Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Beşbarmaq
Beşbarmaq — barmaqlara taxılaraq əl içində sıxılaraq tətbiq edilən metal barmaqlıq şəklində alət; soyuq silah. Konstruksiyanın sadəliyinə baxmayaraq, olduqca təhlükəlidir: beşbarmaqla güclü zərbə endirərək ağır və ya ölümcül zədə yetirmək olar. Beşbarmağı metal və ya bərk plastmasdan hazırlanır. Zavod istehsalı ilə yanaşı kustar üsulu ilə də hazırlanır. Əldəqayrılma beşbarmaqlar sadələşdirilmiş konstruksiyaya malikdir. Beşbarmaq şəklində bıçaqlarda da mövcuddur (məsələn, Birinci dünya müharibəsi zamanı amerikan süngər bıçaqları (ing. knuckle knife).
Beşbarmaq (dəqiqləşdirmə)
Beşbarmaq — soyuq silah
Beşbarmaq (xörək)
Beşbarmaq (qırğ. beşbarmak - "beş barmaq") — Orta Asiya mətbəxinin milli yeməklərindən biri. Beşbarmaq ümumiyyətlə əriştə ilə incə doğranmış, qaynadılmış ətdən hazırlanır və tez-tez soğan sousu olan çık ilə süfrəyə verilir. Tipik olaraq, şorbadan sonra bir neçə nəfər arasında bölüşdürülən iri sinilərdə süfrələrə verilir ki, bu da ilk növbədə kasa adlı qablarda qoyun əti bulyonunun verilməsi ilə başlayır. Bundan sonra ağ-sərkə ( qımız və ya ayranla qarışdırılmış şorba) bulyonu verilir. Bayram süfrəsi beşbarmağı, qazı-karta və sucuqla birlikdə bişirilir. Beşbarmaq termini "beş barmaq" deməkdir, çünki köçərilər ənənəvi olaraq bu yeməyi əlləri ilə yeyirlər. Sincanda, Özbəkistan, Qırğızıstan və Qazaxıstanda narin, Qaraqalpaqıstan, Şimali Qafqaz və Türkmənistanda turama , Başqırdıstanda və Tatarıstanda qullama da bilinir. == Tarixi == Orta Asiya mətbəxi, insanların heyvanlarından tamamilə istifadə etdiyi bir zamanda köçəri həyatın məhdudiyyətləri daxilində inkişaf etdi. Bu, ət və süd məhsulları ilə zəngin olan Orta Asiya yeməklərində özünü göstərirdi.
Beşbarmaq dağı
Beşbarmaq dağı və ya Baş Bərmək dağı — erkən orta əsrlərdə Qafqaz Albaniyası dövrü Xors-Xurs qayası adlanan və Xorsvem kimi göstərilən Beşbarmaq tarixi Şeşpara ərazisinin başlanğıcı sayılır. Karbonat tərkibli breksiyalaşmış əhəngdaşlarından (dolomitlərdən) ibarət qaya parçası "səhra aysberqi"ni xatırladır və Bakı-Siyəzən avtomobil yolunun 95 km-də ucalır. Beşbarmaq dağı dəniz səviyyəsindən 445 m yüksəklikdədir. Dağın əmələ gəlməsində ilkin versiyalardan biri kimi tektonik hərəkətlərin təsirindən karbonat tərkibli süxurların sıxılması və nəticədə belə bir mənzərənin yaranması göstərilir. Qaya üzərində çoxlu sayda karst tipli boşluqlara, yuvacıqlara rast gəlmək mümkündür. Qayaya şərq və qərbdən baxarkən o, insan əlində olan barmaqları xatırladır və çox güman ki, elə buna görə də bu qayaya Beşbarmaq adı verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci il iyunun 8-də “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun yaradılması haqqında Sərəncam imzalayıb. == Xıdır Zində piri == Bu qayanın digər adı isə Xıdır Zində piridir. Qeyri-adi görünüşü ətraf ərazilərdə yaşayanlar tərəfindən oranın ibadət olunan pirə çevrilməsinə səbəb olmuşdur. Pir Bakı-Siyəzən magistral yolundan 5 km qərbdədir.
Beşbarmaq qayası

Beşbarmaq səddi
Beşbarmaq səddi — Xəzərsahili keçidini bağlayan üçüncü sədd. Gilgilçaydan cənubda Qafqaz silsiləsindən ayrılmış Beşbarmaq dağının sərt enişli ətəyindən başlayıb dəniz sahili qumsallığınacan uzanırdı. Beləliklə, qərbdən Beşbarmaq dağı şərqdən gil davarla qapanmış uzunsov sədd dar sahil keçidini bütünlüklə kəsmişdi. Beşbarmaq, Gilgilçay səddi və Dərbənd - Azərbaycanın şimal-şərq sərhədlərində ilkin orta əsrlərdə çəkilmiş bu üç sədd dövrün istehkam tikintisinin yüksək inkişaf səviyyəsi ilə yanaşı, siyasi-hərbi durumunu da əks etdirir. Fərziyyəyə görə, onlar III-VII əsrlərdə (əvvəl Beşbarmaq, sonra Gilgilçay, axırda isə Dərbənd müdafiə səddi) çəkilmişdi. İnşa texnikasına görə Beşbarmaq və Gilgilçay səddləri Dərbənd səddinə nisbətən saya və qədimdir.
Beşbarmaq dağı (Türkiyə)
Beşbarmaq dağı (lat. Latmus; q.yun. Λάτμος, Latmos; türk. Beşparmak Dağı) — Menteşe dağları sistemində yer alan, Bafa gölünün şərqində yerləşən dağ. Aydın və Muğla ərazisinə yayılan dağın ən yüksək yeri 1,375 m olan Təkərləkdağdır. Arxeoloji baxımdan çox əhəmiyyətli olan dağın neolit dövründən Osmanlılara qədər izləri var. İbtidai icma quruluşuna dair kəşflərindən biri olan qayaüstü rəsmlər, eramızdan əvvəl 6.000-5.000-ci illərə aiddir. Ovçular və heyvanların əvəzinə, əsasən insanlar çəkilmişdir. İnsanlar tək şəkildə deyil, ailəni xatırladan tərzdə qrup halında tərtib edilib. Bu qayaüstü rəsmlər, şəkil dili və mövzu baxımından dünyanın qayaüstü rəsmləri arasında mühüm yer tutur.