Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Taxtalı məscid
Taxtalı məscid (rus. Тахталы-Джами, ukr. Тахтали Джамі, krımtat. Tahtalı Cami, türk. Tahtalı Cami) — Ukraynada, Krımın Bağçasaray şəhərində XVIII əsrə aid məscid. 1707-ci ildə I Səlim Girayın qızı Bəyxan Sultanxani tərəfindən tikilmişdir. İsmayıl Qaspıralı küçəsində yerləşir. Məscidin memarlığında şəhərin köhnə üslubu dominantdır. Bu üslubu köhnə Bağçasarayın demək olar ki, hər yerindən görmək olar. Məscid taxta lövhələrdən tikilmişdir, sonra divarları çəkərkən daş bloklarla örtülmüşdür.
Taxtalar
Taxtalar — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati-ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 2 aprel 2010-cu il tarixli, 982-IIIQ saylı Qərarı ilə Dəvəçi rayonunun Taxtalar kəndi Düz Bilici kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Taxtalar kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. Kənd 19 iyul 2013-cü ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin iştirakı ilə açılışı olmuş Şabran-Pirəbədil-Zeyvə avtomobil yolunun üstündədir. Kəndin əhalisi 532 nəfər təşkil edir.
Axalıq
Axalıq Tiflis quberniyasının Borçalı qəzasında kənd adı. == Toponimkası == Tiflis əyalətinin Pətək nahiyəsində iki kənd Axalıq adlanıb. Kənddə XIX əsrin ikinci yarısında Türkiyədən gəlmə ermənilər və yunanlar yaşayırdı.Birincisi,kəndin adı ərəb dilində əxi (Sufi-dərviş cəmiyyətləri üzvlərinin bir birinə verdyi ad,ərəbcə əxi "qardaş" sözündən) və Azərbaycan dilində - lik şəkilçisindən ibarətdir.Orta əsrlərdə Səfəvi şahları Ermənistanda,Azərbaycanda və qismən Gürcüstanda əxilərə torpaq (əkin) sahələri (zəraətlər) və məntəqələrin adlarının əvvəli "əxi" sözündən ibarət olurdu.Sonralar bu toponimlərdə əxi sözü təhrifə uğrayaraq çox hallarda "ağa" formasına düşmüşdür.Axalıq "əxiyə" mənsub yer,məntəqə mənasındadır.İkincisi,toponim ərəb mənbələrində Dəclə çayının sahilində qeyd olunmuş Axul əyalətindən gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmış məntəqənin adıdır,"Axul" adı gətirilmədir.Belə halda Axalıq "Axulluq","Axuldan gəlmə" mənasındadır.
Axtalı
Axtalı - Yelizavetpol quberniyasının Zəngəzur qəzasında kənd adı. == Tarixi == Axtalı - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Qafan rayonunda) kənd adı. 1828-1832-ci illərdə kənddə xaricdən gəlmə ermənilər də oturmuşdular. 1918-ci ildə kəndin azərbaycanlı əhalisi qovulmuşdur. 1940-cı ildə kənd ermənicə Dzorastan adlandırılmış.
Taxtalar bələdiyyəsi
Şabran bələdiyyələri — Şabran rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Taxtaçı türkmənlər
Taxtaçı türkmənlər "Ağac əri" türkmənlərinin nəslindəndir. Taxta işləriylə məşğul olduqları üçün belə adlanırlar. Taxtaçılar Oğuz türklərindəndir. Alp Arslandan əvvəl Anadoluya gəlmiş və burada məskunlaşmışlar. Daha əvvəllər yaşadıqları yerlər Türküstan, Xorasan və Azərbaycandır. Taxtaçılar indi də özlərinə türkmən deyirlər. Onların xalq yaradıcılığı başqa oğuz xalqlarının ənənəvi şer biçimlərindədir.
Şaxtalı (Marağa)
Şaxtalı (fars. شخته لو‎‎‎‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 40 nəfər yaşayır (6 ailə).
Böyük şahmat taxtası
“Böyük şahmat taxtası: Amerikanın hökmranlığı və onun geostrateji imperativləri” (ing. The Grand Chessboard: American Primacy and Its Geostrategic Imperatives) — Zbiqnev Bzezinskinin 1997-ci ildə yazdığı ən məşhur kitabı. == Məzmunu == Kitab ABŞ-ın geosiyasi gücü və bu gücün XXI əsrdə həyata keçirilə biləcəyi strategiyaları əks etdirir. Bjezinski əsas diqqətini ABŞ-ın Avrasiya ilə bağlı geosiyasi strategiyasına yönəldir. Bjezinski hesab edir ki, Avrasiya qitəsində üstünlük faktiki olaraq bütün dünyada üstünlük deməkdir və ABŞ-ın ən mühüm strateji məqsədi Mərkəzi Asiya və postsovet məkanında (ilk növbədə, məkanda ən böyük sahəni tutan Rusiyada) öz təsirini genişləndirməkdir. Bjezinski həmçinin ABŞ-ın beynəlxalq maliyyə institutlarında (BVF, Dünya Bankı) dominantlığını qeyd edir:54 . Müəllif Rusiyadan geosiyasi revanş alınmasının zəruriliyindən danışır, lakin qeyd edir ki, indi bu, ABŞ-ın xarici siyasətinin əsas istiqaməti deyil. Müəllif Rusiyanı “qara dəlik” adlandırır və o zamankı elitanın müqavimət göstərə bilməməsi və suveren siyasət yeritməni nəzərdə tutur. Gələcək qüvvələrin bölgüsündən danışaraq, o , Ukraynanı Rusiya İmperiyasının sonuncu dayağı hesab edir. Müəllifin fikrincə, yalnız Ukraynanın Rusiya Federasiyasından qəti şəkildə uzaqlaşması və orada qərbyönlü siyasi elitanın yaradılması ABŞ-a imkan verəcəkdir ki, yeganə “dünya” imperiyası dövlətini qoruyub möhkəmləndirsin, çünki Bjezinskinin hesab etdiyi kimi, Ukraynasız Rusiya Avrasiya imperiyası ola bilməyəcək:85 .
Kolumbit-tantalit
Kolumbit-tantalit — minerallar, kolumbit (Fe, Mn)Nb2O6 - tantalit (Fe, Mn)Ta2O6 izomorf sırası. Rombik. Habitus prizmatik və ya lövhəvari. Ayrılması {010} üzrə orta, {100} üzrə qeyri-mü­kəm­məl. Rəngi dəmiri-qaradan qonuru-qara­yadək, manqanlı növləri daha açıq rənglidir. Sərtliyi 6-6,5. Xüsusi çəkisi 5,2-7,9 (tantalitə doğru artır). Peqmatitlərdə. Ta və Nb filizi. Sinonim: Niobit-tantalitlər.