Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tərpənən və tərpənməz bloklar
Blok — çənbəri üzərində nov olan və oxa nəzərən fırlana bilən çarx olub sadə mexanizmlərə aiddir və iki növü vardır: tərpənən və tərpənməz bloklar. Tərpənən blok - qüvvədə 2 dəfə qazanc əldə etmək məqsədi ilə istifadə olunan birinci növ lingdir. Birinci növ ling - qollara təsir edən qüvvələrin hər ikisi dayaq nöqtəsindən bir tərəfdə olan lingdir. Blokdan aşırılmış ipə F qüvvəsi ilə təsir etdikdə, o dayaq nöqtəsi ətrafında dönür. Bu qüvvənin qolu blokun OB=2r diametrinə bərabərdir. Blokdan asılan yükə təsir edən ağırlıq qüvvəsinin həmin dayaq nöqtəsinə nəzərən qüvvə qolu isə OA=r - dir. Hec bir mexanizm işdə qazanc vermir Blokun tarazlıq şərti - bloku saat əqrəbi istiqamətində fırladan qüvvələrin momentləri cəminin saat əqrəbinin əksi istiqamətində fırladan qüvvələrin momentləri cəminə bərabər olmasıdır: F2r=mgr. Buradan , F=mg/2. Yəni,tərpənən blok qüvvədə 2 dəfə qazanc verir. Tərpənməz blok - qüvvədə qazanc verməyib, onun təsir istiqamətini dəyişən və qolları bərabər olan ikinci növ lingdir.
Ərmənis
Ərmənis — Tiflis quberniyasının Borçalı qəzasında,indi Cəlaloğlu (Stepanavan) rayonunda kənd.
Terpeniya burnu
Terpeniya burnu — Saxalin adasının cənubunda, Oxot dənizi sahillərində yerləşən burun. İnzibati cəhətdən Saxalin vilayətinin Poranay şəhər dairəsi ərazisinə daxildir. Terpeniya burnu Terpeniya yarımadasının və Saxalin adasının şərq nöqtəsini təşkil edir. Burun qayalıqdan ibarət olduğundan burada bitki örtüyü əsasən ot və kollardan ibarətdir. Burada quş koloniyalarına rast gəlinir. Burunda mayak və meteostansiya yerləşir. Terpeniya burnu həmdə bir qoruqdur.
Terpeniya yarımadası
Terpeniya yarımadası — Saxalin adasının şərq hissəsində yerləşir. 65 km Oxot dənizinin içərilərinə doğru uzanır (Terpeniya burnu). 1 km-dən 30 kilometrə qədər eni olan Lodoçnıy bərzəği yarımadanı adaya birləşdirir. Hündürlüyü 350 m təşkil edir. Qərbdə sahillərini Terpeniya körfəzi yuyur.
Tomas Erpenius
Tomas Erpenius (11 sentyabr 1584 və ya 9 sentyabr 1584 – 13 noyabr 1624[…], Leyden, Hollandiya qraflığı) — holland naşiri, ilahiyyatçı və şərqşünas. Leyden Universitetində ilahiyyatı, sonralar Yaxın və Orta Şərq ölkələri dillərini öyrənmişdir. Misir, İngiltərə, Fransa, Almaniya və İtaliyaya səyahətlər edərək alimlərlə görüşmüşdür. Venesiyada fars, türk və həbəş dillərini, Parisdə isə ərəb dilini təkmilləşdirmişdir. 1612-ci ildə Leyden Universitetinin ərəb və digər Şərq dilləri üzrə professoru olmuşdur. Birləşmiş Əyalətlər Respublikasının (Niderland) rəsmi tərcüməçisi idi. 1612-ci ildə Leydendə mətbəə açmış və ərəb dilində kitab çap etmək məqsədilə şrift nümunələri hazırlamışdır. 1613-cü ildə ərəb dilinin qrammatikasına dair kitablar nəşr etmiş, 1615–22-ci illərdə dini kitablar buraxmışdır. "Qurani-Kərim"in nəşrini latın dilində şərhlərlə hazırlamış, lakin həyata keçirə bilməmişdir. Ölümündən sonra 1625-ci ildə Elzevirlər ailəsi onun mətbəəsini alaraq kitab işini davam etdirmişdir.
Euseius terenos
Euseius terenos (lat. Euseius terenos) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin euseius cinsinə aid heyvan növü.
Senecio serpens
Senecio serpens (lat. Senecio serpens) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid biki növü.
Terrens Hovard
Terrens Hovard (11 mart 1969) — ABŞ-lı aktyor.
Terrens Malik
Terrens Malik (ing. Terrence Malick, 30.11.1943) — ABŞ rejissoru. == Həyatı == Terrens Malik 30 noyabr 1943-cü ildə Texas ştatında anadan olub. Amerikalı rejissor Terrens Malik Ostində (Texas) yeni filminin çəkilişlərinə başlayıb. “Austin City Limits” musiqi festivalına qatılan filmin heyəti Bright Eyes, Pretty Lights və Coldplay qruplarının çıxışları vaxtı çəkilişlər aparıb. Filmdə aktyor Kristen Beylin də rol alması avqust ayından məlum olsa da, filmin adı və hazır olacağı vaxt hələ də açıqlanmayıb. Amerikalı rejissorun hazırda iki film üzərində işlədiyi deyilir. İkinci film “The Burial” adlanır və gələn il tamaşaçı qarşısına çıxacağı ehtimal olunur. Terrens Malik 40 illik kino-karyerası ərzində dörd tammetrajlı film çəkib. Bunlardan ən son çəkilən “Həyat ağacı” filmi bu ilki Kann Film Festivalının əsas mükafatını qazanıb.
Terens Hill
Terens Hill (ing. Terence Hill; əsl adı Mario Cirotti (it. Mario Girotti); 29 mart 1939, Venesiya, İtaliya) — İtalyan aktyor, prodüsser, ssenarist və rejissor. == Həyatı == Terens Hill 29 mart 1939-cu ildə İtaliyanın Venesiya şəhərində anadan olub. 1943-1945-ci illərdə anasının vətəni olan Almaniyada, Lommaç şəhərində yaşayıb. Bir neçə vaxtdan sonra Roma şəhərinə dönmüşdü. Mario uşaqlıqdan üzgüçülüklə məşğul olmuşdu. Burda Bad Spenserlə tanışlığın binasını qoymuşdu.
Terens Tao
Тerens Çi Şеn Тао (Çin əsilli|陶哲軒|陶哲轩|Táo Zhéxuān|Тао Zexuan, 17 iyul 1975[…], Adelaida) — avstraliya riyaziyyatçısı,əsasən riyyaziyyatın "harmonik analiz","xüsusi törəməli differensial tənliklər","kombinatorika","ədədlər nəzriyyəsi" və "nümayəndələr nəzəriyyəsi" (en:Representation theory).Ən çox tanınmış işi britaniya riyaziyyatçısı Benom Qrin ilə birgə isbat etdiyi qeyri-məhdud "sadə ədədlər"in hesabi silsiləsinin varlığıdır (Qrin — Тао teoremi).Tao hazırda Los-Ancelesdə Kaliforniya Universitetində riyaziyyat üzrə professordur.Terens Tao 2006-cı ildə 31 yaşında Filds medalı ilə təltif olunmuşdur. == Şəxsi həyatı == Tao istedadlı uşaq idi.O 24 yaşında Los-Ancelesdə Kaliforniya Universitetinin professoru olur və bu hələki bu adı alan ən gənc alim olaraq qalır.Onun valideynləri Honkonqdan Avstraliyaya ilk mühacir etmiş ailələrdən olmuşdur.Onun atası Uilyam Rendolf Tao (Syanqo çin. 陶象國) pediator işliyir,anası isə Honkonqda fizika-riyaziyyat ixtisasını bitirmiş və bir müddət orta məktəbdə müəllimə olaraq çalışmışdır. Tonun atası mətbuata demişdiki,iki yaşında olarkan Tao bir dəfə ailə yığıncağında 5 yaşlı uşağa riyaziyyat və ingilis dilini öyrətməyə çalışırdı.Smitson online-jurnalına görə Tao hesabdan baza biliklərini iki yaşında öyrənmişdi.Atası ondan rəqəmləri və hərfləri hardan bildiyini soruşduqda Toa ona buları "Sezam küçəsi"(uşaqlar üçün öyrədici əyləncəli proqram) teleproqramdan öyrəndiyini demişdi. Taonun iki qardaşı var,hər ikisi Avstraliyada yaşayır və hər ikisi bu ölkəni Beynəlxalq Riyaziyyat olimpiadasında təmsil etmişlər. Naydcel Taonun (ing. Nigel Tao) İQ-su 180-di,o "Google Wave"-i yaradan Avstraliyadan olan komandanın iştrakçısı olmuşdur. Trevor Tao (ing. Trevor Tao) həm riyaziyyat həm də musiqi sahəsində iki qat alimlik dərəcəsinə malikdir.Onun haqqında Savant sindromu kitabında danışılacaq.Terens həyat yoldaşı və oğlu ilə Kaliforniyada Los Anceldə yaşıyır. == İstedadlı uşaq == "Riyaziyyatın Motsartı" adlanan Tao erkən yaşda qeyri-adi riyazi bacarıq nümayiş etdirirdi,beləki hələ 9 yaşındaykən universitetin riyaziyyat kursu mühazirələrinə qatılırdı.Tao 8 yaşında Cons Hopkins Universitetində xüsusi istedadların tədqiqi üçün nəzərdə tutulmuş riyaziyyat proqramında 700 baldan yuxarı nəticə göstərmiş iki uşaqdan biriydi(Tao 760 bal toplamışdı).1986, 1987 və 1988 ci illərdə Тerens Beynəlxalq riyaziyyat olimpiadasında iştrak edən ən gənc iştrakçı idi(ilk dəfə 10 yaşında).Həmin illərdə o uyğun olaraq bürünc,gümüş və qızıl medal qazanmışdı.13 yaşında qızıl medala sahib olmaqla Terens (bugünə kimi) olimpiada tarixində qızıl medala sahib olan yeganə ən gənc qalib olaraq qalır.14 yaşında Tao elmi araşdırmalar instituna daxil olur.O bakalavr və magistr dərəcəsini Flinders Universitetində professor Qarta Qodridən almışdır.1992-ci ildə o ABŞda aspiranturaya daxil olur.1992-ci və 1996 illər aralığında Tao Eliasa Steynin rəhbərliyi ilə Prinston Universitetində oxuyur,20 yaşında artıq doktorluq dərəcəsi alır.
Terens Kemp Makkenna
Terens Kemp Makkenna (ing. Terence Kemp McKenna; 16 noyabr 1946 – 3 aprel 2000, San-Rafel[d], Kaliforniya) — Amerikalı müəllif, filosof, etnobotanist, mistik, psixonavt, müəllim və təbii olaraq meydana gələn psixhedel bitkilərinin məsuliyyətli istifadəsinin tərəfdarı və öz sözləri ilə anarxist və skeptik.
Valter Terens Steys
Valter Terens Steys (ing. Walter Terence Stace; 17 noyabr 1886, London – 2 avqust 1967) — İngilis filosofudur. == Həyatı == Onun tədqiqatları əsasən Hegel fəlsəfəsi, mistisizm və əxlaqi relyativizm sahələrini ehtiva edir. Steys müvafiq olaraq İngiltərədəki Bat Kollecində, Şotlandiyada Fetter Kollecində və İrlandiyada Trinity Kollecində təhsilini başa vurub. 1932-ci ildə Amerikanın Prinston Universitetində fəlsəfə dosenti, 1935-ci ildə isə həmin universitetdə professor vəzifəsinə təyin olunub. == Əsərləri == A Critical History of Greek Philosophy (1920) Online text The Philosophy of Hegel: A systematic exposition (1924) Online text The Meaning of Beauty (1929) The Theory of Knowledge and Existence (1932) The Concept of Morals (1937) The Nature of the World. An Essay in Phenomenalist Metaphysics (1940) The Destiny of Western Man (1942) What are Our Values?