Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tüllen
Tüllen (fr. Tullins) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Tüllen kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38517. Kommunanın 2007-ci il üçün əhalisi 7612 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 179 ilə 784 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 470 km cənub-şərqdə, Liondan 75 km cənub-şərqdə, Qrenobldan 23 km şimal-qərbdə yerləşir.
Bülent Ecevit
Mustafa Bülənd Ecevit (türk. Mustafa Bülent Ecevit, 28 may 1925[…], Konstantinopol – 5 noyabr 2006[…], Ankara) — şair, jurnalist, publisist, partiya sədri, baş nazir və siyasət adamı. == Haqqında == Müxtəlif dövrlərdə Ankara, Zonquldağ və İstanbuldan millət vəkili olmuşdur. Təmsilçilər Məclisinin üzvü, Cümhuriyyət Xalq Partiyası və Demokratik Sol Partiyasının sədri seçilmişdir. Türkiyə Çalışma Bakanı, dövlət naziri, baş nazir köməkçisi və baş nazir kimi fəaliyyət göstərmişdir. Ali təhsili olmadığı üçün Türkiyə prezidentliyinə namizəd ola bilməmişdir. Atası əslən güneydoğudan köçərək gəlmiş bir kürd kökənli müderrisin oğlu Kastamonu doğumlu Əhməd Fəxri Əcəvit Ankara Hüquq Fakültəsində professor idi . Anası Fatma Nazlı (milliyyətcə boşnak) isə rəssamdı. 1944-cü ildə Robert kolecini bitirən Bülənd Ecevit elə həmin il fəaliyyətinə Basın Yayın Genel Müdirliyində tərçüməçiliklə başladı. 1946-cı ildə sınıf yoldaşı Rahşan (Aral) Ecevit ilə ailə həyatı qurdular.
Bülent Karslıoğlu
Bülənt Karslıoğlu — peşəkar voleybol məşqçisi. Türkiyə voleybolunun ən tanınmış simalarındandır. Türkiyədə Beşiktaş voleybol klubundakı işləri ilə tanınan mütəxəssis 2012-ci ildən etibarən Azərbaycan klublarından olan İqtisadçı Qadın Voleybol Komandasını çalışdırır. 2013-cü ilin yazında klubdan getsə də 2 ay sonra geri dönür. == Uğurları == Ən böyük uğuru 2011-ci ildə Beşiktaş komandasıyla CEV Kubokunda dördlər finalına çıxmasıdır. Azərbaycanda yaşadığı ən uğurlu sezon isə 2012-2013 mövsümü olur. Superliqanın gümüş medalına yiyələnən məşqçi gözlənilməz istefadan sonra klubumuza geri dönür və klub tarixinin ən uğurlu mövsümünü yaşayır. Avropanın ən nüfuzlu klub turnirində son 13-ə qalan Bülənt Karslıoğlu rəhbərliyindəki Bakılılar sonda Karslıoğlunun həmvətənləri Vakıfbank Günəş Sığorta komandasına məğlub olur. == Ən maraqlı faktları == Özünəinamı ilə tanınan məşqçi tez-tez iddialı açıqlamaları ilə gündəmə gəlir. Məşqçinin "Türkiyə voleybolunun Fatih Terimi olmaq istəyirəm" sözləri bir müddət türk mediasını sallamışdır.
Bülent Ərsoy
Bülent Ərsoy (türk. Bülent Ersoy; 9 iyun 1952, İstanbul) — Məşhur türk sənətçisi, transseksual. == Həyatı == Məşhur türk sənətçisi Bülent Ərsoy əməliyyatla cinsiyyətini dəyişdirib. Əsl adı Bülənt Ərkoç olan bu sənətçi məşhurlaşdığı vaxt, 1970-ci illərdə görünüşünü sürətlə dəyişdi. Kişi olduğu halda səhnəyə qadın qiyafətlərində çıxmağa başladı. O illərdə bu hərəkət diqqəti cəlb etməyə bilməzdi, ona görə də bu müğənni sərt təpkilərlə qarşılaşdı. 1981-ci ildə Londonda keçirdiyi cinsiyyət dəyişdirmə əməliyyatı ilə qadın olan bu kişi-qadın müğənni indi də məşhur müğənnilər siyahısındadır. Bu əməliyyata sənətçi 40 min dollar ödəmişdi. O, kişi olduğu dövrə aid fotoşəkillərinin mətbuatda yayımlanmasından çox narahat olur. Vaxtilə kişi olduğunu unutmaq istəyən Bülənt Ersoy plastik əməliyyatlardan sonra cinsiyyətindən əlavə dərisinin rəngində, dodaqlarında, yanaqlarında, burnunda, qaşlarında və bir çox başqa yerlərində də dəyişikliklər etdirib.
Tülen adaları
Tülen adaları (qaz. Түлен аралдары) və ya Suiti adaları — Xəzər dənizinin şimalında Manqışlaq körfəzi çıxışında yerləşən arxipelaq. İnzibati cəhətdən Qazaxıstanın Manqıstau vilayətinə daxildir. Ada əsasən gil və qum suxurları ilə örtülüdür. Aripelaqın ümumi sahəsi 130 km²-dir. Yarımsəhra bitkiləri yıyəlmışdır. Arxipelaqa 5 ada daxildir: Kulalı adası, Morskoy adası, Podqornıy, Novıy adası, RibaçiySuiti adalarının ən iri adası Kulalı adasıdır. Onun sahəsi 68 km² təşkil edir. Balıqçılıq inkişaf etmişdir. == Tarixi == 1667-cı ilik yayındа Stepan Razinin tərəfdarı olan 200 quldur Qurevdən (Atırau) Kulalı adasına qaçır.
Tüleni (Oxot dənizi)
Tüleni adası — Oxot dənizinin cənub-qərbində, Saxalin adasınsa yerləşən Terpeniya burnundan 12 cənub-qərbdə yerləşən ada. Ada kifayət qədər kiçikdir: uzunluğu 636 metr, eni 40-90 metr arasında dəyişir. Sahəsi 0,053 km², maksimal hündürlüyü isə 18 metrdir. Ada ilk dəfə 1643-cü ildə holland səyyahı Maarten Qerritsen De Friz tərəfindən kəşf edilmişdir. İnzibati cəhətdən Saxalin vilayəti Poronay vilayəti ərazisinə daxildir. Sahilləri terrasvaridir. Ada ərazisində dəniz şirlərinin yerləşim yerləri vardır. Ada dəniz şirlərinin yerləşim yerləri olması 1852-ci ildə balina ovçuları tərəfindən müəyyən edilmişdir. Artıq XIX əsrin sonlarına qədər minlələr baş canlı ovlanılırdı. Nəticəfə heyvanların sayında kütləvi azalma müşahidə olunurdu.
Türbət
Türbət Heydəriyə — İranda şəhər Türbət Cam — İranda şəhər mərkəzi Türbət Heydəriyə şəhristanı — İranda şəhristan. Türbət Cam şəhristanı — İranın Rəzəvi Xorasan ostanının şəhristanlarından biri.
Bülənt Ecevit
Mustafa Bülənd Ecevit (türk. Mustafa Bülent Ecevit, 28 may 1925[…], Konstantinopol – 5 noyabr 2006[…], Ankara) — şair, jurnalist, publisist, partiya sədri, baş nazir və siyasət adamı. == Haqqında == Müxtəlif dövrlərdə Ankara, Zonquldağ və İstanbuldan millət vəkili olmuşdur. Təmsilçilər Məclisinin üzvü, Cümhuriyyət Xalq Partiyası və Demokratik Sol Partiyasının sədri seçilmişdir. Türkiyə Çalışma Bakanı, dövlət naziri, baş nazir köməkçisi və baş nazir kimi fəaliyyət göstərmişdir. Ali təhsili olmadığı üçün Türkiyə prezidentliyinə namizəd ola bilməmişdir. Atası əslən güneydoğudan köçərək gəlmiş bir kürd kökənli müderrisin oğlu Kastamonu doğumlu Əhməd Fəxri Əcəvit Ankara Hüquq Fakültəsində professor idi . Anası Fatma Nazlı (milliyyətcə boşnak) isə rəssamdı. 1944-cü ildə Robert kolecini bitirən Bülənd Ecevit elə həmin il fəaliyyətinə Basın Yayın Genel Müdirliyində tərçüməçiliklə başladı. 1946-cı ildə sınıf yoldaşı Rahşan (Aral) Ecevit ilə ailə həyatı qurdular.
Bülənt Karslıoğlu
Bülənt Karslıoğlu — peşəkar voleybol məşqçisi. Türkiyə voleybolunun ən tanınmış simalarındandır. Türkiyədə Beşiktaş voleybol klubundakı işləri ilə tanınan mütəxəssis 2012-ci ildən etibarən Azərbaycan klublarından olan İqtisadçı Qadın Voleybol Komandasını çalışdırır. 2013-cü ilin yazında klubdan getsə də 2 ay sonra geri dönür. == Uğurları == Ən böyük uğuru 2011-ci ildə Beşiktaş komandasıyla CEV Kubokunda dördlər finalına çıxmasıdır. Azərbaycanda yaşadığı ən uğurlu sezon isə 2012-2013 mövsümü olur. Superliqanın gümüş medalına yiyələnən məşqçi gözlənilməz istefadan sonra klubumuza geri dönür və klub tarixinin ən uğurlu mövsümünü yaşayır. Avropanın ən nüfuzlu klub turnirində son 13-ə qalan Bülənt Karslıoğlu rəhbərliyindəki Bakılılar sonda Karslıoğlunun həmvətənləri Vakıfbank Günəş Sığorta komandasına məğlub olur. == Ən maraqlı faktları == Özünəinamı ilə tanınan məşqçi tez-tez iddialı açıqlamaları ilə gündəmə gəlir. Məşqçinin "Türkiyə voleybolunun Fatih Terimi olmaq istəyirəm" sözləri bir müddət türk mediasını sallamışdır.
Bülənt Korkmaz
Bülənt Korkmaz (türk. Bülent Korkmaz, 24 noyabr 1968, Malatya) — Türkiyə futbolçusu, Qalatasaray klubunun və Türkiyə milli futbol komandasının müdafiəçisi, futbol məşqçisi. == Həyatı == 24 noyabr 1968-ci ildə Türkiyənin İstanbul şəhərində anadan olmuşdur. == Baş məşqçi karyerası == Karyerası boyu 4 klubda çalışmış məşqçi onların heç birində bütöv mövsüm keçirə bilməyib. Ən yaxşı halda, Kayseri Ərciyəssporla bir mövsümün ikinci dövrəsini sona çatdırıb, növbəti birinciliyin ilk dövrəsinin ortalarında istefaya göndərilib. Digər 3 komandada isə 1 dövrədən artıq ona güvənən olmayıb. 2009-cu ilin sentyabr ayında Bakı futbol klubu ilə 1+1 şərtilə rəsmi müqavilə bağlayıb.
Bülənt Ulusu
Bülənd Ulusu (7 may 1923, Üsküdar, İstanbul ili – 23 dekabr 2015, İstanbul) – Türkiyə Respublikasının Baş naziri (1980–1983-cü illər). == Həyatı == Saim Bülənd Ulusu 1923-ci ildə İstanbulda anadan olmuşdur. 1 may 1940-cı ildə Hərbi Dəniz Məktəbinə daxil olmuş və 15 oktyabr 1941-ci ildə "asteğmen" (ən kiçik hərbi rütbə) rütbəsi alaraq buranı bitirmişdir. Bundan sonra müxtəlif qərargah vəzifələrində çalışmışdır. 1955-ci ildə Hərbi Dəniz Akademiyasını bitirmişdir. TCG Gaziantepe Komutanlığı və müxtəlif qərargah vəzifələrini icra etmiş və briqada generalı rütbəsinə (1964-cü il) qədər yüksəlmişdir. Bu rütbədə Dəniz Qüvvələri Komutanlığı Harekat Dairə Başqanlığında mina flotunda komandir köməkçisi vəzifəsində çalışmış, 1967-ci ildə general-mayor rütbəsi almışdır. Hərbi Flot Komandanlığı və Dəniz Qüvvələri Komandanlığı Hətəkatı Başqanlığında çalışmışdır. 1970-ci ildə general-leytenant rütbəsi almışdır. Şimal Dəniz Sahə Komandanı, , Dəniz Qüvvələri Komandanlığı qərargah rəisi və Dəniz qüvvələri Komandanı vəzifələrini yerinə yetirmiş və 1974-cü ildə general rütbəsini almışdır.
Bülənt Əcəvit
Mustafa Bülənd Ecevit (türk. Mustafa Bülent Ecevit, 28 may 1925[…], Konstantinopol – 5 noyabr 2006[…], Ankara) — şair, jurnalist, publisist, partiya sədri, baş nazir və siyasət adamı. == Haqqında == Müxtəlif dövrlərdə Ankara, Zonquldağ və İstanbuldan millət vəkili olmuşdur. Təmsilçilər Məclisinin üzvü, Cümhuriyyət Xalq Partiyası və Demokratik Sol Partiyasının sədri seçilmişdir. Türkiyə Çalışma Bakanı, dövlət naziri, baş nazir köməkçisi və baş nazir kimi fəaliyyət göstərmişdir. Ali təhsili olmadığı üçün Türkiyə prezidentliyinə namizəd ola bilməmişdir. Atası əslən güneydoğudan köçərək gəlmiş bir kürd kökənli müderrisin oğlu Kastamonu doğumlu Əhməd Fəxri Əcəvit Ankara Hüquq Fakültəsində professor idi . Anası Fatma Nazlı (milliyyətcə boşnak) isə rəssamdı. 1944-cü ildə Robert kolecini bitirən Bülənd Ecevit elə həmin il fəaliyyətinə Basın Yayın Genel Müdirliyində tərçüməçiliklə başladı. 1946-cı ildə sınıf yoldaşı Rahşan (Aral) Ecevit ilə ailə həyatı qurdular.
Bülənt Ərsoy
Bülent Ərsoy (türk. Bülent Ersoy; 9 iyun 1952, İstanbul) — Məşhur türk sənətçisi, transseksual. == Həyatı == Məşhur türk sənətçisi Bülent Ərsoy əməliyyatla cinsiyyətini dəyişdirib. Əsl adı Bülənt Ərkoç olan bu sənətçi məşhurlaşdığı vaxt, 1970-ci illərdə görünüşünü sürətlə dəyişdi. Kişi olduğu halda səhnəyə qadın qiyafətlərində çıxmağa başladı. O illərdə bu hərəkət diqqəti cəlb etməyə bilməzdi, ona görə də bu müğənni sərt təpkilərlə qarşılaşdı. 1981-ci ildə Londonda keçirdiyi cinsiyyət dəyişdirmə əməliyyatı ilə qadın olan bu kişi-qadın müğənni indi də məşhur müğənnilər siyahısındadır. Bu əməliyyata sənətçi 40 min dollar ödəmişdi. O, kişi olduğu dövrə aid fotoşəkillərinin mətbuatda yayımlanmasından çox narahat olur. Vaxtilə kişi olduğunu unutmaq istəyən Bülənt Ersoy plastik əməliyyatlardan sonra cinsiyyətindən əlavə dərisinin rəngində, dodaqlarında, yanaqlarında, burnunda, qaşlarında və bir çox başqa yerlərində də dəyişikliklər etdirib.
Gülbən Ərgən
Nur Ergen Türkiyə pop müğənnisi, aparıcı, model və aktrisası. == Həyatı == 25 avqust 1972-ci ilde İstanbulda anadan olmuşdur. Karyerasına model kimi başlayan Gülbən tez bir zamanda film dünyasına atılmışdır. Türk tamaşaçısı onu "Dayə" serialında canlandırdığı Mələk obrazı ilə tanıdı. İbrahim Tatlısəslə iş birliyi ona böyük uğur gətirdi. O, Tatlısəsin "Haydi söylə" klipində çəkildikdən sonra, onunla "Firat" serialında baş rolu bölüşdü. Müğənni kimi debütünü 1996-ci ildə "Mərhaba" albomu ilə etdi. Ardınca "Kör Aşık", "Sade ve Sadece" albomlarını yazdırdı. Bu albomlardan ən yadda qalanlar isə "Sandık lekesi", "Abayı yaktım", "Arka sokaklar", "Teşekkür ederim", "Sade ve sadece" mahnıları oldu. 1998-ci ildə "Mərziyə" serialında baş rola çəkildi.
Türbət Cam
Türbət Cam — İranın Rəzəvi Xorasan ostanının şəhərlərindən və Türbət Cam şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 83,558 nəfər və 19,111 ailədən ibarət idi.
Türbət Heydəriyə
Türbət Heydəriyə (fars. تربت حيدريه‎) — İranın Rəzəvi Xorasan ostanında yerləşən şəhər, Türbət Heydəriyə şəhristanının mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən şəhərin əhalisi 119390 nəfər və 31869 ailədən ibarət idi.Bu şəhəri İshaq xan Qarayi təsis edib və əski adı "Türbət İshaq xan"idi.
Bülənt Arınc
Bülənt Arınc (25 may 1948) – Türk siyasətçi və vəkil. Keçmiş prezidentin səlahiyyətlərini icra edib, TBMM-in 22-ci sədri və baş nazirin müavini. 2002–2007-ci illərsə 22-ci dönəmdə TBMM-nin sədri vəzifəsində çalışıb. TBMM-ə sədrlik etdiyi müddətdə prezident kimi çıxış edib. 2009–2015-ci illərdə 61 və 62-ci hökumətlərdə baş nazirin müavini vəzifəsində çalışıb. 2019-cu ildən üzvü olduğu Prezidentin Ali Məşvərət Şurasından 24 noyabr 2020-ci ildə istefa verib. O, ilk dəfə 24 dekabrda keçirilən ümumi seçkilərdə Rifah Partiyası Manisa millət vəkili olaraq parlamentə daxil olub və 19,5 il fasiləsiz millət vəkili kimi fəaliyyət göstərib. O, həm də AĞ Partiyanın qurucularından biridir. == Erkən həyatı və təhsili == Əslən Böyüksümbüllər Yunus Əmrə kəndindən olan Arınc 25 may 1947-ci ildə Jandarma çavuşu İbrahim Arınc və Sevdiyə Arıncın (1919–2003) dördüncü övladı olaraq atasının xidmət etdiyi Dəmirdaş, Osmanqazidə doğulub. 12 yaşında olarkən atasını itirib.
Gülbəxt palçıq vulkanı
Gülbəxt palçıq vulkanı — Bakı şəhərindən 20 km qərb-cənub-qərb istiqamətdə, Puta dəmir yolu stansiyasından 12–13 km qərbdə yerləşmişdir. Onun hüdudlarında, birincisi neft çıxışlarını, ikincisi isə vulkanın sopka və qrifonlarını əhatə edən iki qrup ayrılır. Sahənin geoloji quruluşunda Abşeron və Ağcagil mərtəbələri və Məhsuldar qat çöküntüləri iştirak edirlər. Vulkan tullantıları içərisində külli miqdarda Məhsuldar qat süxurlarının, aç miqdarda alt Kaynoçoy üçüncü dövr və üst Təbaşir çöküntülərinin qırıntıları rast gəlir. Brekçiya örtüyünün qalınlıüı mərkəç hissədə 150 m-ə, yayılma sahəsi 29 ha-a çatır. Brekçiya həcmi 22 mln. m³ təşkil edir. Vulkandan 50 m şimal-qərb istiqamətdə 2-2.5 m hündürlüklü sönmüş palçıq sopkası vardır. Ondan 10 m qərb istiqamətdə bir-birindən 10–12 m məsafədə 30-50 sm hündürlüklü qır təpələri mövcuddur. 0.8x0.8 kraterli bir salçası olan, su və qaç püskürən çıxış ətrafında qır qatı yaranmışdır.
Bülənt Əmin Yarar
Bülənt Əmin Yarar və ya Bülənt Yarar, (d. 1961, Ankara) Türkiyənin teatr, kino və televiziya aktyoru, Yazıçı, Ssenari müəllifi. Arxa sıradakılar serialında, Kamal Güngör obrazıyla tanınır. == Həyatı == Bülənt Əmin Yarar 1 yanvar, 1961-ci ildə Türkiyənin Ankara şəhərində anadan olub. Kiçik yaşlarından ailəsiylə birlikdə tez-tez teatr izləyirdi. Ancaq məktəbi bitirənə qədər, teatrla məşğul olmadı. Atasının skripka çalmasının da təsirilə musiqiyə marağı artdı. Memar Sinan Universitetinin Dövlət Konservatoriyasının Şan bölməsinə daxil oldu. Rol aldığı ilk tamaşa İstanbul Əfəndisidir. Ətrafının təkidi ilə eyni universitetin teatr bölməsinə daxil olur.
Türbət Cam şəhristanı
Türbət Cam şəhristanı — İranın Rəzəvi Xorasan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Türbət Cam şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 239,395 nəfər və 53,510 ailədən ibarət idi.
Türbət Heydəriyə şəhristanı
Türbət Heydəriyə şəhristanı — İranın Rəzəvi Xorasan ostanınında şəhristan. Şəhristanın inzibati mərkəzi Türbət Heydəriyə şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 195,711 nəfər və 51,917 ailədən ibarət idi.
Yezid ibn Tubeyt əl-Əbdi əl-Bəsri
Yezid ibn Subeyt əl-Əbdi əl-Bəsri (ərəb. یزید بن ثبیط ثبیط البدی البصری‎) — Kərbəla döyüşündə şəhid olan Hüseyn ibn Əli səhabələrindən biri. == Nəsil == Yezid ibn Subeyt Bəsrədəki Əbdülqeys qəbiləsindən idi. == İmam Hüseynə qoşulması == Hüseyn ibn Əlinin insanları ona köməyə çağıran məktubu Bəsrəyə çatdıqda, Yezid Hüseynin karvanına qoşulmaq qərarına gəldi. O, bunu bir sıra Bəsrə şiəsinin toplaşdığı Mariya binti Munqidin evində keçirilən görüşdə bildirdi. Onun on oğlu var idi, lakin onlardan yalnız ikisi, Abdullah və Ubeydullah Kərbəla döyüşündə iştirak etdilər. Əmir ibn Müslim əl-Əbdi və qulu Səlim, Seyf ibn Malik əl-Əbdi və Ədhəm ibn Ümeyyə əl-Əbdi də ona qoşuldular. Onlar Məkkə yaxınlığındakı Əbtədə Hüseynin karvanını qarşıladılar və orada öz çadırlarını qurdular. Hüseyn ibn Əli Yezid ibn Tubeytin gəlişini eşidəndə onu qarşılamaq üçün Yezidin çadırına getdi, lakin Yezid Hüseyni görməyə getdi. Hüseyn Yezidin çadırında qaldı və onun qayıtmasını gözlədi.