Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Suksessiya
Suksessiya (lat. succesio- varislik) — mühitin müəyyən hissəsindəki bir fitosenozun digəri ilə ardıcıl əvəz olunması. Suksessiya ilkin və ikincili olur. Qumluqları, qayalıqları tədricən bitki basması ilkin suksessiya, istifadəsiz kənd təsərrüfatı torpaqlarında bitki və heyvanların məskən salması ikincili suksessiyadır. Suksessiya prosesi inkişaf etdikcə növlərin miqdarı çoxalır, maddələr dövranı mürəkkəbləşir, ölü kütlə artır. Pozulan tarazlığın ekosistem tərəfindən bərpa prosesi mütəşəkkil surətdə müəyyən mərhələlərlə gedir. Ekosistemi tarazlıq halından bir çox üsullarla çıxarmaq olur. Bu adətən yanğın, quraqlıq və ya daşqınlar zamanı baş verir. Belə pozulmalar zamanı tarazlığı yeni ekosistem öz-özünü bərpa edir və bu proses müntəzəm xarakter daşıyır, müxtəlif vəziyyətlərdə təkrar olunur. Pozulan yerlərdə müəyyən növlər və ümumiyyətlə bütün ekosistem elə surətlə inkişaf edir ki, bu növlərin meydana çıxma qaydası oxşar pozulmalar və oxşar areallar üçün eyni olur.
Ekoloji suksessiya

Sesessiya
Sesessiya (lat. secessio secedo - “gedirəm”), ayrılma — dövlətdən (adətən federativ) onun hər hansı bir hissəsinin (adətən federasiya subyektinin) ayrılması. Həmçinin "separatizm" də adlanır. Bu mənada termin Amerika istiqlal müharibəsi zamanı meydana gəlmişdi. Sesessiya termini latınca cedo felindən gəlir, müəyyən bir hərəkət, yerdəyişmə (hərfi və məcazi mənada) deməkdir. Sonradan, cedo sözünün mənası hüquqların ötürülməsi, yenidən tabeçilik və təyinat (yəni bir şey verməyə yönəlmiş hərəkət) kimi anlayışlarla da tamamlandı. Cedo felindən cessio (tapşırıq, cession) və retrocessio (əks hərəkət) isimləri əmələ gəlmişdir. Cedo felinə se-(ayırmaq) prefiksini əlavə etməklə ayırmaq, qopmaq (yəni ayırmağa yönəlmiş hərəkət) mənasında olan secedo feli, ondan isə secessio (ayrılmaq) isimi əmələ gəlmişdir. Bu əsasda hər üç ingilis termini: cession, retrocession və secession hüquqi və tarixən bir-biri ilə bağlıdır. Sesessiyanın iki əsas nəzəriyyəsi var: hər hansı bir səbəbdən ayrılmanın ümumi qanunu (Seçim nəzəriyyəsi) və kobud ədalətsizliyi düzəltmək üçün ayrılma (Just Cause Theory).