxırlı sovetliyində kənd. B.e.ə. IV əsrdə Albaniyanın kiçik yaşayış məntəqələrindən biri olub. Alban yaşayış məskənlərinin qalıqları Xudat bulağının ətrafında, qədim alban qəbir daşları isə indiki daş mədəninin ətrafında 1992-ci ilə qədər qalırdı. Bu daşların hündürlüyü 3–5 m arasında idi. İndi ermənilər həmin daşları qonşu Qızılvəng, Gödəkbulaq və Yarpızlı kəndlərinə aparıblar. Qədim alban tarixinin izləri bu ərazidə bir çox yerlərdə var. Çaxırlı kəndi ilə sərhəddə yerləşən Murad xaç abidəsi bunların ən qədimidir. Subatan kəndinin bünövrəsi XVII əsrin ortalarında (1850-1860) Mayıllılar tayfasının başçısı Kərbəlayı Şıxəli kişi Çaxırlı kəndindən qohumları olan 8 ailə ilə birlikdə çıxaraq indiki Subatan kəndini özləri üçün yaşayış yeri seçmişdir. Kəndin adı yarandığı ilk gündən 1988-ci ilin dekabrına kimi iki dəfə dəyişdirilmişdir.
Subatan qətliamı
Subatan soyqırımı - Türkiyənin Qars və Sarıqamış bölgələrində erməni quldurları tərəfindən türklərə qarşı törədilmiş soyqırım. Qars və Sarıqamışdan çəkilən Daşnak-Erməni quldur birləşmələri o zamanlar Türk, Erməni və Rumların yaşadıqları Subatan kəndinə hücum etdilər. Müxtəlif istiqamətlərdə dağıntılar törədən dəstələr əllərinə keçirdikləri kəndliləri də rast gəldikləri yerdə amansızcasına öldürürdülər. Arxiv mənbələrindən əldə edilən rəsmlərə və sənədlərə əsasən başlarına baltalarla vurulmuş, qarınlarına süngülər soxulmuş kişi, qadın və uşaqlar küçələrə atılmışlar. Arxiv məlumatlarına əsasən Subatan kəndində ümumilikdə 805 adam öldürülmüşdür. Erməni dəstələrinin geri çəkilmısindən sonra ərazi yenidən Türk əsgərlərin nəzarətinə keçmişdir. Amansızcasına kütləvi qətledilmədən sonra küçələrə səpələnmiş və küçə itlərinin yeminə çevrilmiş insan cəsədlərinin çoxluğu səbəbindən ərazinin müxtəlif yerlərində kütləvi məzarlıqlar salınmışdır. Məlumatlara əsasən Köşəoğulları məhəlləsində 180, Tıptıp küçəsində 275, Göy Məsçidin güneyində 350 şəhidin basdırıldığı bildirilir.
Subatan soyqırımı
Subatan soyqırımı - Türkiyənin Qars və Sarıqamış bölgələrində erməni quldurları tərəfindən türklərə qarşı törədilmiş soyqırım. Qars və Sarıqamışdan çəkilən Daşnak-Erməni quldur birləşmələri o zamanlar Türk, Erməni və Rumların yaşadıqları Subatan kəndinə hücum etdilər. Müxtəlif istiqamətlərdə dağıntılar törədən dəstələr əllərinə keçirdikləri kəndliləri də rast gəldikləri yerdə amansızcasına öldürürdülər. Arxiv mənbələrindən əldə edilən rəsmlərə və sənədlərə əsasən başlarına baltalarla vurulmuş, qarınlarına süngülər soxulmuş kişi, qadın və uşaqlar küçələrə atılmışlar. Arxiv məlumatlarına əsasən Subatan kəndində ümumilikdə 805 adam öldürülmüşdür. Erməni dəstələrinin geri çəkilmısindən sonra ərazi yenidən Türk əsgərlərin nəzarətinə keçmişdir. Amansızcasına kütləvi qətledilmədən sonra küçələrə səpələnmiş və küçə itlərinin yeminə çevrilmiş insan cəsədlərinin çoxluğu səbəbindən ərazinin müxtəlif yerlərində kütləvi məzarlıqlar salınmışdır. Məlumatlara əsasən Köşəoğulları məhəlləsində 180, Tıptıp küçəsində 275, Göy Məsçidin güneyində 350 şəhidin basdırıldığı bildirilir.
Subatan yaylağı
Subatan yaylağı (az-əbcəd. سوباتان، سوباتان یایلاغی‎)— Güney Azərbaycanın Talış dağlarında yerləşən ən tanınmış və gözəl yaylaqlarından biri.. Subatan yaylaqları Ərdəbil ostanının Hir bölümündəki, Nour gölündən 17 kilometr aralı, dəniz səviyyəsindən isə 1900-1970 metr yüksəklikdə yerləşir. Subatan sözü iki türk (azərbaycan) sözündən ibarətdir Su+Batan. Subatan yaylaqlarında çoxlu bulaqlar olaraq, bu bulaqlar yer üzündə axdıqdan sonra yer içinə batırlar, elə buna görə də bura belə adlandırılmışdır. Batmanbulaq Gəncxana mağarası Varazan kəndindəki Varazan şəlaləsi Haçadaş Sarıdaş Məcmədaş Alçalıq ormanı və parkı Mahar kəndindəki Mahar şəlaləsi Subatan bazarı Sarıbulaq yurdundakı Dovşandaşı Subatan Köçəri Antropologiya Muzeyi Dovşandaşının yaxınlığındakı daş çuxurlar Köçərilərin qara çadırları Subatan qalası Qurudərə qəbristanlığı Subatanın əhalisi Azərbaycan türkləridir və Azərbaycan türkcəsində danışırlar. Əhalinin çoxu köçəridir. Qalabin yurdu: Burada təxminən 70 ailə yaşamaqdadır. Meylə bulağı: Bu məhəllədə daimi olaraq 50 ailə yaşasa da, onların sayı isə yayda çoxalır. Bazar: Bazar yurdu Subatanın ən çox əhalisi olan məhəlləsi olaraq, onda 300 ailədən çox insan yaşayır.
Subatan (Qars)
Subatan — Türkiyənin Qars vilayətinin Mərkəz rayonunda kənd. Əhalisi 687 nəfərdir (2022).
Yuxarı Sustan (Sərdəşt)
Yuxarı Sustan (fars. سوستان سفلي‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 168 nəfər yaşayır (20 ailə).