TOXTAQLIQ

is. Toxtaq olma; arxayınlıq, xatircəmlik, rahatlıq, səbir, dözüm.
Toxtaqlıq, təskinlik bədbəxt hadisəni geri qaytarmır. Ə.Vəliyev.

□ Toxtaqlıq vermək – bax toxtatmaq.
Haya gələn ağsaqqal, qarasaqqal Rüstəmə toxtaqlıq verməyə başladı. S.Rəhimov.
Sərvinaz qarı kişinin fikrini başa düşmüş, ona toxtaqlıq vermişdi. B.Bayramov.

Синонимы

  • TOXTAQLIQ təskinlik — sakitlik — xatircəmlik — rahatlıq — arxayınlıq
TOXTAQLANMAQ
TOXTAMA

Значение слова в других словарях