Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Toşidama
Toşidama (年玉) və ya otoşidama (御年玉) – Yaponiyada Yeni il münasibətilə uşaqlara hədiyyə kimi verilən pul. "Toşidama" sözü "il" (年) və "cavahir" (玉) heroqliflərinin birləşməsindən yarandığı üçün "ilin cavahiri" kimi tərcümə olunur. Keçmişdə toşidama adəti ailələrin bir-birinə yemək və ya əşya formasında verdikləri hədiyyə vermək adəti olmuşdur. Bundan əlavə, şinto və buddist məbədləri kamilər üçün təqdim olunan hədiyyələri Yeni ildə ehtiyacı olan şəxslərə toşidama kimi paylayırdılar. Lakin müasir dövrdə toşidama öz dini mənasını itirmişdir. Hazırda toşidama uşaqalara valideynləri, nənə-babaları, yaxın qohumları, hətta qonşuları tərəfindən pul formasında verilən hədiyyəyə çevrilmişdir. Bəzi uşaqların Yeni ili səbirsizliklə gözləmə səbəbi toşidamadır, çünki il ərzində ancaq o vaxt böyük məbləğdə pul əldə edə bilirlər. Toşidama Yaponiyadakı digər hədiyyə adətlərindən fərqlənir: ailəyə yox, fərdə verilir; həm şəxsin öz ailəsi, həm də başqa ailə tərəfindən təqdim olunur; sosial cəhətdən daha yuxarı mərtəbədə olan şəxs tərəfindən də verilə bilir. == İstinadlar == == Ədəbiyyat == Kodansha Encyclopedia of Japan (ingiliscə). VI cild.