Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Cəbbar (islam)
Əl-Cəbbar (ər. الجبّار) — Allahın adlarından biri. "O Allah ki, Ondan başqa ilah yoxdur. Məlikdir; Qüddusdur; Salamdır; Mömindir; Mühəymindir; Əzizdir; Cabbardır; Mütəkəbbirdir. Allah, (müşriklərin) şirk qoşduqlarından çox ucadır" (Həşr Surəsi, 23) Allaha qarşı böyüklənməyin, Ona təslim olmamağın arxasında, insanın özünü Allahdan müstəqil varlıq olaraq görüb, sahib olduğu bəzi xüsusiyyətlərin özündən qaynaqlandığını zənn etməsi, buna görə də özünə "mənlik" verməsi dayanır. Halbuki bu, səhv məntiqdir. İnsan bir az düşünsə, bu dünyaya öz iradəsiylə gəlmədiyini, həyatının nə vaxt sona çatacağını bilmədiyini, sahib olduğu fiziki xüsusiyyətlərin öz seçimiylə özünə verilmədiyini rahatlıqla görə bilər. Öz bədəni də daxil olmaqla sahib olduğu hər şeyin keçici olduğunu və sonunda yox olacağını anlayar. Bütün bunlar insanın tamamilə aciz olduğunun, heç nəyin özünə aid və öz idarəsi daxilində olmadığının açıq dəlilləridir. Əgər bir az daha düşünsə, bu dəlillərin saysız-hesabsız olduğunu görə bilər.
Cəbbar Qaryağdıoğlu
Cabbar İsmayıl oğlu Qaryağdıoğlu (31 mart 1861, Şuşa – 20 aprel 1944, Bakı) — xanəndə, bəstəkar, musiqi xadimi, Azərbaycan SSR xalq artisti (1935). Azərbaycan xanəndəlik sənətinin ən görkəmli nümayəndələrindən biri. Cabbar Qaryağdıoğlu XIX əsrin II yarısında yetişən və musiqi tariximizdə ən görkəmli rol oynayan sənətkarlardan biridir. Xalqın içərisindən çıxmış bu sənətkar özünün bütün mənalı həyatını klassik Azərbaycan musiqisinin inkişafına həsr etmişdir. Ömrünün 60 ilini xalqdan öyrəndiyi və topladığı 500-dən artıq mahnını işləyib Azərbaycanın xanəndəlik sənətini yaratmağa həsr etmiş müğənni Zaqafqaziyada ən yaxşı xalq ifaçısı şöhrətini qazanmışdır. == Həyatı == Cabbar Qaryağdıoğlu 1861-ci ildə Şuşada "Seyidli" məhəlləsində anadan olmuşdur. Atası Məşədi İsmayıl kişi boyaqçı idi. Bu sənəti Cabbara da öyrətmək istəyirdi. Lakin oğlunun gözəl səsi, anadangəlmə istedadı Cabbarı başqa bir sahəyə istiqamətləndirirdi. Cabbargilin evi şəhərin ən səfalı yeri olan Cıdır düzünə yaxın idi.
Tabbat (Bükan)
Tabbat (fars. تبت‎‎) — İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 416 nəfər yaşayır (88 ailə).
Tambax Muzeyi
Tambax Muzeyi — Keniyanın Tambax regionunda yerləşən muzeydir. Muzey keçmiş Rayon Komissarlığının iqamtgahına yerləşmişdir.
Təbbət (Urmiya)
Təbbət (fars. تبت‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 531 nəfər yaşayır (155 ailə).
Əbdülməcid Təbbun
Əbdülməcid Təbbun (ərəb. عبد المجيد تبون‎; 17 noyabr 1945, Meçeriya[d], Naama vilayəti[d]) — əlcəzairli siyasətçi, 2019-cu ilin dekabrından etibarən Əlcəzair Prezidenti və Müdafiə Naziri. Keçmiş Prezident Əbdüləziz Buteflikadan və keçmiş Dövlət Başçısı vəzifəsini icra edən Əbdülqadir bin Salahdan icra vəzifəsini aldı. Daha əvvəl 2017-ci ilin mayından 2017-ci ilin avqustuna qədər Əlcəzairin Baş naziri olub. Bundan əlavə, 2001–2002-ci illərdə bir il, 2012-ci ildən 2017-ci ilədək 5 il müddətində yenidən Mənzil Naziri seçilib. Təbbun 17 noyabr 1945-ci ildə Əlcəzairin Meçeriya şəhərində anadan olmuşdur. 1965-ci ildə Milli İdarəetmə Məktəbini bitirib. Təbbun 1991–1992-ci illərdə Şadli Bencədidin prezidentliyinin son aylarında Yerli İdarəetmə Nazirinin nümayəndəsi idi. Daha sonra Prezident Əbdüləziz Buteflikanın dövründə hökumətdə 1999–2000-ci illər arasında Rabitə və Mədəniyyət Naziri, daha sonra 2000–2001-ci illər arasında Yerli İdarəetmə Nazirinin Nümayəndəsi vəzifələrində çalışdı. 2001–2002-ci illərdə Mənzil və Şəhərsalma Naziri oldu.
Əl-Cəbbar
Əl-Cəbbar (ər. الجبّار) — Allahın adlarından biri. "O Allah ki, Ondan başqa ilah yoxdur. Məlikdir; Qüddusdur; Salamdır; Mömindir; Mühəymindir; Əzizdir; Cabbardır; Mütəkəbbirdir. Allah, (müşriklərin) şirk qoşduqlarından çox ucadır" (Həşr Surəsi, 23) Allaha qarşı böyüklənməyin, Ona təslim olmamağın arxasında, insanın özünü Allahdan müstəqil varlıq olaraq görüb, sahib olduğu bəzi xüsusiyyətlərin özündən qaynaqlandığını zənn etməsi, buna görə də özünə "mənlik" verməsi dayanır. Halbuki bu, səhv məntiqdir. İnsan bir az düşünsə, bu dünyaya öz iradəsiylə gəlmədiyini, həyatının nə vaxt sona çatacağını bilmədiyini, sahib olduğu fiziki xüsusiyyətlərin öz seçimiylə özünə verilmədiyini rahatlıqla görə bilər. Öz bədəni də daxil olmaqla sahib olduğu hər şeyin keçici olduğunu və sonunda yox olacağını anlayar. Bütün bunlar insanın tamamilə aciz olduğunun, heç nəyin özünə aid və öz idarəsi daxilində olmadığının açıq dəlilləridir. Əgər bir az daha düşünsə, bu dəlillərin saysız-hesabsız olduğunu görə bilər.
İbn Əbbas
Abdullah ibn Abbas ibn Əbdülmüttəlib (ərəb. عبدالله بن عباس‎; təq. 619, Məkkə – təq. 687, Taif, Məkkə bölgəsi[d]) — Məhəmməd peyğəmbərin tanınmış səhabəsi, İslam alimi və fəqihi. Məhəmməd peyğəmbərin əmisi Abbasın oğlu idi. Peyğəmbərin Mədinəyə hicrət etməsinə üç il qalmış Məkkədə doğulmuşdur. Məhəmməd peyğəmbərin yanında böyümüş, gənc yaşlarında ondan İslam dinin əsaslarını öyrənmişdir. Hicrətin səkkizinci ilinə qədər, Abdullah ibn Abbas öz ailəsi ilə Məkkədə yaşamışdır. Ancaq, şəhərin müsəlmanların əlinə keçməsindən az öncə, onlar da Mədinəyə hicrət etmişdirlər. O, Hüneyn və Taif döyüşlərində, eləcə də, Məkkənin alınmasında iştirak etmişdir.
Əl Qəbba
Əl Qəbba və ya Əl Qubba — Liviyanın şimal-şərqində Əl-Cəbəl əl-Əxdar bölgəsində yerləşən və Derna rayonuna daxil olan şəhər. Əl-Cəbəl əl-Əxdar bütün digər əraziləri kimi dağlıq təbiəti, meşələri və otlaqları ilə fərqlənir. Qəbba Derna şəhərindən 40 km qərbdə, Əl-Baydanın şərqində, təxminən 50 km məsafədədir. Qəbba qədim dövrlərə aiddir. Buraya həmçinin Roma xarabalıqları da daxildir. Roma mənşəli digər abidələr, indiyə qədər Əyn əl-Qəbba yaxınlığındakı və şəhərin qədim bazarının yanında, çox qədim dövrlərə aid olan bir binada (qədim məscid) hələ də mövcud olan bir binada təmsil olunan İslam abidələrindən əlavə olaraq qalır. Günbəzdəki qədim əşyalar Liviya dövlətinin laqeyd münasibətindən əziyyət çəkir, çünki məqbul bir şəkildə saxlanılmır və təhlükədə olan tarixi irslər sırasında yer alır.
Əbülfəzlil Əbbas məscidi
Əbülfəzlil Əbbas məscidi və ya Göyçay şəhər Mərkəz məscidi — Göyçay şəhərinin mərkəzində yerləşən İslam dini abidəsi. Məscid Şirvan-Abşeron memarlıq məktəbi üslubunda 1902-ci ildə tikilmişdir. Dini abidənin memarı Zivər bəy Əhmədbəyovdur. Əbülfəzlil Əbbas məscidi Göyçay şəhərinin mərkəzindədir. Tikilmə tarixi 1902-ci ilə aiddir. Məscidin layihəsini mülki mühəndis Zivər bəy Əhmədbəyov vermişdir. Layihə İraqın Nəcəf şəhərindən getirilib. Əvvəllər məscidin yerində palçıqdan tikilmiş kiçik məscid mövcud olmuşdur. Lakin həmin məscid 1896-cı ildə dağıdılıb. 1996-cı ildə məscidin yan tərəfində ikimərtəbəli daha bir bina tikilib.
Həbbab ibn əl-Əratt
Həbbab ibn əl-Əratt (587, Nəcd – 658, Kufə, ərəb. خبّاب بن الأرت‎) — Məhəmməd peyğəmbərin səhabələrindən biri. Əbu Yəhya, Əbu Abdullah, Əbu Məhəmməd və ya Əbu Əbd-Rəbbihi ləqəblərini daşıyırdı. == Bioqrafiya == Bənu Təmim qəbiləsindən olmuşdur. Kiçik yaşlarından əsir düşmüş, Məkkəyə gətirilmişdir. Xuza qəbiləsindən olan Ümmü Ənmarın qulu olmuşdur. Həbbab 15 yaşında İslamı qəbul etmişdir. O, İslamı qəbul edən altıncı şəxs olur. Sahibəsi və digər Məkkəli müşriklər tərəfindən işgəncələrə məruz qalan ilk müsəlmanlardan biri idi. Şüheyb ər-Rumi, Bilal Həbəşi, Əmmar ibn Yasir, Süməyyə binti Həyat kimi o da Məkkəli olmadığı və heç bir Məkkəli ailənin və ya qəbilə himayəsində olmadığı üçün Həbbabın mövqeyini çətinləşdirirdi.
Tetrax tetrax
Bəzgək (lat. Tetrax tetrax), (Gruiformes) dəstəsindən bir quş növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir. Bel tərəfi qaraya çalan boz rəngdədir, üzərində tünd rəngli naxışlar var. Qarın tərəfi ağdır. Boynu qaradır, lakin iki yerdə ağ “boyunluğu” var. Avropa, Asiya və Afrikada yayılıb. XX əsrin ortalarına qədər Azərbaycanda düzənlik və dağətəyi yerlərin açıq sahələrində qışlamış, həm də Şirvan və Mil düzlərində yuvalamışdır. Azərbaycanda artıq yuvalamır. Əsas populyasiyası Kür-Araz ovalığında və Acınohur-Ceyrançöl alçaq dağətəyi sahələrdə qışlayır.
Şelbax adası
Şelbax adası — ada Barens dənizinə daxil olan Krestovski buxtasında yerləşir. İnzibati cəhətdən Arxangelsk vilayəti ərazisinə daxildir. Ada qütb dairəsi daxilində yerləşir. İqlimi sərt arktikdir. Adada mamır və şibyəyə rast gəlmək olar. Burada yaşayış yoxdur. Sahilləri qayalıqdır. Hündürlük hətta 10 metri keçir. Sahillərində daşlı çimərliklər vardır. Şimalında yerləşən burun dənizin içətilirinə doğru uzanır.
Iris tenax
Iris tenax (lat. Iris tenax) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinin süsən cinsinə aid bitki növü.
Proprioseiopsis tenax
Proprioseiopsis tenax (lat. Proprioseiopsis tenax) — phytoseiidae fəsiləsinin proprioseiopsis cinsinə aid heyvan növü. Proprioseiopsis tenax Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.