Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tezer Taşqıran
Tezer Daşqıran (türk. Tezer Taşkıran; doğum adı: Təzəxanım; 1907, Bakı – 4 may 1979, İstanbul) — Azərbaycan əsilli Türkiyə siyasətçisi, maarifçi və yazıçı. O, 1944-cü ildə Kastamonudan, 1946 və 1950-ci illərdə isə Qarsdan Türkiyə Böyük Millət Məclisinə deputat seçilib. Yüzlərlə məqalənin və 12 kitabın müəllifi olan Tezer Daşqıran, Əhməd Ağaoğlunun qızı, Səməd Ağaoğlunun və Sürəyya Ağaoğlunun isə bacısıdır. == Həyatı == Tezer Daşqıran 1907-ci ildə Bakıda doğulub. Əsl adı Təzəxanım (nənəsinin adı) olsa da, Türkiyəyə köçdükdən sonra Tezer olaraq rəsmiləşdirilib. Orta təhsilini İstanbulda Bezmi-i Alem liseyində (indiki İstanbul Qız Liseyi) alıb. 1924-cü ildə isə İstanbul Darülfünunun (indiki İstanbul Universiteti) fəlsəfə bölümündə ali təhsilini başa vurub.Universiteti bitirdikdən sonra Tezer Ankara qız və oğlan liseylərində fəlsəfə müəllimi kimi fəaliyyət göstərir. O, oğlan məktəbində dərs deyən ilk qadın müəllim olur. Daha sonra Ankara Qız Liseyinin və İstanbul Qız Müəllimlər Məktəbinin müdiri vəzifələrində çalışır.1931-ci ildə Tezer o dönəmin tanınmış həkimlərindən olan Nimet Daşqıranla ailə qurur və Vyanaya gedir.
Buzqıran
Buzqıran, Buzqıran gəmi — buz bağlayan sularda gəmilərə yol açan, onları buzdan çıxaran, həmçinin naviqasiya rejimini saxlayan və onun müddətini uzadan gəmi. İlk buzqıran gəmi Rusiyanın 60 a.q. gücündə olan Paylot buxar gəmisi olmuşdur. Həmin gəmi 1864-cü ildə istismara verilib. == Növləri == Buzqıran gəminin çay, göl, dəniz və okeanların buz örtüyünü parçalayaraq, başqa gəmilərin üzməsinə imkan yaradan, onlara lazımi köməklik göstərən yardımçı gəmi və donmuş sularda sərbəst üzə bilən növləri var. Buzqıran gəmilərin əsasən aşağdakı növlərindən istifadə olunur. Xətti buzqıran gəmilər Reyd buzqıran gəmilər Port buzqıran gəmilər Çay buzqıran gəmilər Dəniz buzqıran gəmilərÇay buzqıran gəmiləri yaz-payız aylarında göllərin, çay portlarının, gəmi təmiri müəssisələrinin akvatoriyalarında istifadə edilir. Dəniz buzqıran gəmiləri dənizlərin, dəniz portlarının buz bağlamış akvatoriyalarının gəmiçiliyə yararlı vəziyyətdə saxlanması və Arktika naviqasiyası üçündür. Buzqıran gəminin gövdəsi adi gəmilərə nisbətən daha möhkəm, burun hissəsi isə sivri olur. Buzqıran gəmi burun hissəsi ilə buzun kənarı üzərinə çıxaraq ağırlıq qüvvəsi ilə onu parçalayır.
Yamal (buzqıran)