Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Təlxab (Həştrud)
Təlxab (fars. تلخاب‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 51 nəfər yaşayır (13 ailə).
Təlxab (Qoşaçay)
Təlxab (fars. تلخاب‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 465 nəfər yaşayır (105 ailə).
Məzrayə-i Təlxab (Sulduz)
Məzrayə-i Təlxab (fars. مزرعه تلخاب‎) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Qışlaq-i Təlxab (Qoşaçay)
Qışlaq-i Təlxab (fars. قشلاق تلخاب‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 250 nəfər yaşayır (47 ailə).
Azercell Telekom
Azercell — (Azercell Telekom” MMC) Azərbaycan telekommunikasiya şirkəti. == Haqqında == “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. “Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strateji məqsədinə doğru irəliləyən Azercell-in xidmətləri 5 milyondan çox abunəçinin seçimidir. Şirkətin bazar payı 49%, ölkə ərazisi üzrə əhatə dairəsi 94,50%, ölkə əhalisi üzrə əhatə dairəsi 98,35% təşkil edir. Azercell-in ümumi LTE stansiyalarının sayı 3400-ü ötüb. 2020-ci ildə Azercell ölkədə və MDB məkanında beynəlxalq 2020-ci ildə Azercell ölkədə və MDB məkanında beynəlxalq “Investors In People” İnsana Sərmayə Platin Sertifikatına layiq görülən yeganə şirkət oldu. Beynəlxalq Biznes STEVIE Mükafatlarının “İlin kommunikasiya şirkəti” və “İlin ən innovativ şirkəti” nominasiyası üzrə ən yüksək pillədə qərarlaşaraq, Azərbaycanda Qızıl Stevie mükafatı alan yeganə şirkətdir. Azercell EN15838 (müştərilərlə əlaqələrin yüksək səviyyəsinə zəmanət) beynəlxalq standartına sahibdir. "Azercell Telekom" BM 1996-cı ilin yanvarında təsis edilib və həmin ilin dekabrın 15-də Azərbaycanda ilk GSM operatoru kimi öz kommersiya fəaliyyətinə başlayıb. Şirkətin ilk təsisçiləri Türkiyənin "Türkcell İletişim Hizmetleri A. Ş." şirkəti və Azərbaycan Respublikasının Rabitə Nazirliyi olub.
Delta Telekom
Delta Telekom — Azərbaycanda telekommunikasiya şirkəti. == Yaranması == XXI əsrin astanasında dünya üzrə peyk rabitəsi istiqamətində kifayət qədər bahalı kanallardan qənaətlə istifadə edən peyk rabitə vasitələri tətbiq olunurdu. Odur ki, Azərbaycanda da analoji texnologiyanın istifadəsinə ehtiyac duyulurdu. Mövcud təlabatı nəzərə alaraq, Delta Telecom korporativ şəbəkənin yaradılması üzrə layihələr işləməyə başladı. İlk layihədə Zaqafqaziyada yeganə olan Mərkəzi Peyk Rabitə Stansiyası tikilib istifadəyə verildi. Başlanğıcda bu stansiya vasitəsilə Azərbaycan Beynəlxalq Bankının bir neçə məntəqələri ilə baş ofisi arasında rabitə yaradıldı. Rabitənin keyfiyyəti sınaqdan keçirildikdən sonra Azərbaycan Beynəlxalq Bankının, Dövlət Gömrük Komitəsinin bölgələrdəki məntəqələrini baş ofisləri ilə birləşdirən korporativ peyk rabitə şəbəkəsi quruldu. Hal-hazırda Azərbaycan Beynəlxalq Bankı, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyi, Maliyyə Nazirliyi, Vergilər Nazirliyi, AzərCot, MKT-Cotton, AMEA Seysmoloji Ölçmələr Mərkəzi, AP Moller Mayersk kimi təşkilatlar Delta Telekomun müştəriləridir.
Slovak Telekom
Slovak Telekom (keçmişdə Slovenské telekomunikácie və Slovak Telecom olaraq adlandırılmışdır, sabit xətt məhsullarında istifadə edən marka, 2006-cı ilin Mart ayından 2012-ci ilin Yanvar ayına qədər T-Com olmuşdur. 2012-ci ilə gəlindiyində mobil məhsullar və sabit xətt məhsullarında ancaq bir marka mövcuddur: Telekom) — Slovakiya'da fəaliyyət göstərən ən böyük telekommunikasiya şirkətidir. 2015-ci ildə Slovakiya Respublikası, olan payını (49%) Deutsche Telekom-a olan payını satmışdır. İndi tamamilə Deutsche Telekom-a aiddir. Slovak hökuməti Slovak Telekom'da bir azlıq hissəsinin satışı üçün bir addım daha atmışdır. 2015-ci ilin Aprel ayında dövlət varlığının birjanı ehtiva edəcək şəkildə satılması üçün vasitələri genişlədən özəlləşdirmə üçün, qanununda ediləcək bir dəyişikliyi təsdiqlədi. 2015-ci ilin May ayında Deutsche Telekom, Slovakiya hökumətinin 49% hissəsinin hamısının 900 Milyon €-a alacağını açıqlamışdır. Slovak Telekom, 2013-ci ildə ilk Slovak operatoru olan Slovakiyanın beş şəhərində 4G/LTE şəbəkəsini başlatmışdır. Şəbəkə 1800 MHz'də işləyir və 73Mbit/saniyə endirmə və 23Mbit/saniyə yükləmə maksimum nəzəri sürəti təqdim edir. Dövrə Açarlı Geri Dönüş (DAGD), səsli zənglərin və qısa ismarıcların, 2G/3G dövrə açarlı şəbəkə istifadəsi ilə LTE qurğularına göndərilməsini təmin edir.
Telekom QVK
Telekom — 2012-ci ildə yaradılmış Azərbaycan qadın voleybol klubu. Rabitə Bakı voleybol klubunun ikinci komandası sayılır. 2012-ci ildə fəaliyyətinə start vermiş komanda əsas komanda Rabitədən fərqli olaraq kiçik büdcə ilə qurulmşdu. Maraqlısı budur ki, klubun prezidenti Rabitənin rəhbəri Cəlil Cəfərov deyil digər bir iş adamı Şahlar Məmmədov idi. İlk dəfə olaraq 2012-13 sezonunda Azərbaycan Superliqasında çıxış etmişdi. Həmin mövsüm liqanı altıncı yerdə bitirən komanda avrokuboklara qatılmaq şansını əldən verdi. 2013-14 mövsümünə ciddi hazırlaşmaq üçün ciddi transfer ataklarına keçən komanda Cessika Volker kimi güclü amerikan voleybolçu ilə müqavilə imzalaya bildi.
Türk Telekom
Türk Telekom — 1995-ci il aprel ayının 24-də poçt, telefon və teleqraf xidmətlərinin müstəqil fəaliyyətə başlamasından sonra yaradıldı. 2005-ci ilin noyabr ayında aparılan özəlləşdirmə nəticəsində şirkətin səhmlərinin 49%-i Səudiyyə Ərəbistanına məxsus Oger Telecoma satılmış, bu vaxt kabel tv və kabel dəqiq xidmətləri Türksədə köçürülmüşdür. Türkiyənin bütün telefon və internet xidmət təmin ediciləri içində öz təşkilatı infrastrukturuna sahib tək firma mövqesindədir. Ümumi müdirliyini Paul Doany etməkdədir. Türk telekom özelleştirldiginden bəri 4 ortaq icra edilməkdədir.
Telekom VK
Telekom — 2012-ci ildə yaradılmış Azərbaycan qadın voleybol klubu. Rabitə Bakı voleybol klubunun ikinci komandası sayılır. 2012-ci ildə fəaliyyətinə start vermiş komanda əsas komanda Rabitədən fərqli olaraq kiçik büdcə ilə qurulmşdu. Maraqlısı budur ki, klubun prezidenti Rabitənin rəhbəri Cəlil Cəfərov deyil digər bir iş adamı Şahlar Məmmədov idi. İlk dəfə olaraq 2012-13 sezonunda Azərbaycan Superliqasında çıxış etmişdi. Həmin mövsüm liqanı altıncı yerdə bitirən komanda avrokuboklara qatılmaq şansını əldən verdi. 2013-14 mövsümünə ciddi hazırlaşmaq üçün ciddi transfer ataklarına keçən komanda Cessika Volker kimi güclü amerikan voleybolçu ilə müqavilə imzalaya bildi.
Türk Telekom Arena
Ali Sami Yen İdman Kompleksi yada sponsorluq adı ilə Rams Park — Rams Park İstanbulun Sarıyer rayonunda yerləşən çox məqsədli stadion, Qalatasaray PFKın daxili sahədəki futbol oyunlarına ev sahibliyi etməkdədir. Rams Park, Yüzüncü İl Atatürk Stadionu və Beşiktaş Park stadionlarına struktur olaraq ilham qaynağı olmaqla birlikdə Türkiyədəki C90 görüş bucağına sahib ilk stadionu xüsusiyyətini daşımaqdadır. Toplam 52.652 kreslo tutumuna sahib olan stadion, Atatürk Olimpiada Stadionunda sonra tamaşaçı tutumu baxımından Türkiyənin ən böyük ikinci stadionudur. İlk olaraq 1996-ci ildə gündəmə gələn ancaq müxtəlif problemlər səbəbiylə də tapılmayan və sonrasında yeri dəyişdirilən layihənin təməli 13 dekabr 2007 tarixində atıldı. O dövr Şişli'de bağlı olan indiki vaxtda isə Sarıyer sərhədlərində olan bir-birinin ardınca düzülmüş üç təpədən Şişli Bələdiyyəsin adı Aslantepe olaraq dəyişdirilən 120 dönüşlük təpəyə tikilən Türk Telekom Arena adı ilə 15 yanvar 2011-ci ildə açıldı. Türk Telekom, 2010-11 mövsümünün ikinci yarısından etibarən 10 illiyinə stadiona ad sponsoru olmuşdur. Rams Park cəmdə 198 loja və 4500'den çox VIP kreslosuna malikdir. Qalatasaray ilə Fənərbaxça arasında 18 Mart 2011 tarixində liqada oynanan və 52.695 tamaşaçının izlədiyi qarşılaşma stadion tarixinin ən yüksək azərkeşli matçı oldu. Stadion, Qalatasarayın ev oyunlarının yanında bəzi təşkilata da ev sahibliyi etdi. 2013 FIFA 20 Yaş Altı Dünya Kuboku təşkilatının qrup və ikinci tur matçlarının yanında, turnirin final müsabiqəsi bu stadionda oynandı.