TƏRBİYƏÇİ

TƏRBİYƏÇİ Ağlı söz kəsəndən bəri ana nəvazişini tərbiyəçilərdə görən... Budaq... ata və ana haqqında düşünürdü (Ə.Vəliyev); DAYƏ Odur ki, Ağabəyim səhərdən dayəsindən ayrılmamışdı (Çəmənzəminli); XOCA (köhn.) [Müəllim:] Birisinin xocası siz analar, o birisinin xocası biz müəllimlər (A.Şaiq); LƏLƏ (köhn.) Hacı Səmsam., başqa mülkədarlar kimi oğlu üçün lələ saxlamırdı (A.Makulu); MÜRƏBBİ (köhn.) Ehtiyac onun beşiyi, səfalət onun mürəbbisi, bədbəxtlik onun nəsibi və həyat yoldaşıdır (M.İbrahimov); MÜRƏBBİYƏ (köhn.) Ağca xanım bu səsküyə mürəbbiyəsindən izinsiz bayıra çıxdı (S.S.Axundov); UŞAĞABAXAN Veysəl: O uşağabaxan arvad buradadır, ya getdi? (B.Bayramov).

TƏRBİYƏ
TƏRBİYƏLİ
OBASTAN VİKİ
Tərbiyəçi (film, 1971)
Film-portret Bakıdakı 3 saylı poliqrafiya peşə-texniki məktəbin direktoru Sofya Yaqubova haqqında danışır. Filmdə vaxtilə S.Yaqubovanın bu məktəbi bitirməsi, istehsalat təhsili ustası işləməsi, sonra uzun illər həmin məktəbin direktoru olması göstərilir. "Gənc fəhlə" jurnalı ilk dəfə bu məktəbdə nəşr olunmuşdur. Məktəbin məzunları bir çox mətbəələrdə, o cümlədən "Kommunist" nəşriyyatında, "Qırmızı Oktyabr" mətbəəsində işləyirlər. Elə məktəbin özündə çalışan təhsil ustaları da bu təhsil ocağının məzunlarıdır. Filmdə S.Yaqubovanın ailəsi də göstərilmişdir. O, məşhur pambıqçı, iş başında faciəli şəkildə həlak olmuş Sevil Qazıyevanın bu məktəbə necə daxil olması barədə xatirəsini danışır. 1) 1976-cı ildə Bakıda Beynəlxalq Qadınlar gününə həsr olunmuş Respublika həvəskarlar filmləri müsabiqəsi Film I dərəcəli Diploma və Fəxri Fərmana layiq görülmüşdür.
Azərbaycan SSR gənclərin əməkdar hami tərbiyəçilərinin siyahısı
== 1991 ==
Azərbaycan SSR gənclərin əməkdar hami tərbiyəçisi
Azərbaycan SSR gənclərin əməkdar hami tərbiyəçisi (azərb-kiril. Азәрбајҹан ССР ҝәнҹләрин әмәкдар һами тәрбијәчиси) — Azərbaycan SSR-də gənclərin tərbiyəsi sahəsində fərqlənmiş şəxslərə verilən fəxri ad. == Tarixi və əsasnaməsi == "Azərbaycan SSR gənclərin əməkdar hami tərbiyəçisi" fəxri adı Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 12 avqust 1980-ci il tarixli Fərmanı ilə təsis olunmuşdur. Əsasnaməyə əsasən fəxri ad Azərbaycan SSR-də öz çoxillik istehsalat təcrübəsini gənclərə öyrədən, oğlan və qızlara peşə təlimi verən, onlarda əməyə kommunist münasibəti, kommunizm qurucusunun ideya və əxlaq keyfiyyətlərini tərbiyə edən və ictimai həyatda fəal iştirak edən yüksək ixtisaslı fəhlələrə, kolxozçulara, müəssisə, kolxoz, sovxoz, idarə və təşkilatlarının qulluqçularına verilirdi.
Tısbağa tərbiyəçisi
Tısbağa tərbiyəçisi (türk. Kaplumbağa Terbiyecisi) — Osman Hamdi Beyin 1 may 1906-cı ildə Parisdə Fransız Sənətçilər Dərnəyinin təşkil etdiyi Salon sərgisi üçün çəkdiyi rəsm əsəri. Bu əsər 2004-cü ildə Türk rəsm sənəti tarixində ən yüksək qiymətə, 3,5 milyon dollara satılmışdır. Əsəri Suna və İnan Kıraç Vakfı Pera Muzeyində sərgilənməsi üçün satın almışlar. Parisin Böyük Sarayında ilk dəfə sərgiyə çıxarılan bu əsər öncə "Tısbağalar və adam" kimi adlandırılmışdır. Rəsm üzərində yazılmış 1906-cı il yazısı deməyə imkan veriri ki, əsər ilin əvvəllərində çəkilmişdir. Bir il sonra Osman Hamdi Bəy nisbətən kiçik və bəzi fərqlər olmaqla ikinci bir əsəridə çəkmişdir. İkinci əsərdə rəssamın qohumu olan "Salih Münir Paşaya itihaf olunur" yazısı var. Əsərin çəkilməsi ilə bağlı iki əsas fikir mövcuddur: 1. Bu əsərin çəkilməsindən 37 il əvvəl Osman Hamdi Bəy Bağdadda olan zaman babasına yazdığı məktubda təsadüfən əlinə keçən Tour de Monde jurnalının bir nüxsəsini maraqla oxuduğunu söyləyir.

Значение слова в других словарях