Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tubalar
Tubalar (öz dillərində tuba, tuba kiji / tuva kiji (yəni "tuba/tuva kişisi (insanı)"), və yış kiji (yəni "meşə, orman insanı") — Rusiyanın Altay Respublikasında yaşayan türk xalqı. Sovet dönəmində Tubalar xalqını altaylıların tərkibində göstərirdilər. 1926-cı ildə onları ayrıca xalq kimi qeyd etmişdilər. Rusiya Federesiyasının 24 mart 2000-ci il qərarına görə onları müstəqil xalq kimi qeydə aldılar. Tubalar dili türk dilləri ailəsinə aiddir.
Tunqatar (Uçalı)
Tunqatar (başq. Туңғатар, rus. Тунгатарово) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd Tunqatar kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Uçalı): 42 km, kənd sovetliyindən (Komsomolsk): 1 km. ən yaxın dəmiryol stansiyasından (Kuramino stansiyası): 7 km.
Muntazar əl Zeydi
Muntazar əl Zeydi (ərəbcə: منتظر الزيدي‎; 15 yanvar 1979 və ya 12 dekabr 1979, Bağdad, Bəəs dövründə İraq) — ABŞ prezidenti Corc Uoker Buş və İraqın prezidenti Nuri əl Məliki görüşən mətbuatında ayaqqabı ataraq dünyada şöhrət qazanan iraqlı jurnalist Muntazar əl Zeydi 2008-ci il 14 dekabrda Bağdadda keçirilən mətbuat konfransında o zaman ABŞ prezidenti olan Corc Buşa ayaqqabısını atıb. Əl Zeydiyə əvvəlcə 3 il cəza verilib, sonradan əvvəllər məhkum olunmadığı üçün bu müddət 1 ilə endirilib. Həbsxanada özünü nümunəvi apardığına görə jurnalist cazasının doqquzuncu ayında - 2009-cu ilin sentyabrın 15-də azadlığa buraxılıb.