Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Superion materiallar
Superionlar bərk elektrolitlər sinfinə aid olan yüksək keçiriciliyə malik ion birləşmələridir. Bu maddələr otaq temperaturunda maye elektrolitlərin və ya ərimiş duzların keçiriciliyinə bərabər yüksək elektrik keçiriciliyinə malikdirlər (10−1 — 10−3 Ом−1.см−1), buna səbəb ionların kristallik qəfəsdə yerdəyişməsinin mümkünlüyüdür. Ion keçiriciliyi bu birləçmələrdə müxtəlif- bir, iki, üç valentli kationların (Ag+, Cu+, Li+, Na+, K+, Rb+, Tl+, Cs+, Ca2+, Zn2+, Mg2+, Pb2+, Al3+, Sc3+, Ce3+, Eu3+) və anionların (F-, Cl-, Br-, O2-, S2-) yerdəyişməsi ilə baş verir. Bu materiallar arasında bəzən yük daşimaqda aktiv olan iki və üc növ ionlar, hətta qarışıq- ion və elektron keçiriciliyi mövcuddur. Superin kristalların kristallik qəfəsində bir və ya bir neçə növ atomlar üçün uzaq nizamlılıq pozulmuş olur, ona görə də bu birləşmələrin kristal qəfəsi defektli sayılır. Bununla yanaşı, qəfəsdə olan daha energetik kimyəvi əlaqəli digər atomlar üçün bu nizamlılıq gözlənilir, bu alt qəfəs — sərt alt qəfəs adlanır. Superion halına gətirib çıxaran defektlərin xarakterindən asılı olaraq 3 tip superion materiallar mövcuddur: I tip kristallar alt qəfəslərdən birində nizamlılığın pozulması mövcud olan kimyəvi tərkibi isə stabil qalan maddələrhesab olunur. Belə materiallara misal AgI göstərilə bilər. Bu maddələrin kristal qəfəsində nizamlılığın pozulması Ag alt qəfəsində baş verir. AgI kristallarının 1470С qızması zamanı ilk dəfə olaraq ion keçiriciliyinin kəskin (bir neçə min dəfə) artdığı müşahidə olunur.
Supergörl (I mövsüm)
DC Comics personajı olan Supergörl/Kara Zor-El-in macəralarına əsaslanan ABŞ superqəhrəman teleserialı olan "Supergörl"ün birinci mövsümünün istehsalı 2015-ci ilin mayında sifariş edilmiş, həmin ilin noyabrında çəkilişlərin Los-Ancelesdə baş tutacağı, Melissa Benoystun isə əsas rolu canlandıracağı bəlli edilmişdir. Benoyst ilə yanaşı aktyor heyətinə Mehkad Bruks, Kayler Li, Ceremi Cordan, Devid Hervud və Kalista Flokhart daxil olmuşdur. Serialın premyerasını 12.96 milyon nəfər izləmişdir ki, bu da NBC telekanalının "Kor zona" serialı ilı ilə yanaşı onu 2015–2016-cı il televiziya mövsümünün ən böyük baxışlı televiziya premyerasına çevirmişdir. Serialın premyerası 26 oktyabr 2015-ci ildə CBS telekanalında baş tutmuş və 18 aprel 2016-cı ilə kimi birinci mövsümə daxil olan 20 seriya yayımlanmışdır. Birinci mövsüm ümumilikdə müsbət rəylər almışdır. 12 may 2016-cı ildə serialın ikinci mövsümünün çəkiləcəyi və The CW telekanalında yayımlanacağı elan edilmişdir. == Rollarda == === Qonaq ulduzlar === "The Talk" verilişinin aparıcıları Sara Gilbert, Culi Çen, Şeron Osborn, Aişa Tayler və Şeril Andervud kameo rolunda özlərini canlandırmışlar. == Seriyalar == == İstehsalı == === İnkişaf === 2014-cü ilin sentyabrından etibarən "Warner Bros. Television" Kara Zor-El / Supergörl haqqında teleserial istehsalına başlayır. Layihənin icraçı prodüsserləri kimi Qreq Berlanti ("Ox" və "Fleş" teleseriallarının yaradıcısı və prodüsseri), həm də ssenari yazılmasında iştirak etmiş Ali Adler və "Berlanti Productions"dan Sara Şexter çıxış etmişlər.
Supergörl (teleserial, 2015)
Supergörl (ing. Supergirl) — ABŞ istehsalı, Ali Edler, Qreq Berlanti və Andreu Kresinber (sondan ikisi Ox və Fləş seriallarının yaradıcılarıdır) tərəfindən yaradılmış DC Comics-in eyni adlı obrazı əsasında çəkilmiş fantaziya, döyüş və dram teleserialı. Serialın 26 oktyabr 2016-cı ildə CBS kanalında yayımlanmağa başladı. Otto Binder və Al Plastino tərəfindən komiks üçün yaradılmış Supergörl rolunu aktrisa Melissa Benoist ifa edib. Supergörl Supermen-in xalası qızıdır və hər ikisi Kriptoniyadan sağ qalmış adamlardır. 2014-cü ilin sentyabr ayında serial üçün öhdəlik götürüldükdən sonra 6 may 2015-ci ildə serial rəsmi olaraq çəkilişlər üçün hazırlandı və tam mövsüm olması qərarı 30 noyabr 2015-ci ildə verildi. 12 may 2016-cı ildə Warner Bros. serialın ikinci mövsümünün olacağını və yayımının CBS kanalından The CW kanalına keçəcəyini bildirdi. İkinci mövsüm 10 oktyabr 2016-cı ildə yayımlandı. 8 yanvar 2017-ci ildə CW serialın üçüncü mövsüm üçün yenilədi.