Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Təkyemişan
Təkyemişan — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd XVIII əsrin əvvəllərundə salınıb. Yerli əhalinin məlumatına görə, Təkyemişan kəndini Düz Rəsullu kəndinin bünövrəsini qoymuş Böyük Rəsul adlı şəxsin oğlu Məşədi Nəbi salmışdır. 1921-1922-ci illərdə həmin rayondakı Emir kəndindən də buraya ailələr köç etdikdən sonra kəndə el arasında Emirri də deyilmişdir. Kəndə 1993-cü ildə Düz Rəsullu inzibati ərazi vahidiyinin tərkibində Təkyemişan kəndi statusu verilmişdir. == Toponimikası == Təkyemişan oykonimi Gədəbəy rayonunun Düz Rəsullu inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir. Yaşayış məntəqəsi tək yemişan ağacının yaxınlığında salındığına görə belə adlanmışdır. Bu ağac kəndin yaxınlığında hələ də durur. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 189 nəfər əhali yaşayır.