Xose Xuan Tablada (isp. José Juan Tablada; 3 aprel 1871[1][2][…], Mexiko – 2 avqust 1945[1][3], Nyu-York, Nyu-York ştatı) – Meksika şairi və jurnalisti. İspan dilindəki şeirlərinin çoxunu Yaponiya haykularına əsaslanaraq yazmışdır.[4] İnnovativ şeirləri Latın Amerikası ədəbiyyatına təsir göstərmiş, Latın Amerikasında Yaponiya haqqında rəyin formalaşmasına kömək etmişdir.[4]
Xose Xuan Tablada | |
---|---|
Doğum tarixi | 3 aprel 1871[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 2 avqust 1945[1][3] (74 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | diplomat, şair, yazıçı, jurnalist, tənqidçi |
Vikianbarda əlaqəli mediafayllar |
Xose Xuan Tablada ədəbi karyerasına Meksikanın "El Universal" qəzetində başlamışdır.[4] Pyer Loti, Jüdit Qotye və Qonkur qardaşlarının əsərlərini oxuduqdan sonra Yaponiya mədəniyyəti ilə maraqlanmağa başlamışdır.[4] 1900-cü ilin mayında Meksikanın "Revista Modema" jurnalının müxbiri kimi Yaponiyaya səyahət etmiş və bir neçə ay Yokohamanın Çin şəhərciyində yaşamışdır.[4] Bu, onun Yaponiyaya yeganə səyahəti olmuşdur.[4]
Meksikaya qayıtdıqdan sonra şərab taciri olmuş, ədəbi fəaliyyətinə fasilə vermişdir.[4] 1911-ci idə başlayan Meksika inqilabından sonra bir neçə ay Parisdə yaşamışdır.[4] Burada Asiya mədəniyyətinə, xüsusilə də, Yaponiya haykularına böyük maraq göstərmiş, ədəbi karyerası yenidən canlanmışdır.[4] Meksikaya qayıtdıqdan sonra Yaponiya incəsənəti və rəssamları haqqında bir çox esse, eləcə də, ukiyo-e sənətçisi Hiroşiqe haqqında kitab yazmışdır.[4] 1914-cü ildə siyasi sürgün kimi Nyu-York şəhərinə köçsə də, 1918-ci ildə Meksikanın Kolumbiya və Venesuela səfirliklərinin ikinci katibi təyin olunmuşdur.[4]
Tablada 1919-cu ildə hayku formatında olan qısa şeirlər kolleksiyasını "Un Dia" adı ilə yayımlamışdır.[4] 1900-cü ildə Yaponiyada yaşayarkən yazdığı esseləri də həmin il "En el Pais del Sol" adı altında nəşr etdirmişdir.[4] Çin heroqliflərinin vizual potensialından təsirlənən Tablada bunu 1920-ci ildə yazdığı "Li-po y utros poemas" əsərində ispan dili üçün yoxlamışdır.[4] Həyatının qalan hissəsini Nyu-York şəhərində keçirmiş, Meksika və Yaponiya mədəniyyətlərinin diffuziyası ilə məşğul olmuşdur.[4]