Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
"Sportinq" futbol akademiyası
"Sportinq" futbol akademiyası (port. Academia Sporting) — "Sportinq" (Lissabon) FK-ya aid təlim mərkəzi. Lissabon yaxınlığındakı Alkoşeti qəsəbəsində yerləşir. Bu akademiyanın tikintisinə 1999-cu ildə start verilib və 2002-ci ildə başa çatıb. Ancaq "Sportinq"in akademiyası Alkoşetidəki bazadan öncə də fəaliyyət göstərib. Klub Kriştiano Ronaldo, Luiş Fiqu kimi istedadları dünya futboluna bəxş edəndə, Alkoşetidəki baza hələ tikilməmişdi. Bu bazanın tikilməsiylə birlikdə isə daha çox oyunçunun yetişdirilməsinə şərait yarandı. Akademiyanın ərazisi 250 min kv. metrdir. Burada möhtəşəm təlim-məşq bazası, 4-ü təbii, 3-ü süni örtüklü olmaqla 7 meydança mövcuddur.
Sportinq CP FK
"Sporting CP" (port. Sporting Clube de Portugal) — Portuqaliyanın Lissabon şəhərini təmsil edən peşəkar futbol klubu. == Tarixi == Klub 1906-cı ildə Joze Alvalade tərəfindən təsis edilmişdir. Qurucu "Sportinqin Avropanın ən böyük klubları qədər böyük olmasını istəyirik" dedi.
Sportinq Futbol Akademiyası

Sportinq Lissabon FK
"Sporting CP" (port. Sporting Clube de Portugal) — Portuqaliyanın Lissabon şəhərini təmsil edən peşəkar futbol klubu. == Tarixi == Klub 1906-cı ildə Joze Alvalade tərəfindən təsis edilmişdir. Qurucu "Sportinqin Avropanın ən böyük klubları qədər böyük olmasını istəyirik" dedi.
Sportinq Lissabon muzeyi
Sportinq Lissabon muzeyi — Portuqaliyanın tanınmış futbol komandası olan "Sportinq Lissabon" klubunun titullarını və tarixini özündə əks etdirən bir idman muzeyidir. Muzeyin açılışı 2014-cü ilin 31 avqust tarixində klubun prezidenti Antonio Dias da Kunya tərəfindən gerçəkləşdirildi. Muzey klubun ev oyunlarını keçirdiyi Joze Alvalade stadionunun birinci mərtəbəsində yerləşir. Muzeydə bir neçə mövzudan ibarət olmaqla 8 otaq fəaliyyət göstərməkdədir ki, burada Sportinq trofey adlı otaqda klubun Avropamiqyaslı turnirlərdə qazandığı 22 kubok nümayiş olunur. Ümumilikdə burada təxminən 5000 ədəd mükafat və 2000 ədəd tarixi şəkil ziyarətçilərə nümayiş etdirilir. Yeganə klubdur ki, ikinci muzeyi fəaliyyət göstərir və bu Leyriya şəhərində yerləşir. Burada yalnız klubun futbol komandasının qazandığı mükafatlar deyil həmçinin 32 idman növü üzrə fəaliyyət göstərən komandaların qazandıqları mükafatlarda ziyarətçilərə nümayiş etdirilir. Muzeyə gələn qonaqlar həmçinin stadion turuna çıxa bilərlər. Həmçinin muzeydə klubun formasını geyinmiş Jose Travassos, Alberto Akosta, Luiş Fiqu və Kriştianu Ronaldo kimi futbolçuların orijinal formaları sərgilənir. Əsas muzeyə gələn ziyarətçilər burada həmçinin 1902-ci ildə Belas klubunun qazandığı medalı görə bilər ki, onunda üzərində Sportinq klubunun orijinal loqosu təsvir olunub.
Sportinq Portuqaliya BK
Sportinq Portuqaliya, 1927-ci ildə qurulan Portuqal basketbol komandasıdır. Bu, Sportinq Lissabon FK klubuna aiddir.
Sportinq Portuqaliya muzeyi
Sportinq Lissabon muzeyi — Portuqaliyanın tanınmış futbol komandası olan "Sportinq Lissabon" klubunun titullarını və tarixini özündə əks etdirən bir idman muzeyidir. Muzeyin açılışı 2014-cü ilin 31 avqust tarixində klubun prezidenti Antonio Dias da Kunya tərəfindən gerçəkləşdirildi. Muzey klubun ev oyunlarını keçirdiyi Joze Alvalade stadionunun birinci mərtəbəsində yerləşir. Muzeydə bir neçə mövzudan ibarət olmaqla 8 otaq fəaliyyət göstərməkdədir ki, burada Sportinq trofey adlı otaqda klubun Avropamiqyaslı turnirlərdə qazandığı 22 kubok nümayiş olunur. Ümumilikdə burada təxminən 5000 ədəd mükafat və 2000 ədəd tarixi şəkil ziyarətçilərə nümayiş etdirilir. Yeganə klubdur ki, ikinci muzeyi fəaliyyət göstərir və bu Leyriya şəhərində yerləşir. Burada yalnız klubun futbol komandasının qazandığı mükafatlar deyil həmçinin 32 idman növü üzrə fəaliyyət göstərən komandaların qazandıqları mükafatlarda ziyarətçilərə nümayiş etdirilir. Muzeyə gələn qonaqlar həmçinin stadion turuna çıxa bilərlər. Həmçinin muzeydə klubun formasını geyinmiş Jose Travassos, Alberto Akosta, Luiş Fiqu və Kriştianu Ronaldo kimi futbolçuların orijinal formaları sərgilənir. Əsas muzeyə gələn ziyarətçilər burada həmçinin 1902-ci ildə Belas klubunun qazandığı medalı görə bilər ki, onunda üzərində Sportinq klubunun orijinal loqosu təsvir olunub.
Sportinq Xixon FK
Sportinq Xixon — İspaniyanın futbol klubu == Avropa kuboklarında iştirak == 6 dəfə Avropa kuboklarında iştirak edib.
Baku Sportinq FK
Baku Sportinq — Bakı şəhərini təmsil edən futbol klubu. Klubun əsası 2018-ci ildə qoyulmuşdur. Əsas məqsədi yerli gənclərdən ibarət rəqabətə davamlı klub formalaşdırmaqdır.2023-cü il mövsümündən Azərbaycan İkinci Liqasında çıxış edir.