Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tablet
Tablet (ing. Tablet, ing. Tablet computer) — rahatcasına insanla daşına bilən kiçik Kompüterdir və mobil Telefondan böyük olduğu halda onun ləms olunan (touch screen) səhifəsi var. Planşetdə kilidlər yerinə onun hiss olunan səhifəsilə ondan faydalanmaq olur.
Tayler
Taylor — Böyük Britaniyanın və ABŞ soyadı və verilmiş adı.
Talud-tablero
Talud-tablero — Mezoamerika hindularının memarlıq üslubu. Bu üslubla əlaqəli binalar platforma strukturundan (tablero) və yuxarıya doğru əyilmiş bir səthdən və ya üst paneldən (taluddan) ibarətdir. Talud-tablero Mezoamerika dövrünə aid olan piramidaların tikintisində geniş istifadə olunurdu. Çox şəhərlərdə və mədəniyyətlərdə iştirak edib, lakin əsasən mərkəzi Meksikanın Teotiuakan mədəniyyəti ilə əlaqəli memarlıq üslubudur. Talud-tableronun ən erkən nümunələri əvvəllər Tlaskala-Puebla bölgəsində tapılmışdır. Bu üslubun bir çox müxtəlif versiyaları Mezoamerika boyunca paylandı, inkişafı və həyata keçirilməsi isə müxtəlif mədəniyyətlər arasında fərqli şəkildə həyata keçirildi. Bəzi hallarda, məsələn Tikal şəhərində, erkən klassik dövrdə Talud-Tablero arxitekturasının tətbiqi Teotiuakan ilə birbaşa əlaqəni və sakinlər tərəfindən müəyyən bir ərazinin mümkün hökmranlığını və ya fəthini göstərir. Bununla belə, digər şəhərlərdəki əlaqə formaları yaxşı sənədləşdirilməmiş və ehtimal ki, ticarət və mədəni əlaqələrə daxildir. == Ədəbiyyat == Braswell, Geoffrey E. Introduction: Reinterpreting Early Classic Interaction // Geoffrey E. Braswell (ed.) (redaktor). The Maya and Teotihuacan: Reinterpreting Early Classic Interaction.
Tarsius tarsier
Tarsius tarsier (lat. Tarsius tarsier) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin primatlar dəstəsinin uzuntopuqlar fəsiləsinin uzuntopuq cinsinə aid heyvan növü.
Albert Tayler
Albert Tayler (d. 4 yanvar 1872; Hamilton, Birləşmiş Ştatlar - ö. 25 iyul 1945; Kumberland, Birləşmiş Ştatlar) — Birləşmiş Ştatları təmsil edən yüngül atlet. 1896 Afina Olimpiadasında gümüş medal qazanıb. == Həyatı == Albert Tayler 1872-cü ilin 4 yanvar günündə Birləşmiş Ştatların Ohayo ştatının Hamilton şəhərində anadan olub. 1945-ci ilin 25 iyul tarixində isə Men ştatının Kumberland şəhərində ömrünün 73-cü yaşında vəfat edib. === Afina Olimpiadası === Albert Tayler 1896-cı ildə Yunanıstanın Afina şəhərində I Yay Olimpiya Oyunlarına qatıldı. Şüvüllə tullanma yarışlarında mübarizə aparan Tayler 3.30 metr nəticəyə imza atdı və I Yay Olimpiya Oyunlarının gümüş medalını qazandı.
Bonni Tayler
Bonnie Tayler (8 iyun 1951) — Uelsli müğənni. Yaradıcılığının ən aktiv dövrü XX əsrin 70–80-ci illəri olub. Bonnie Tyler 2013 Avroviziya Mahnı Müsabiqəsində Böyük Britaniyanı "Believe In Me" mahnısı ilə təmsil etmiş və Böyük Britaniyaya 19-cu yeri qazandırmışdır.
Con Tayler
Con Tayler (ing. John Tyler; 29 mart 1790, Çarlz siti, Virciniya, ABŞ - 18 yanvar 1862, Riçmond, Virciniya, ABŞ) — Amerika Birləşmiş Ştatlarının 10-cu prezidenti (1841-1845) və 10-cu vitse-prezidenti (4 mart-4 aprel 1841). Con Tayler seçim yolu ilə deyil, vitse-prezident kimi, özündən əvvəlki prezident Vilyam Henri Harrisonun vəfat etməsindən sonra hakimiyyətə gəlmiş ilk ABŞ prezidentidir. Viqlər partiyasının nümayəndəsi olmasına baxmayaraq, hakimiyyəti dövründə demokratların mövqeyini dəstəkləmiş və hakimiyyətinin sonunadək Konqreslə gərgin münasibətlərdə olmuşdur. Tayler 1841-1845-ci illərdə prezident olmuşdur. 1861-ci ildə ABŞ-də cənub ştatlarının şimaldan ayrılmasına çağırışla bağlı Vətəndaş müharibəsi başlamışdır. Cənublular Taylerin də iştirak etdiyi (o, həmin vaxt Nümayəndələr Palatası Konfederasiyasının üzvü olmuşdur) konfederasiya yaratmışlar. Nəticədə cənubluların digər liderləri ilə yanaşı ona şimallılar tərəfindən dövləti cinayətdə ittiham elan edilmişdir. Tayler 1862-ci ildə (müharibə üç il sonra başa çatmışdır) vəfat etmişdir. == Erkən həyatı == İngilis əsilli əcdadları 200 əvvəl Virciniyada məskunlaşmış Con Tayler 1790-cı il martın 29-da Vilyamsburqda anadan olub.
Culiya Tayler
Culiya Tayler (ing. Julia Gardiner Tyler; 4 may 1820[…], Lonq-Aylend[d], Nyu-York ştatı – 10 iyul 1889[…], Riçmond) — ABŞ siyasətçisi, 10-cu Prezidenti Con Taylerin həyat yoldaşı. Doğum tarixi dəqiq məlum deyil (4 may və ya 29 aprel).
Qrafik tablet
Qrafik planşet - (ing.graphics tablet, ru.графический планшет) – plastikdən hazırlanmış və səthinin altında elektron içlik olan yastı düzbucaqlı; koordinat qurğusu (məsələn, siçan, trekbol və s.) ilə birlikdə mühəndis və konstruksiya işlərinin yerinə yetirilməsində, eləcə də şəkillərin yaradılması və onlarla işləmək üçün istifadə edilir. Koordinat qurğusunu planşetin səthi üzərində hərəkət etdirdikdə qurğunun yeri (mövqeyi) sistem tərəfindən izlənir və ekranda göstəricinin mövqeyinə çevrilir. Qrafik planşetlə işləmək üçün, adətən, qələmdən (STYLUS) istifadə olunur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Tayler Hamilton
Tayler Li Hamilton (5 yanvar 1999-cu ildə anadan olub) — Çempionşip təmsilçələrindən olan Hall Siti klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar İngiltərə futbolçusudur. == Klub karyerası == === Hall Siti === Barkvort səkkiz yaşı olarkən Hall Siti klubuna qəbul olunmuş və 2016-cı ilin iyul ayında klub ilə müqavilə imzalamışdır. O, öz peşəkar karyerasında debütünü 22 avqust 2017-ci ildə İngiltərə Liqa Kubokunda Donkaster Rovers klubuna qarşı oyunda etmişdir. Həmin görüşdə Hall Siti rəqibinə 0-2 hesabı ilə məğlub olmuşdur.
Uot Tayler
Vot Tayler(ing. Walter "Wat" Tyler; 4 yanvar 1341 — 15 iyun 1381) — 1381-ci ildə orta əsr İngiltərəsində baş verən böyük kəndli üsyanının başçısı. == Həyatı == Vot Tayler 4 yanvar 1341-ci ildə Kent qraflığında anadan olmuşdu. Dəmirçi idi. Onun gənclik həyatı «Life and Adventures of Wat Tyler, the Brave and Good» (1851) kitabın müəllifi tərəfindən əks olunub. Vot Tayler 15 iyun 1381-ci ildə öldürüldü. == 1381-ci il üsyanın başlanması == XIV əsrin sonlarında Qərbi Avropa ölkələrini taun xəstəliyi bürüdü. Xalq bunu «qara ölüm» xəstəliyi adlandırırdı. Əhalinin üçdə biri qırıldı. Parlament yoxsulları az miqdarda əmək haqqı ilə işləməyə məcbur edirdi, boyun qaçıranlara ağır cəza verilirdi.
Vot Tayler

Leksi Tayler
Leksi Tayler — amerikalı pornoaktyor və model. İlk böyüklər filmini 2003-cü ildə "Real XXX Letters 3" filmi ilə çəkib. Tayler italyan/ispan əsillidir. O, gənc yaşlarında diqqətləri üzərinə çəkib və 2008-ci ildə "Porno Oskarları" olaraq xarakterizə edilən AVN Mükafatlarında iki mükafat qazanmağı bacarıb.
Tayler Parkford
Tayler Parkford (ing. Tyler Parkford; 1 mart 1985, Lonq-Biç, Kaliforniya) — amerikalı musiqiçi. Los-Ancelesdə qurulmuş Mini Mansions qrupunun vokalisti və klaviatura ifaçısıdır. O, həmçinin launj pop dueti Mister Goodnite-ın üzvüdür. Parkford Arctic Monkeys və The Last Shadow Puppets qrupunun konsertlərində çıxış edir. == Həyatı == Parkford Kaliforniyanın Lonq-Biç şəhərində böyüyüb. Uşaq ikən klassik fortepiano təhsili alıb və sonra gitara çalmağı öyrənib. Santa Cruz, Kaliforniya Universitetində kino məktəbində daxil olub. Məhz orada gələcək qrup yoldaşı Zak Daues ilə tanış olmuşdur. Üçlük 2009-cu ildə Queens of the Stone Age qrupunun basçısı Maykl Şumen ilə birlikdə Mini Mansions qrupunu yaratmışdır.
Light Table
Light Table Node.js istifadə edərək ClojureScript-də yazılmış yüngül inteqrasiya olunmuş inkişaf mühiti (daha doğrusu, bu sistem xrom ilə birləşdirilmiş node-webkit və 0.8 versiyasıdır).Kriş Qranger və Robert Attori tərəfindən dizyn edilib. == Haqqında == Proqram hazırda Clojure, ClojureScript, JavaScript və Python inkişafını, həmçinin HTML və CSS-i dəstəkləyir. Bütün bu dillər üçün REPL təmin edilmişdir, mühit ifadələri dərhal qiymətləndirməyə və real vaxt rejimində kodda edilən dəyişikliklərin nəticələrini görməyə imkan verir. Yeni proqramlaşdırma mühitinin fərqli cəhətləri interfeysin sadəliyi və cavabdehliyi ilə birləşməsidir. Beləliklə, hesablamaların nəticəsini dərhal göstərməkdən əlavə, sənəd üzərində başqa sənədi seçmək vəya dəyişdirmək olur. Əlavə proqramlaşdırma dilləri üçün isə dəstək plaginləri lazımdır.
Riçard Taler
Richard H. Thaler (/ˈθeɪlər/ ; 12 sentyabr 1945) – Amerikalı iqtisadiyyatçıdır. 2017-ci ildə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülüb.
Letisiya Kristian Tayler
Letisiya Kristian Tayler (ing. Letitia Christian Tyler; 12 noyabr 1790 – 10 sentyabr 1842, Ağ Ev) — ABŞ siyasətçisi, 10-cu Prezidenti Con Taylerin həyat yoldaşı.
Uot Tayler üsyanı
Uot Tayler üsyanı — İngiltərədə 1381-ci ildə Uot Taylerin başçılığı ilə baş vermiş böyük üsyan. == Üsyanın səbəbləri == Şəhərlərin artması nəticəsində, fransız feodalları kimi, ingilis feodalları da öz mülklərindən daha çox gəlir götürməyə çalışırdılar. XIV əsrin sonlarında Qərbi Avropa ölkələrini taun xəstəliyi bürüdü. Xalq bunu «qara ölüm» xəstəliyi adlandırırdı. Əhalinin üçdə biri qırıldı. Parlament yoxsulları az miqdarda əmək haqqı ilə işləməyə məcbur edirdi, boyun qaçıranlara ağır cəza verilirdi. Xalq təbliğatçıları meydana gəldi. Təbliğatçı Con Boll hamının bərabər olması ideyasını irəli sürdü və buna görə həbs olundu.
Babilər
Babilik — Seyyid Əli Məhəmməd Babın (1819-1850) adı ilə bağlı dini təlimdir. O, 1844-cü ildə Bab (Ərəbcədən tərcümədə "qapı") ləqəbini götürmüş, özünü Allahın Vəd etdiyi Mehdi olduğunu bəyan etmiş, 18 müridindən biri olan Qüdslə Məkkəyə yollanaraq zülhiccə ayında Kəbə evinin yanında öz Missiyasını elan etmiş, Vəd Olunmuş Qaim, Mehdi olduğunu bəyan etmişdir. Burdan Kufə şəhərinə gedərək orada da öz dəvətini elan etmişdir. Babın təlimi fanatizmə, ali ruhanilərin özbaşnalığına qarşı yönəlmiş və İran cəmiyyətinin orta və aşağı təbəqələrində özünə çoxlu tərəfdar tapmışdı. Bab daim özündən sonra zühur edəcək olan "Allahın zahir edəcəyi Kəs" haqqında danışmış, bütün yazılarında onu mədh etmişdir. Bab şiə müctəhidlərinin bir qismi tərəfindən kafir kimi pislənmiş, bir qismi tərəfindən isə qəbul olunmuşdur. O, elə bir cəmiyyət haqqında danışırdı ki, orada nə əxlaqsız din xadimləri, nə də ədalətsiz siyasət adamları olsun. == Haqqında == Gündən günə artan nüfuzu və ardıcıllarının İranı bürüməsinə görə şah hökuməti onu həbs etdi və Maku zindanına saldı. Burada "Bəyan" adlı kitabını nazil etdi. İlahi Missiyasını insanlara tədricən açan Bab daha sonra özünü Nöqteyi-Övla adlandırır ki, bu Məhəmməd peyğəmbərlə eyni məqama sahib olmağa bərabər sayılırdı.
Babilər hərəkatı