Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Daşlaşma
Daşlaşma — kövrək çöküntülərin bərk süxurlara çevrilmə prosesi. == Haqqında == Daşlaşma çöküntünün müxtəlif dəyişilmə mərhələlərində baş verə bilər. Duzlardan, karbonatlardan, silisium oksidindən və başqa təşkil olunmuş çöküntülərdə daşlaşma prosesi sedimentasion mərhələdə də başlaya bilər. Qırıntılı və gilli çöküntülərdə daşlaşma adətən daha gec, diagenezin son mərhələlərində və katagenezdə artan təzyiq və temperaturun təsiri altında başlanır. Daha nadir hallarda bəzi qırıntılı süxurlarda (qumlar, qravelitlər) hipergen daşlaşma mərhələsi qırıntılı hissəcikləri sementləşdirən birləşmələrlə zən­gin olan qrunt sularının təsiri altında gedir. Daşlaşma artıq suların kənar edilməsi, kolloidlərin və kimyəvi, həm də biokimyəvi yolla çökmüş maddələrin krislallaşması və formalaşan süxur sementinin və çöküntülərin komponentlərinin mineral tərkibinin dəyişməsi ilə müşayiət olunur. Kövrək çöküntülərin süxura keçməsi həmişə onların sıxlaşması ilə bağlı olur. Daşlaşma heyvan və bitkilərin gö­mülmüş qalıqlarında üzvi maddələrin mineral maddələrlə əvəz olunma prosesi nəticədə həmin qalıqlar vaxt keçdikcə daşlaşmış qalıqlara çevrilirlər. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Yadlaşma (fəlsəfə)
Yadlaşma anlayışı- Marksın nəzəriyyəsinin xüsusilə başlanğıc mərhələsində bariz bir prioritetə və əhəmiyyətə malikdir. Marksın ilkin yazılarında bu prioriteti və yadlaşma anlayışının müxtəlif məzmunlarda görmək olar. 1844-cü il Əlyazmalarını və Alman İdeologiyasını bu nöqtədə xatırlanmağa dəyər. İki cür yadlaşmadan danışmaq olar, Marksın bu çalışmalarında. Bunlardan birincisi təbiətdən qopma mənasındakı yadlaşma: insan, təbiətdən qoparaq mədəni-ictimai sahədə özünə ikinci bir təbiət qurmaq mənasında, təbiətə yadlaşır. Bu insan olması açıqlayan keyfiyyətinə müsbət qarşılanan yadlaşmadır, müəyyən bir müddət olaraq başa düşülür. İkinci yadlaşma isə, şəxsən kapitalist bazarın və kapitalist ictimai sistemin yaratdığı yadlaşmadır. Bunun nəticəsi kimi insan öz təbiətinə yadlaşır. Beləliklə insan özünə, öz əməyinə, münasibətlərinə, dünyaya və həyata yadlaşır. Kapitalist bazarın bir elementi olaraq işləyən mexanizmlərdən biri halına gəlir.
BMT paylaşma planı
BMT Paylaşma Planı və ya Birləşmiş Millətlər Baş Məclisi 181 nolu Qərarı 29 noyabr 1947-ci il tarixli qərarına uyğunlaşdırılmış bir plan. == Biblioqrafiya == Bregman, Ahron (2002). Israel's Wars: A History Since 1947. London: Routledge. ISBN Arieh L. Avneri (1984). The Claim of Dispossession: Jewish Land Settlement and the Arabs, 1878–1948. Transaction Publishers. ISBN Fischbach, Michael R. (2003). Records of Dispossession: Palestinian Refugee Property and the Arab-Israeli Conflict. Columbia University Press.
Xose Xuan Tablada
Xose Xuan Tablada (isp. José Juan Tablada; 3 aprel 1871[…], Mexiko – 2 avqust 1945, Nyu-York, Nyu-York ştatı) – Meksika şairi və jurnalisti. İspan dilindəki şeirlərinin çoxunu Yaponiya haykularına əsaslanaraq yazmışdır. İnnovativ şeirləri Latın Amerikası ədəbiyyatına təsir göstərmiş, Latın Amerikasında Yaponiya haqqında rəyin formalaşmasına kömək etmişdir. == Həyatı və karyerası == Xose Xuan Tablada ədəbi karyerasına Meksikanın "El Universal" qəzetində başlamışdır. Pyer Loti, Jüdit Qotye və Qonkur qardaşlarının əsərlərini oxuduqdan sonra Yaponiya mədəniyyəti ilə maraqlanmağa başlamışdır. 1900-cü ilin mayında Meksikanın "Revista Modema" jurnalının müxbiri kimi Yaponiyaya səyahət etmiş və bir neçə ay Yokohamanın Çin şəhərciyində yaşamışdır. Bu, onun Yaponiyaya yeganə səyahəti olmuşdur.Meksikaya qayıtdıqdan sonra şərab taciri olmuş, ədəbi fəaliyyətinə fasilə vermişdir. 1911-ci idə başlayan Meksika inqilabından sonra bir neçə ay Parisdə yaşamışdır. Burada Asiya mədəniyyətinə, xüsusilə də, Yaponiya haykularına böyük maraq göstərmiş, ədəbi karyerası yenidən canlanmışdır.
Talassa
Talassa, Falassa, Talatta (q.yun. Θάλασσα q.yun. Θάλασσα Θάλασσα, "dəniz") — qədim yunan mifologiyasınıda personaj, dəniz ilahəsi. Efir və Hemeranın qızı, Pontun həyat yoldaşı. Telxinlərin və Qaliyanın anası . Heykəli Korinfdə yerləşir, gənc Afroditanı əlində saxlamış vəziyyətdədir. . Talassa eyni zamanda Tefiinin epitetidir ; XXII Orfik himni ona həsr edilmişdir. == Maraqlı faktlar == A. Klarkın "Uzaq diyarın nəğmələri" povesti (1956) və romanı (1986)ndakı hadisələrin baş verdiyi okean-planet Talassa adlanır. Fransada Talassa adında (1975 — bu günə qədər) ətraf mühit, idman, insan və tarixi baxımdan dəniz və əlaqəli süjetlər mövzusundakı populyar həftəlik televeriliş yayımlanır. . Neptunun peyki Talassanın şərəfinə(1991) adlandırılmışdır.
Talassa (peyk)
Talassa (yun. Θάλασσα) və ya Neptun IV — Neptunun daxili peyklərindən biri. Bu peykə Yunan mifalogiyasıda dəniz allahı olan Talassanın adı verilib. Talassa eyni zamanda yunanca dəniz deməkdir. Talassa 1989-cu il sentyabrın ortalarında Voyacer 2 zondu tərəfindən çəkilmiş şəkilərdən əvvəl kəşf edilmişdir və müvəqqəti olaraq S/1989 5 adlandırılmışdır.Kəşf 1989-cu il sentyabrın 29-da elan edilmişdir.Adı isə 16 sentyabr 1991-ci ildə verilmişdir.Talassa düzənsiz formalaşır və hər hansı geoloji dəyişikliklərin əlamətinin olmadığını göstərir.Çox güman ki, bu peyk, Neptunun orijinal peyklərinin hissələrinin yenidən biləşərək əmələ gətirdikləri dağıntılardan ibarət bir yığndır.Qeyri-adi nizamsız hissələri təxminən disk formasında görünür. Talassanın radiusu Neptunun sinxron orbital radiusundan aşağıda olduğundan,o nəhəg yavaşlama ilə içəriyə doğru spiralvari dolanır və ola bilsin ki sonda Neptunun atmosferinə təsir göstərsin.Nisbətən daha tez bir vaxta ola bilsin ki,qırıntılar yayaraq Despiranın orbiti ilə toqquşsun.
Talassa (Neptunun peyki)