Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tərcibənd
Tərcibənd (ərəbcə: tərci və farsca: bənd ) — Mövzu və vəzn etibarilə bir olub, birinci bəndin bütün misraları həmqafiyə, ikinci bəndin son beyti istisna olmaqla bütün misraları, axırda isə birinci bəndin son beyti nəqərat kimi təkrar edilən klassik şeir formalarından biri. Tərkibənd kimi şairin öz müşahidələri əsasında yazılır. Tərcibəndin məzmununu şair təsirləndiyi, mənasını duyduğu sahələrdən götürür. Eyni zamanda, bu janrın tutumu, ölçüsü, qafiyə sistemi tərkibbənddən az fərqlənir. Tərcibəndlər adətən şeirlərdə beytlərə və bəndlərə ayrılır. Müxtəlif tarixi kəsmlərdə yazılan tərcibəndlərin strukturu bir-birindən fərqlənir. Bəzi tərcibəndlərin ilk iki misrası öz arasında, sonrakı sətirlər isə misraaşırı qafiyələnmişdir. Yaxın məzmunlu, yaxın ölçülü, oxşar ahəngli tərcibəndlərdə final beytləri təkrar olunur. Nəsiminin tərcibəndlərində ilk iki misra öz aralarında qafiyələnir, sonrakı beytlərin birinci misraları sərbəst buraxılır, ikinci misralar isə birinci beytin son misraları ilə həmqafiyə ( aa ba qa da va ...) olur. Nəsiminin tərcibəndləri 13 -15 beytdən çox olmayıb.
Terrigen çöküntülər
Terrigen çöküntülər-(lat.terra-quru, yer) Dənizlərin və okeanların materik dayazlığında çökən qırıntı çöküntülərinə deyilir. Terrigen çöküntülər həm kontinental həm də dəniz mənşəli olub,qum,gil və lildən ibarətdir.
Terrigen çöküntüsü
Materik dayazlığında və materik yamacında qurudan çayların gətirdiyi qırıntı materiallarından və ləpədöymə nəticəsində sahilin dağılmasından əmələ gələn qırıntı materialından ibarət dəniz çöküntüsüdür.