Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mərzban
Mərzban — İranda Sasanilərin dövründə (III–VII əsrlər), əsasən, "sərhəd qoruyanlar"adlanırdı. İ. Zeynalov. İzahlı tarix terminləri lüğəti. Bakı, "Azərnəşr", 2006, 284 səh.
Təzəbin
Təzəbinə (əvvəlki adları: Keşişkənd; Noraküh) – Azərbaycan Respublikasının Xocalı rayonunun Təzəbinə kənd inzibati ərazi dairəsində kənd. Təzəbinə kəndi dağ ətəyində yerləşir. Qədimdə bu kəndin yerində yerləşən kəndin adı Keşişkənd olmuş, sonralar isə ermənilər tərəfindən Noragüğ və ya Noraküh (ermənicə: Təzəkənd) adlandırılmışdı. 1990-cı ildə Ermənistandan Azərbaycana gələn qaçqınların yerləşdirilməsi məqsədilə Ağdam tikinti trestinin köməyi ilə kənd yenidən salınmış, layihə sənədlərində adı Təzəbinə kimi rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocalı rayonunun Noraküh kəndi Təzəbinə kəndi adlandırılmışdır. 1992-ci ildə Ermənistan Silahlı Qüvvələrinin tərəfindən işğal edilmişdir. 19-20 sentyabr 2023-cü ildə Azərbaycan Ordusu tərəfindən həyata keçirilmiş lokal antiterror əməliyyatları nəticəsində kənd Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətinə qaytarılmışdır. 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən, Təzəbinə kəndinin əhalisinin sayı 1334 nəfər, daimi əhalinin sayı 1396 nəfər təşkil edirdi.
Şərəban
Şərəban — üstü açıq at arabası, yarıyumşaq nəqliyyat növü. Şərəban səkkiz nəfərə qədər sərnişin götürən üstü açıq at arabasıdır. Yarıyumşaq nəqliyyat növü olan bu şərəbanla sərnişin daşınması adətən yaz, yay və qismən payız mövsümlərində yerinə yetirilir.
Bişək (Vərzəqan)
Bişək (fars. بيشك‎) - İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. Vərzəqan qəsəbəsindən 7 km şərqdədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 83 nəfər yaşayır (34 ailə).
Coşun (Vərzəqan)
Coşun (fars. جوشين‎) - İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 499 nəfər yaşayır (122 ailə).
Cəfərabad (Vərzəqan)
Cəfərabad (fars. جعفراباد‎) - İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Əhər şəhristanının Vərzəqan bölgəsinin Dizmar kəndistanında, Vərzəqan qəsəbəsindən 27 km şimaldadır. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 25 nəfər yaşayır (4 ailə).
Galv (Vərzəqan)
Galv (fars. گلو‎) — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 380 nəfər yaşayır (76 ailə).
Gülçöl (Vərzəqan)
Gülçöl (fars. گل چول‎) — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 172 nəfər yaşayır (33 ailə).
Nigaristan (Vərzəqan)
Nigaristan (fars. نگارستان‎) — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 460 nəfər yaşayır (101 ailə).
Seqay (Vərzəqan)
Seqay (fars. سقاي‎) — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 869 nəfər yaşayır (187 ailə).
Sərkeş (Vərzəqan)
Sərkeş (fars. سركش‎) — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 224 nəfər yaşayır (53 ailə).
Vərzəqan Şəhristanı
Vərziqan şəhristanı (fars. شهرستان ورزقان‎) — İranın Şərqi Azərbaycan ostanının 21 şəhristanından biri və bu ostanda inzibati ərazi vahidi. Şəhristanın inzibati mərkəzi Vərziqan şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 46 833 nəfər və 10 766 ailədən ibarət idi.
Yengicə (Vərzəqan)
Yengicə (fars. ينگجه‎) — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 539 nəfər yaşayır (122 ailə).
Çeşməqan (Vərzəqan)
Çeşməqan (fars. چشمقان‎) - İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 10 nəfər yaşayır (4 ailə).
İsmayıl Mərziban
İsmayıl Mərziban (1869–1960) — İran siyasətçisi, Qacar və Pəhləvi dövründə bir çox nairlikdə çalışmış şəxs. İsmayıl 1869-cu ildə anadan olmuşdu. Onun mənsub olduğu ailə Gilanın, Rəştin qədim əsilzadə soyuna bağlıdır. Mərziban soyadını da bu ayaqdan götürmüşdü. İsmayıl Mərziban Muaddəbəssəltənə və Əminülmülk ləqəblərini daşıyırdı. İsmayıl Mərziban orta təhsilini bitirəndən sonra, Fransaya yollanmış, Paris Universitetinə qəbul olmuşdu. Universitetin tibb fakültəsini bitirmişdi. Məşhur göz həkimi doktor Ratveldin tələbəsi olmuşdu. İsmayıl Mərziban İrana dönəndən sonra həkimliklə yanaşı siyasətə də atılmışdı. İran ziyalılarının qurduğu "Cameyi-Adəmiyyət"ə üzv olmuşdu.
II Mərzban
II Mərzban (v. 984) — Salarilər sülaləsindən Deyləm hökmdarı. == Həyatı == Haqqında az məlumat var. Vəhsudanın nəvəsi, İsmailin oğlu idi.
İsfəndiyar (mərzban)
İsfəndiyar ibn Fərruxzad — Sasanilər dövlətinin Azərbaycanda mərzbanı. Fərruxzad Bavəndinin oğlu. 639-cu ildə ərəb qoşunu Urmiya gölü tərəfdən Azərbaycana soxuldu . Nəhavənd döyüşündən sonra isə ərəblər baş şəhər Ərdəbil üzərinə gələrək , ölkəni tabe etməyə girişdilər. Ərdəbildən bir qədər aralı, Cərmidan dağı yanında İsfəndiyarın hələ yaxşı möhkəmlənə bilməmiş dəstələri onları qarşıladı. Mənbələrin məlumatına görə, bu, Bukeyrin Azərbaycan ərazisində azərbaycanlılarla ilk toqquşması idi. Bir neçə gün davam edən qanlı döyüş ərəblərin qələbəsilə başa çatır. İsfəndiyar özü isə əsir düşür. Mənbələrə görə, mərzban İsfəndiyar qardaşı Bəhramla birlikdə güclü müqavimət göstərdi. Dirənmə uzun çəkdi, Bukeyr və Utba adlı ərəb sərkərdələrinin qoşunları da buraya yeridildi.
Tərzan Haşımov
Tərzan Həşimov
Mərziban bin Məhəmməd
Mərzban ibn Məhəmməd (Salari) — 941—957-ci illərdə hakimiyyətdə olmuş Salari hökmdarı. Mərziban bin Məhəmməd (Şəddadi) — 978—985-ci illərdə Gəncə əmiri olmuş Şəddadi hökmdarı.
Mərzban ibn Məhəmməd
Mərzban ibn Məhəmməd (Salari) — 941—957-ci illərdə hakimiyyətdə olmuş Salari hökmdarı. Mərziban bin Məhəmməd (Şəddadi) — 978—985-ci illərdə Gəncə əmiri olmuş Şəddadilər hökmdarı.
Nasir ibn Mərzban
Nasir ibn Mərzban — Salari şahzadəsi. Haqqında məlumat azdır. 960-cı ildə Vəhsudanın təkidi ilə üsyan etdiyi bilinir. Bu üsyan ölkədə çaxnaşma yaratdı və hər şəhərdə bir əmir öz müstəqilliyini elan etdi. Bu hadisələr işığında Cüstanla barışan Nasir torpaqlarını geri qaytarmaq üçün anaları ilə birgə Vəhsudanın yanına gedərək ondan kömək istədilər. Lakin Vəhsudan onları həbs edərək öz ordusunu oğlu İsmailə verdi. 960-cı ildə İsmail Azərbaycanı ələ keçirdi və Nasir isə qardaşı və anası ilə Vəhsudan tərəfindən edam olundu.
İbrahim ibn Mərzban
İbrahim ibn Mərzban (I Mərzbanın oğlu)
Mərziban bin Məhəmməd (Şəddadi)
Mərziban bin Məhəmməd (v. 985, Gəncə) — ərəb hakim, Əli Ləşkəri bin Məhəmmədin qardaşıdır. 978-ci ildə qardaşının ölümündən sonra Şəddadi taxtına çıxmışdır. Bacarıqsız bir hökmdar idi və 985-ci ildə qardaşı Fəzl bin Məhəmməd tərəfindən öldürüldü. Minorsky, Vladimir. Studies in Caucasian History. Cambridge: Cambridge University Press. 1977 [1953]. ISBN 0-521-05735-3. Peacock, Andrew.
Nubar Terziyan
Nubar Terziyan (16 mart 1909, Konstantinopol – 14 yanvar 1994, İstanbul) — aktyor, Türkiyə ermənisi. Nubar Terziyan 1909-cu ildə İstanbulda anadan olmuşdur. 1994-cü il yanvarın 14-də dünyasını dəyişib. Nubar Terziyan "Balıklı" erməni qəbiristanlığında dəfn olunub. Nubar Terziyan 200-dən artıq filmdə çəkilib. Aktyor daha çox ikinci dərəcəli rolları ifa edib. 1951-ci ildə "Əfsuncu Baba", 1954-cü ildə "Kaçak", 1967-ci ildəki "Cici Gəlin" komediya filmləri xüsusilə uğurlu alınıb. 1974-cü ildə "Kismet", 1975-ci ildə "Delisin" musiqili komediya filmləri onun şöhrətini daha da bərkidib. Mehriban, nurani qoca rolu aktyorun karyerası boyu tez-tez yaratdığı obraz idi. Qoca yaşlarına qədər dayanmadan kinoya çəkilən aktyorun 1988-ci ildə sonuncu filmi "Biz ayrılmalıyız" olub.
Zerzevan qalası
Zerzevan qalası — Diyarbəkir və Mardin illəri arasında yerləşən tarixi tikili və hərbi bazanın qalıqları. Roma İmperiyası dövründə sərhəd qarnizonunun yerləşdirildiyi yer olmuşdur. Ərazidə aparılan arxeoloji qazıntılar yeraltı tikililərin mövcudluğunu və bunların arasında Mitraizm məbədi olduğunu ortaya çıxardı. Qala 1890-1960-cı illər arasında mülki yaşayış məntəqəsi olaraq istifadə edilmişdir. Ərazi turizm üçün qismən açıqdır. Zerzevan qalası, 4-cü əsrdə Şərqi Roma İmperiyası tərəfindən Diyarbəkir və Mardin arasındakı qədim ticarət yolundakı hərbi baza olaraq inşa edilmişdir. 7-ci əsrə qədər istifadədə idi. Qala Dəmirölçək kəndinin yaxınlığında, 105–124 metr (344–407 ft) hündürlüyündə təpə üzərində, Diyarbəkirdən təxminən 45 kilometr (28 mil) məsafədə yerləşir. Qala təxminən 5.7 hektar ərazini əhatə edir. Həm yerüstü, həm də yeraltı quruluşa malikdir.
Mərzban ibn Məhəmməd (Salari)
Mərzban ibn Məhəmməd (v. 957) — Salarilər sülaləsindən ikinci Azərbaycan hökmdarı. Tarımda doğulmuşdu. Məhəmməd ibn Müsafirin oğludur. 941-ci ildə, qardaşı Vəhsudan ilə birləşərək atası Məhəmməd ibn Müsafiri devirmişdir. Bu vaxt Deysəm ibn İbrahimin vəziri Əbül Qasim Cəfər Məhəmmədə yaxınlaşaraq onu Ərdəbilə dəvət etdi. Mərzban bundan istifadə edərək Azərbaycana hərəkət etdi. Deysəmin deyləmi ordusu həlledici döyüşdə Mərzbanın tərəfinə keçdi və Təbriz, Ərdəbil kimi şəhərlər asanlıqla tutuldu. Əbül Qasim Cəfər isə Mərzbanın vəziri təyin olundu. Cəfər daha sonra Mərzbana xəyanət edib Deysəmi taxta geri qaytarmaq istəsə də ələ keçirildi və bağışlandı.
Treban (Alye)
Treban (fr. Treban) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Le-Monte kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03287. 2008-ci ildə əhalinin sayı 396 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 247 nəfər (15-64 yaş arasında) arasında 186 nəfər iqtisadi cəhətdən fəal, 61 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 75,3%, 1999-cu ildə bu göstərici 71.2%). Fəal 186 nəfərdən 166 nəfəri (92 kişi və 74 qadın), 20 nəfər işsiz (11 kişi və 9 qadın) idi. 61 hərəkətsiz 16 nəfər arasında şagird və ya tələbə, 22 nəfər təqaüdçü, 23 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.