Tərcibənd

Tərcibənd (ərəbcə: tərcifarsca: bənd ) — Mövzu və vəzn etibarilə bir olub, birinci bəndin bütün misraları həmqafiyə, ikinci bəndin son beyti istisna olmaqla bütün misraları, axırda isə birinci bəndin son beyti nəqərat kimi təkrar edilən klassik şeir formalarından biri[1]. Tərkibənd kimi şairin öz müşahidələri əsasında yazılır.

Xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Tərcibəndin məzmununu şair təsirləndiyi, mənasını duyduğu sahələrdən götürür. Eyni zamanda, bu janrın tutumu, ölçüsü, qafiyə sistemi tərkibbənddən az fərqlənir. Tərcibəndlər adətən şeirlərdə beytlərə və bəndlərə ayrılır. Müxtəlif tarixi kəsmlərdə yazılan tərcibəndlərin strukturu bir-birindən fərqlənir. Bəzi tərcibəndlərin ilk iki misrası öz arasında, sonrakı sətirlər isə misraaşırı qafiyələnmişdir. Yaxın məzmunlu, yaxın ölçülü, oxşar ahəngli tərcibəndlərdə final beytləri təkrar olunur.

Nəsiminin tərcibəndlərində ilk iki misra öz aralarında qafiyələnir, sonrakı beytlərin birinci misraları sərbəst buraxılır, ikinci misralar isə birinci beytin son misraları ilə həmqafiyə ( aa ba qa da va ...) olur. Nəsiminin tərcibəndləri 13 -15 beytdən çox olmayıb.

Füzulinin tərcübəndləri isə 12 misradan çox olmamışdır. Onun tərcibəndlərində final beytindən başqa, misraların hamısı öz aralarında ( aaaaaaaaaabb) qafiyələnmişdir.

Qasım bəy Zakir azmisralı (20 -22 ), Əbülqasım Nəbati isə çoxmisralı (bəzən 50 misradan çox) tərcibəndlər yazmışdır.[2]

  1. Tərkibbənd
  2. Şeir

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. "tərcibənd". 2016-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-11-24.
  2. Abbas Hacıyev. Ədəbiyyat Nəzəriyyəsi. Bakı.1996.s.256.