Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tayaotu
Tayaotu (lat. Crepis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Laləyarpaq tayaotu
Sibir tayaotu
Sibir tayaotu (lat. Crepis sibirica) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin tayaotu cinsinə aid bitki növü. Hapalostephium sibiricum (L.) D.Don Hieraciodes sibirica (L.) Kuntze Hieracium sibiricum (L.) Lam. Lepicaune sibirica (L.) K.Koch Soyeria sibirica (L.) Monnier Crepis ruprechtii Boiss. Hieraciodes ruprechtii Kuntze Hieracium macrophyllum Vuk. Sonchus caucasicus Biehler Sonchus flexuosus Ledeb.
Dalaqotu
Dalaqotu (lat. Chrysosplenium) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin daşdələnkimilər fəsiləsinə aid bitki cinsi. === Növləri === Cinsə 57 növ daxildir. Bunlardan bəziləri aşağıdakılardır: ==== Azərbaycanın dərman bitkiləri ==== Chrysosplenium nudicaule Bge. — Çılpaqgövdə dalaqotu ==== Digər növləri ==== Chrysosplenium alpinum — Alp dalaqotu Chrysosplenium alternifolium L. — Adi dalaqotu Chrysosplenium americanum Schwein. ex Hook. — Amerika dalaqotu Chrysosplenium dubium J.Gay Chrysosplenium flagelliferum F.Schmidt — Bığcıqlı dalaqotu Chrysosplenium glechomifolium Nutt. Chrysosplenium iowense Rydb. Chrysosplenium oppositifolium L. typus Chrysosplenium pilosum Maxim. — Tükcüklü dalaqotu Chrysosplenium ramosum Maxim.
Mayaotu
Mayaotu (lat. Humulus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin çətənəkimilər fəsiləsinə aid bitki cinsi.
Qayaotu
Qayaotu, divarotu (lat. Parietaria) – gicitkənkimilər fəsiləsinə aid bitki cinsi. Qayaotu:The Plant List saytında takson barədə məlumat.
Dərman qayaotu
Dərman qayaotu (lat. Parietaria officinalis) - gicitkənkimilər fəsiləsinin qayaotu cinsinə aid bitki növü.
Oduncaqlı qayaotu
Çin dalaqotu
Çin dalaqotu (lat. Chrysosplenium sinicum) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin daşdələnkimilər fəsiləsinin dalaqotu cinsinə aid bitki növü.
Çılpaqgövdə dalaqotu
Çılpaqgövdə dalaqotu (lat. Chrysosplenium nudicaule) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin daşdələnkimilər fəsiləsinin dalaqotu cinsinə aid bitki növü.
Adi mayaotu
Adi mayaotu (lat. Humulus lupulus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin çətənəkimilər fəsiləsinin mayaotu cinsinə aid bitki növü. Çoxillik sarmaşan bitkidir. Gövdəsi sarmaşan, nadir hallarda səriləndir, dördtillidir, sivri kələkötür və uzunluğu 3-6 m-dir. == Botaniki xarakteristikası == Çoxillik, ikievli, lian olub, uzunluğu 3-6 m-dir. Gövdəsi boş oduncaqlı, altıüzlü, içiboş, kələ-kötür olub, qarmaqlıdır. Yarpaqları bütövkənarlı və ya üç-beş kürəkli, əsasından ürəkşəkilli dərin oyuqlu, qarşı-qarşıya dayanan, metal parıltılı, itiuclu, kənarları dişcikli və uzun saplaqlıdır. Bircinsiyyətli çiçəkləri zirvədə dikinə istiqamətdə yerləşir. Beşüzvlü çiçək yatağı sarımtıl-yaşıl rəngli olub, süpürgə çiçək qrupunda toplanan, dişicikləri şişkin uzunsov-ellipsşəkilli, açıq-yaşıl, nisbətən əyilmiş olmaqla sırğaşəkillidir. Pulcuqlu, şişkinlikli olub, daxili tərəfində kiçik vəzicikləri vardır.
Talaat Sadat
Talaat Sadat (ərəb. طلعت عصمت السادات‎; 26 fevral 1954 – 20 noyabr 2011, Qahirə) — Misir siyasətçisi, vəkil və keçmiş siyasi məhbus. Misirin keçmiş prezidenti Ənvər Sadatın qardaşı oğlu idi. Talaat, bir reportajda əmisinin 1981-ci ildə qətlini Misir Silahlı Qüvvələri ilə əlaqələndirdi, bundan sonra o, 4 oktyabr 2006-cı ildə tutuldu. Hərbi qüvvələri tərəfindən aparılan məhkəmə Misir silahlı qüvvələrinə böhtan atmaq ittihamı ilə sona çatdı və nəticədə bir il həbs cəzasına məhkum edildi. Onun həbsi və məhkumluğu ABŞ Dövlət Departamenti tərəfindən tənqid edildi. 2011-ci il Misir inqilabından sonra Misir siyasi həyatını pozduğu üçün Milli Demokrat Partiyasının ləğv edilməsini tələb edən nümayişlərdə iştirak etsə də, Misirin keçmiş prezidenti Hüsnü Mübarəkin partiyadan istefası ardından partiyanın yeni sədri seçildi. Bununla birlikdə, 16 aprel 2011-ci ildə MDP məhkəmələr tərəfindən ləğv edildi və aktivləri hökumətə təhvil verildi. Sonra ölümündən bir müddət əvvəl Misir Milli Partiyasının yaradılmasında işlərə başladı.
Hamada Talat
Hamada Talat (1 mart 1981) — Misirli atıcı. Hamada Talat Misiri 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Hamada Talat birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 10 m məsafəyə pnevmatik tapança yarışında iştirak etdi. Ümumilikdə 618.2 xal toplayaraq 39-cu yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Talat Bulut
Talat Bulut (d. 23 mart 1956, Sarıqamış, Kars) —Türkiyə kino, teatr və serial aktyoru.
Talat Tunçalp
Talat Tunçalp (1 oktyabr 1915 — 2 yanvar 2017) — Türkiyəli keçmiş peşəkar velosiped yarışçısı. Tunçalp 1910-cu illərin ortalarında Türkiyənin İstanbul şəhərində anadan olmuşdur. Lakin bəzi mənbələrdə onun doğum ili fərqli olaraq, 1915, 1917 və 1919 kimi qeyd olunur. O, bir müddətdən sonra velosiped aldı və 1932-ci ildə özünün ilk sprint yarışlarında qələbə qazandı. 1933-cü ildən 1949-cu ilə qədər Tunçalp 16 dəfə yol yürüşü yarışlarında və 15 dəfə sprint yarışlarında Türkiyə Milli Çempionu olmuşdur. O, Berlində keçirilən 1936 Yay Olimpiya Oyunlarında iştirak etmişdir. O, fərdi yol yürüşü yarışında səkkizinci yeri tutdu. Komanda yarışında onun komandası medallar uğrunda mübarizə apara bilmədi. Tunçalp 1948 Yay Olimpiya Oyunlarında da iştirak etmişdir. Lakin fərdi yol yürüşü yarışını sona qədər başa vura bilmədi.
Qalatu Bəni Həmmad
Qalatu Bəni Həmmad (ərəb. قلعة بني حماد‎) — Əlcəzairdə qədim qala-şəhər. Qısaca əl-Qala vəya Qalatü Həmmad da deyilir. Əlcəzayirdə Burcbu-Arriric şəhəri qatar stansiyasının 31 km. cənubunda və Məsilənin şimal-şərqində Cəbəlümaadidin (Takərbüst) cənub yamacında qurulmuşdur. Bura Qalatü Əbu Tavil adıyla da anılır. Bəzi duvar qalıntıları ilə qazıntılarda əldə edilən bir taban mozaikasından qədimdən burada bir Roma qalasının olduğu anlaşılır. İbazıyyənin Nükkar qoluna mənsub olan Xarici rəisi Əbu Yəzid ən-Nükkari (Sahibül-hımar), Fatımi xəlifəsi Mansur-Billah və orduları tərəfindən bu bölgədə məğlub edilmiş və savaşda aldığı yaralar sonucu qısa bir müddət sonra ölmüşdür (947). Ziri Sultanı Badis b. Muiz dönəmində Zənatəlilər qarşısındakı uğurlarıyla ün qazanan və Zab ilə Məsiləyi içinə alan bölgənin valiliyinə gətirilən əmisi Həmmad əl-Bərbəri yeni bir idarə mərkəzi qurma xüsusunda Badistən izin aldı.