Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Təcrübəsiz cadugər (teleserial, 2006)
Təcrübəsiz Cadugər (türk. Acemi Cadı) – 2006-cı il Türkiyə istehsalı olan fantastika, ailə və komediya janrlı teleserialdır. Əvvəlcə Kanal D kanalında yayımlanmağa başlayan serial daha sonra Star TV kanalında yayımlanmağa başladı. Bu serial Archie Comics-in motivləri əsasında çəkilmiş 1996-cı il ABŞ istehsalı olan Sabrina: Yeniyetmə Cadugər serialının remeykidir. == Məzmun == On altı yaşlı Ayşəgül Yıldız ad günündən sonra ata tərəfdən bütün ailəsinin cadugər olmasını öyrənir. iki bibisi ilə yaşayan qız bundan sonra qüvvələrini düzgün idarə etməyi öyrənməyə çalışır. Bu işdə ona bibiləri yaxından köməklik göstərirlər. Eyni zamanda o yeni məktəbə keçir və burada yeni dostlar qazanmaqla yanaşı həmçinin də Səlim adlı oğlanlada qarşılıqlı olaraq maraqlanır. Lakin varlı və ərköyün olan Tuçənin də Səlimdən xoşu gəlir və buna görədə Ayşəgülə hər cür maneə olmağa çalışır. İyirmi yaşı olana qədər sehrli qüvvələrində daima istifadə edəbilmək üçün imtahanlar verən Ayşəgül həyatında olan hər bir şeyə indi vaxt ayırmağa və heç nəyi qarışdırıb korlamamağa çalışır.
Filadelfiya təcrübəsi
Filadelfiya eksperimenti (ing. Philadelphia Experiment) — ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən aparılan əfsanəvi eksperimentdir. 28 oktyabr 1943-cü ildə ABŞ donanmasının Pensilvaniya əyalətinə bağlı olan Filadelfiya şəhərinin limanında baş verən təcrübədir. İddiaya görə, donanmaya aid bir qoruma destroyeri olan DE 173 sinifi 1240 tonluq "USS Eldridge" bir neçə dəqiqə içərisində 600 km.-dən çox bir uzaqlığa gedib və təkrar gəlmişdir. Təcrübənin varlığı mövzusunda heç bir dəlil yoxdur. Amerika donanması da belə bir təcrübənin qeydlərdə var olmadığını ifadə etmişdir. Al Bielek xaric təcrübəyə qatıldığı iddia edilən bütün əsgərlər bunu yalan, hekayənin bir aldatmaca olduğunu söyləmişlər. Bielekin hekayəsi də daha sonra təkzib olunmuşdu. Layihənin digər adı "Göy qurşağı" əməliyyatıdır (ing. Rainbow Project).
Lenski təcrübəsi
Lenski təcrübəsi — Riçard Lenski və qrupunun başlanğıcda eyni populyasiyaya aid Escherichia coli bakteriyalarından ələ alıb, bunları 12 qrupa ayırması ilə etdikləri təcrübi təkamül çalışmasıdır. Bununla bir-biri ilə başlanğıcda az qala eyni, 12 fərqli bakteriya populyasiyası əldə edilmişdir. Təcrübə 24 fevral 1988 tarixində başladılmışdır. == Təcrübi yanaşma == Təcrübədə E. coli bakteriyalarının istifadə edilmə məqsədi, bakteriyaların bölünmə sürətinin 20 dəqiqə olmasıdır. Bu bakteriyalar, hər 20 dəqiqədə 1 dəfə bölünürlər, beləliklə Təkamül müddətində 1 nəsli yalnız 20 dəqiqədə keçmək mümkündür. Insanların ömrünün 80 il olduğunu və bu müddətdə ortalama 30 yaşına çatdıqlarında çoxaldıqlarını, beləcə 1 nəslin keçilməsinin 30 il qədər sürdüyünü və bu səbəblə bir insanın ömüründə ən çox 2 və ya 3 insan nəsli görə biləcəyini, bütün növlər arasında bilinən növləşmə sürətlərinin ortalaması alındığında, bir növdən yeni iki növün meydana gələ bilməsi üçün keçməsi lazım olan nəsil sayının təxminən 1000 qədər olur. 1000 nəsil, insan üçün 300000 il, E. coli bakteriyası üçün təxminən 333 saat, yəni 14 gündür. == Metodlar == Lenski bu 12 fərqli bakteriya qrupunu götürərək davamlı çoxalmalarına şərait yaratdı. Hər bir qrupu, minimal böyümə mühitində (texniki bir termindir və bir canlının yaşaması üçün lazım olan minimum şərtləri ifadə edir) saxlamağa başladı. Hər yeni gündə, böyüyən populyasiyanın %1-lik qismini yeni bir qab içərisinə götürərək, "1 nəsil" olaraq işarələdi.
Milqram təcrübəsi
Ilk dəfə 1961-ci ildə Stanley Milgram tərəfindən "Avtoritetə tabe olma" (Obedience to authority) adlandırdığı psixoloji experimentini New Haven şəhərində aparmışdır. Bu experimentin əsas məqsədi insanların avtoritet qarşısında itaətikarlığın həddini yoxlamaq idi. Yoxlamada müəllim (experimentin əsas aparıcısı — L) tələbəni (oyuncu — S) verilən hər bir yanlış cavabda süni elektrik şok altına salır və experimentin əsas gedişatından isə sadəcə müəllimin xəbəri olmur. Experimentin labor aparıcısı (həmçin oyuncu — V) müəllimə əmrlər verir. Verilən hər bir yanlış cavabda elektrik şok qövvəsi artırılır. Bu experiment müxtəlif variantlarda əks olunub. Qeyd etmək lazımdır ki, avtoritetə tabe olma dedikdə S. Milgram aşağı statuslu şəxsin yüksək statuslu şəxsə tabe olmasını nəzərdə tuturdu. == Experimentin elanı == Elan vasitəsilə könüllülər kiçik ödəniş ($4.5) müqabilində yaddaş və öyrənmənin tədqiqinə aid təcrübədə iştirak etməyə dəvət olunurlar. Könüllü Yel Universitetindəki laboratoriyaya gəldikdə ona və digər şəxsə izah edirlər ki, müəyyən linqvistik materialın öyrənilməsində cəzanın rolu tədqiq olunur. İki nəfərdən biri "müəllim", digəri "öyrənən" rolu oynamalıdır.
Balaca Albert təcrübəsi
Balaca Albert təcrübəsi (ing. Little Albert experiment) – 1920-ci ildə ABŞ psixoloqu Con Uotson və köməkçisi Rozali Reyner tərəfindən aparılmış təcrübə. Təcrübə 9 aylıq Albert təxəllüslü körpə üzərində aparılmışdır. Təcrübənin məqsədi qorxmanın doğuşdan olduğu, yoxsa sonradan əldə olunan refleks olduğunu müəyyənləşdirmək idi. == Arxaplan == Davranış psixologiyasının qurucusu Uotson və köməkçisi Rozali Reyner işə Con Hopkins bağçasının uşaqlarını müşahidə etməklə başladılar. Lakin təcrübələrin aparılmasını labüd hesab edirlər və onlar tədqiqat üçün icazə ala biləcək bir ailə axtarırlar. Nəticədə, 8 aylıq sağlam körpə olan Albert ilə təcrübə keçirmək qərarına gəlirlər. == Gedişat == Əvvəl balaca Albert üzərində bir neçə emosional test edilir. Balaca körpəyə ağ siçan, dovşan, kağız parçaları, parik və maska kimi ilk dəfə görəcəyi obyektləri və vəziyyətləri göstərirlər. Məqsəd Albertın bunlara qarşı qətiliklə əks reaksiya vermədiyini görməkdir.
Kiçik dünya təcrübəsi
Kiçik dünya təcrübəsi amerikalı sosial psixoloq Stenli Milqremın 1967-ci ildə ABŞ -da apardığı bir sıra təcrübələrdir. Təcrübənin məqsədi sosial şəbəkə obyektləri arasındakı orta yol uzunluğunu tapmaq və təhlil etməkdir, burada yol uzunluğu insanlar arasındakı əlaqələrin sayıdır (bir əlaqə yol uzunluğunun bir hissəsidir), obyektlər götürən insanlardır, bu vəziyyətdə sosial şəbəkəni təşkil edən təcrübədə iştirak edir. Bu təməlqoyma tədqiqatı insan cəmiyyətinin bir qrafın iki təsadüfi ucları arasında qısa yollarla xarakterizə olunan sıx bağlı bir sözlə "sıx" bir şəbəkə olduğunu irəli sürdü. Diskret riyaziyyatda "Kiçik Dünya" adlı bir qrafik var ki, bu da təpələrin çoxunun bitişik olmaması, lakin demək olar ki, hər hansı bir zirvəyə az sayda addımlarla çatmaq imkanı ilə xarakterizə olunur. "Kiçik dünya" təcrübəsinin əsas nəticəsi, sosial şəbəkənin obyektlərinin orta yol uzunluğunun altı olmasıdır. Sadə dillə desək, bu, təsadüfi olaraq götürülmüş iki insanın bir-birlərini orta hesabla altı nəfərlik məsafədə tanımaları deməkdir. Təcrübə əsaslı tənqid aldı, lakin sonrakı araşdırmalar, o cümlədən e-poçt vasitəsilə oxşar nəticələr göstərdi. Milgremın təcrübəsi tez-tez son illərdə aktual olan nəzəriyyə ilə əlaqələndirilir – "Altı Əlaqə Nəzəriyyəsi", baxmayaraq ki, bu nəzəriyyə əslində Stenli Milqremın təcrübəsinin nəticəsidir. == Tarixi fon == "Altı Əlaqə Nəzəriyyəsi" və "Dünya Kiçikdir" probleminin formalaşdırılmasından bəhs edən ilk əsərlərdən biri, Macarıstan yazıçısı Frideş Karinti əsəri hesab olunur. Əsər başqa bir insanı beş nəfərdən çox tanımamağın, adamı tapmaq mümkün olub -olmadığı sualına cavab tapmaqdan ibarət idi.
Asiya dırnaqsız samuru
Asiya dırnaqsız samuru və ya Şərq dırnaqsız samuru (lat. Aonyx cinerea) — Dələkimilər fəsiləsinə daxil olan nəməli növü. Samurlara aid olan ən kiçik növdür. Molyusk, xərçəng və digər su heyvanlaı ilə qidalanır. Manqrov meşələrində və şirinsulu bataqlıqlarda yaşayır. Əsasən İndoneziya, Cənubi Çin, Cənubi Hindistan və Filippin ərazilərində yayılmışlar.
Kap dırnaqsız samuru
Kap dırnaqsız samuru (lat. Aonyx capensis) — Dələkimilər fəsiləsinə daxil olan nəməli növü. == Xarici görünüş == Bədəninin uzunluğu 95 - 100 sm, quyruğu 55 sm təşkil edir. Barmaqları arasındakı pərdə balaca olmasına baxmayaraq yaxşı üzə və suya dala bilirlər. Onların dırnaqları olduqca qısa olur və ancaq arxa ətrafların ikinci və üçüncü barmaqlarında olur. xəzləri elə də sıx deyildir. Bu səbəbndən onlar elə də tez-tez ov obyektinə çevrilmirlər. == Yayılması == Cənubi Afrika, Efiopiya və Seneqalın lal axan sularında, sahillərdə, çay mənsəblərində yayılmışlar. == Həyat tərzi == Qida rasionunun əsasını yengəclər təşkil edir. Onlar asanlıqla yengəcin sərt olan qabığını qıra bilirlər.
Kolbun təcrübəli öyrənmə nəzəriyyəsi
Kolbun təcrübəli öyrənmə nəzəriyyəsi (ing. Kolb's experiential learning) — 1984-cü ildə Devid Kolb tərəfindən modeli açıqlanan öyrənmə nəzəriyyəsi. O, bu nəzəriyyəsini ortaya atarkən Berlində psixoloq olan Kurt Levinin yanaşmalarından ilhamlanıb. Təbrübəli öyrənmə nəzəriyyəsi bir şəxsin bacarıq və iş öhdəliklərinin ölçülməsi və dəyərləndirilməsini əhatə edən metoddur. Bu nəzəriyyə iki səviyyədə dəyərləndirilir: dördmərhələli öyrənmə periodu və dörd fərqli öyrənmə metodu. Kolbun nəzəriyyəsi təcrübə, qavrayış, idrak davranışı özündə birləşdirən yanaşmaya sahibdir. == Təcrübəli öyrənmə periodu == Öyrənmə periodu konkret təcrübə, reflektiv müşahidə, mücərrəd konseptləşdirmə və aktiv təcrübələr mərhələsini əhatə edir. Bu metoddan istifadə edən şəxs period boyunca irəlilədikcə təsirli nəticə əldə edir. Öyrənən şəxs məntiqə uyğun olaraq periodun istənilən bir məhələsindən qoşularaq onu davam etdirə bilər. İlk mərhələ öyrənən şəxsin yeni bir anlayışla qarşılaşdığı və ya bildiyi bir anlayışı təkrar mənimsədiyi zaman ortaya çıxan konkret təcrübədir.
Silahsız Kuvvet
Sagopa Kajmer (türk: [sɑgopɑ kɑʒmæɾ]), əsl adı Yunus Özyavuz, ya da tanınan köhnə adlarıyla DJ Mic Check və Silahsız Kuvvet (hərf. Silahsız qüvvə; 17 avqust 1978, Samsun) — Türkiyə reperi, musiqi prodüseri, bəstəkarı, söz yazıçısı, mahnı yazıçısı və diceyi. Yunis Özyavuz 17 avqust 1978-ci ildə Samsunda doğuldu. İbtidai, orta və lisey təhsilini Samsunda tamamladı. 1966-cı ildə Samsunda yerli bir radioda diceyliklə işləməyə başladı. Daha sonra ali təhsil üçün İstanbula gəldi və İstanbul Universiteti Ədəbiyyat Fakültəsi(tr) Fars Dili və Ədəbiyyatı bölümündən məzun oldu. 1998-ci ildə Kuvvetmira adlı rep qrupunu qurdu və qrupda Silahsız Kuvvet adıyla yer aldı. Türkiyə rep sənətçilərinin 1999-cu ildə buraxdığı rep albomu olan Yeraltı Operasyonu albomunda yer aldı. Əvvəl Silahsız Kuvvet təxəllüsünü istifadə edən sənətçi daha sonra Sagopa Kajmer adından istifadə etməyə başladı və Sagopa Kajmer adlı bir albom buraxdı. Bu albomdan başqa, 2001-ci ildə On Kurşun, 2004-cü ildə Bir Pesimistin Gözyaşları albomunu yayımladı. G.O.R.A. filminin musiqilərini bəstələdi.
Sinifsiz cəmiyyət
Sinifsiz cəmiyyət — müəyyən sosial-iqtisadi sinifləri olmayan cəmiyyət; kommunizmin məqsədlərindən biri. Həmçinin bu termini ibtidai icma cəmiyyətlərinə şamil etmək olar. Marksist nəzəriyyədə mühüm konsepsiya. Sinifsiz cəmiyyət baxışının mənşəyini bizim eramızdan çox əvvəl — yəhudi peyğəmbərlərində, Çin alimlərində və qədim yunan şairlərində tapmaq olar. Lakin Marks, Engels və ümumən marksist məktəb tərəfindən həyata keçirilən utopik sosializmdən elmi sosializmə keçidlə sinifsiz cəmiyyətin son məqsədi sinfi cəmiyyətə xas olan istismara, zülmə, insanlar arasında zorakılığa, özgəninkiləşdirməyə qalib gəlmək kimi təqdim olunmağa başladı. əməyin, insanların təcrid olunması, insan imkanlarının məhdudlaşdırılması və s. Sinif bölgüsü istehsal vasitələri üzərində xüsusi mülkiyyətə əsaslandığı üçün bu vasitələrin ictimailəşməsi ilə sinifsiz cəmiyyət, yəni sosializm sıx bağlıdır. == Marksist tərif == Marksist nəzəriyyədə ovçu-yığıcı qəbilə cəmiyyəti, ibtidai kommunizm sinifsiz idi. Hamısı bir qəbilə üzvləri kimi əsasən bərabər idilər və ibtidai istehsal üsulunun müxtəlif funksional istifadələri, nə qədər sərt və təbəqəli olsalar da, sadəcə öz saylarına görə sinfi cəmiyyət yarada bilməzdilər və yarada bilməzdilər. Kənd təsərrüfatına keçidlə məhsuldar qüvvələrin inkişafı prosesində artıq məhsul istehsal etmək, yəni təcili tələbatı ödəmək üçün lazım olandan artıq istehsal etmək imkanı yarandı.
Etalon sınağı
Etalon sınağı – proqram və ya aparat təminatının məhsuldarlığını ölçmək üçün tətbiq olunan testlər kateqoriyasıdır. Aparaturanın etalon sınağı zamanı, avadanlığın hansısa parametrini (məsələn, sürətini) yoxlayan proqramlardan istifadə olunur. Proqram məhsullarının etalon sınağı, konkret məsələnin həlli zamanı proqramın səmərəliliyini, düzgünlüyünü və işləmə sürətini müəyyənləşdirməyə imkan verir. Sınaqdan keçirilən bütün proqramlar üçün eyni verilənlərdən istifadə edilir ki, nəticədə alınmış göstəriciləri müqayisə etmək və hansı proqramın hansı parametrə görə üstün olduğunu müəyyənləşdirmək mümkün olsun. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Milqram sınağı
Ilk dəfə 1961-ci ildə Stanley Milgram tərəfindən "Avtoritetə tabe olma" (Obedience to authority) adlandırdığı psixoloji experimentini New Haven şəhərində aparmışdır. Bu experimentin əsas məqsədi insanların avtoritet qarşısında itaətikarlığın həddini yoxlamaq idi. Yoxlamada müəllim (experimentin əsas aparıcısı — L) tələbəni (oyuncu — S) verilən hər bir yanlış cavabda süni elektrik şok altına salır və experimentin əsas gedişatından isə sadəcə müəllimin xəbəri olmur. Experimentin labor aparıcısı (həmçin oyuncu — V) müəllimə əmrlər verir. Verilən hər bir yanlış cavabda elektrik şok qövvəsi artırılır. Bu experiment müxtəlif variantlarda əks olunub. Qeyd etmək lazımdır ki, avtoritetə tabe olma dedikdə S. Milgram aşağı statuslu şəxsin yüksək statuslu şəxsə tabe olmasını nəzərdə tuturdu. == Experimentin elanı == Elan vasitəsilə könüllülər kiçik ödəniş ($4.5) müqabilində yaddaş və öyrənmənin tədqiqinə aid təcrübədə iştirak etməyə dəvət olunurlar. Könüllü Yel Universitetindəki laboratoriyaya gəldikdə ona və digər şəxsə izah edirlər ki, müəyyən linqvistik materialın öyrənilməsində cəzanın rolu tədqiq olunur. İki nəfərdən biri "müəllim", digəri "öyrənən" rolu oynamalıdır.
İbrahim Şinasi
İbrahim Şinasi (1826 - 13 sentyabr 1871) — Osmanlı dövləti zamanında İstanbul şəhərində doğulan jurnalist, şair və dramaturq. Şinasi XIX əsr yeni türk ədəbiyyatının yaradıcılarındandır. O, eyni zamanda Türkiyədə jurnalistikanın qabaqcıl nümayəndələrindən, fransız dilindən olunan mənzum tərcümələrin, ilk səhnə əsərlərinin müəlliflərindən biridir. == Həyatı == İbrahim Şinasi 1824-cü ildə İstanbul ətrafında yerləşən Topxanada anadan olmuşdur. Atası 1828-ci ildə rus-türk müharibəsində həlak olmuşdur. Bundan sonra ailənin bütün qayğısını çəkmək Şinasinin anasının üzərinə düşür. O, oğlunun təhsilinə xüsusi maraq göstərir. Buna görə də İbrahimi Topxanadakı məhəllə məktəbinə qoyur. Təhsilini başa vurduqdan sonra atasının dostları Şinasini Topxanada dövlət dairələrindən birində yazı işləri bürosuna işə düzəldirlər. Bura avropasayağı bir yer idi.
Neft Sənayesində Ştanqsız Nasoslar (1962)
== Məzmun == Kinolentdə neft hasilatında ştanqsız nasosların tətbiqindən, bunun sənayedə maya dəyərinin aşağı salınmasına təsirindən danışılır. == Film haqqında == Film "Azneft" birliyinin sifarişi ilə çəkilmişdir.
Neft sənayesində ştanqsız nasoslar (film, 1962)
== Məzmun == Kinolentdə neft hasilatında ştanqsız nasosların tətbiqindən, bunun sənayedə maya dəyərinin aşağı salınmasına təsirindən danışılır. == Film haqqında == Film "Azneft" birliyinin sifarişi ilə çəkilmişdir.
2016 Şimali Koreya nüvə sınağı