Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mirzə Cabbar Təzkirəçi
Hacı Mirzə Cabbar Səfərəli oğlu Təzkirəçi (fars. میرزا جبار تذکرهچی‎) — İranın ilk jurnalistlərindən, diplomat == Həyatı == Hacı Mirzə Cabbar Səfərəli oğlu Təzkirəçi 1826-cı ildə Cənubi Azərbaycanın Xoy şəhərində anadan olmuşdu. İbtidai təhsilini atasından almışdı. Sonra mədrəsədə oxumuşdu. Mirzə Tağı xan Əmir Kəbirin yanında işə düzəlmişdi. Təzkirəçi kimi tanınmışdı. Tehranda ilk mətbələrdən birini Mirzə Cabbar Təzkirəçi açmışdı. Dövrünün savadlı ziyalısı kimi tanınan bu şəxs bir neçə xarici dil bilirdi. Mirzə Cabbar Təzkirəçi xarici ölkələrdə diplomat kimi çalışmışdı. İranda ilk rəsmi mətbu orqan olan "Ruznameyi-vəqayeyi-ittifaqiyə"nin redaktoru olmuşdu.
Tərbiyəçi (film, 1971)
== Məzmun == Film-portret Bakıdakı 3 saylı poliqrafiya peşə-texniki məktəbin direktoru Sofya Yaqubova haqqında danışır. Filmdə vaxtilə S.Yaqubovanın bu məktəbi bitirməsi, istehsalat təhsili ustası işləməsi, sonra uzun illər həmin məktəbin direktoru olması göstərilir. "Gənc fəhlə" jurnalı ilk dəfə bu məktəbdə nəşr olunmuşdur. Məktəbin məzunları bir çox mətbəələrdə, o cümlədən "Kommunist" nəşriyyatında, "Qırmızı Oktyabr" mətbəəsində işləyirlər. Elə məktəbin özündə çalışan təhsil ustaları da bu təhsil ocağının məzunlarıdır. Filmdə S.Yaqubovanın ailəsi də göstərilmişdir. O, məşhur pambıqçı, iş başında faciəli şəkildə həlak olmuş Sevil Qazıyevanın bu məktəbə necə daxil olması barədə xatirəsini danışır. == Festivallar və mükafatlar == 1) 1976-cı ildə Bakıda Beynəlxalq Qadınlar gününə həsr olunmuş Respublika həvəskarlar filmləri müsabiqəsi Film I dərəcəli Diploma və Fəxri Fərmana layiq görülmüşdür.