Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Takeşi
Takeşi — ad.
Taybey
Taypey (/ˌtaɪˈpeɪ/), rəsmi olaraq Taypey Şəhəri, Tayvanın paytaxtı və xüsusi bir bələdiyyəsidir. Tayvanın şimalında yerləşən Taypey Şəhəri, şimal liman şəhəri Kiilunq'dan təxminən 25 km (16 mil) cənub-qərbdə yerləşən Yeni Taypey Şəhər bələdiyyəsinin bir anklavıdır. Şəhərin çoxu qədim göl yatağı olan Taypey hövzəsindədir. Hövzə, şəhərin qərb sərhədi boyunca Tamsui çayını meydana gətirən Kiilunq və Xindian çaylarının nisbətən dar vadiləri ilə həmsərhəddir. Taypey, Tayvanın siyasi, iqtisadi, təhsil və mədəniyyət mərkəzidir və Şərqi Asiyanın ən böyük mərkəzlərindən biridir. Qlobal bir şəhər olaraq qəbul edilən və GaWC tərəfindən Alfa-Şəhər olaraq qiymətləndirilən Taypey, yüksək texnologiyalı əsas sənaye sahəsinin bir hissəsidir. Dəmiryolları, magistral yollar, hava limanları və avtobus xətləri Taypey'i adanın hər tərəfi ilə birləşdirir. Şəhərə iki hava limanı — Sonqşan və Taoyuan xidmət göstərir. Taypey, Taybey 101, Çan Kay Şi Memorial Zalı, Dalonqdonq Baoan Məbədi, Hsinq Tian Konq, Manka Lunqşan Məbədi, İmperator Saray Muzeyi, Prezident Ofisi Binası, Taipei Qonaq Evi, Ximendinq və bir neçə gecə bazarı şəhərin hər tərəfinə səpələnmişlər. Maokonq, Yanqminqçşan və isti bulaqlar kimi təbii xüsusiyyətlər də beynəlxalq ziyarətçilər tərəfindən yaxşı tanınır.
Taymer
Taymer (timer) – akustik sistemi idarə etmək, tarix və zamanı izləmək və başqa işlərlərdə gərəkli olan zaman intervallarını ölçmək üçün istifadə olunan hesablama sistemində: registr (yüksəksürətli yaddasaxlama sxemi), xüsusi sxem (kristal), yaxud sistem proqramı. Taymerin impulsları sinxronlaşmanın sistem tezliyi əsasında alına bilərsə də, o, sistem saatı deyil. Sistemlərin çoxunda kəsilmə taymerləri olur ki, onlar cari proqramın icrasını dayandırır və idarəetməni əməliyyat sisteminə verir Taymerlər == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Tayşet
Tayşet (rus. Тайшет) — Rusiya Federasiyasında yerləşən şəhər, İrkutsk vilayətinə daxildir.
Türkeş
Türkeş (əvvəlki adı: Tirkeş) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Sələsüz kənd inzibati ərazi dairəsi tərkibindəki Tirkeş kəndi Türkeş kəndi adlandırılmışdır. == Tarixi == == Əhalisi == Əhalisi 403 nəfərdir. == Toponimikası == VII-VIII əsrlərdə Qərbi türk xanlığına daxil olan bir tayfa Qurqəş (Tirqəş) adlanırdı. VIII əsrin sonlarında bu tayfa türk xanlığına son qoymuş və bir müddət öz xaqanlığını yaratmışdır. Sonrakı əsrlərdə siyasi hadisələrlə əlaqədar olaraq müxtəlif ərazilərə köçmüşlər. Tatarların və başqırdların içərisində tirkoş adlı tayfalar vardır. Dağlıq Altayda bir türkdilli etnoqrafik qrup indi də Tirkoş adlanır. Ehtimal ki, tirkəşlər monqolların tərkibində Azərbaycana gəlmişlər. Tirkəşəvənd (Kəlbəcər rayonu) və Tərkəş (Oğuz rayonu) kənd adları ilə mənşəcə eynidir.
Tərkeş
Tərkeş — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Rayon mərkəzindən 30 km cənub-şərqdə, Tikanlıçayın sağında, Oğuz-Qəbələ avtomobil yolunun sağında yerləşir. Sincan İnzibati Ərazi Dairəsinə daxildir. Tərkeş Oğuzda ən qədim yaşayış məskənlərindən biridir. Kəndin ərazisində respublika əhəmiyyətli arxeoloji və memarlıq abidələrindən Qədim Qəbiristanlıq (son orta əsrlər), Böyük Qala, Kiçik Qala (antik dövr), Tikanlı qoruq yaşayış yeri (III–VIII əsrlər) var. "Tərkeş" – etnotoponimdir. Göytürklərin bir qolu olan türkeş tayfasının adını əks etdirir. Bu tayfa haqqında "Türkün qızıl kitabı"nda geniş məlumat verilir. "Türk" – "hərəkətedənod"dur. Uruk-turuk (nəsil-kök), ətrak, tukyu, Terek (çay), tərk, struktur, strategiya, elektrik kimi sözlərin məzmunu da odla, hərəkətlə, həyata qovuşmaqla bağlıdır.
Tayler
Taylor — Böyük Britaniyanın və ABŞ soyadı və verilmiş adı.
Taypey
Taypey (/ˌtaɪˈpeɪ/), rəsmi olaraq Taypey Şəhəri, Tayvanın paytaxtı və xüsusi bir bələdiyyəsidir. Tayvanın şimalında yerləşən Taypey Şəhəri, şimal liman şəhəri Kiilunq'dan təxminən 25 km (16 mil) cənub-qərbdə yerləşən Yeni Taypey Şəhər bələdiyyəsinin bir anklavıdır. Şəhərin çoxu qədim göl yatağı olan Taypey hövzəsindədir. Hövzə, şəhərin qərb sərhədi boyunca Tamsui çayını meydana gətirən Kiilunq və Xindian çaylarının nisbətən dar vadiləri ilə həmsərhəddir. Taypey, Tayvanın siyasi, iqtisadi, təhsil və mədəniyyət mərkəzidir və Şərqi Asiyanın ən böyük mərkəzlərindən biridir. Qlobal bir şəhər olaraq qəbul edilən və GaWC tərəfindən Alfa-Şəhər olaraq qiymətləndirilən Taypey, yüksək texnologiyalı əsas sənaye sahəsinin bir hissəsidir. Dəmiryolları, magistral yollar, hava limanları və avtobus xətləri Taypey'i adanın hər tərəfi ilə birləşdirir. Şəhərə iki hava limanı — Sonqşan və Taoyuan xidmət göstərir. Taypey, Taybey 101, Çan Kay Şi Memorial Zalı, Dalonqdonq Baoan Məbədi, Hsinq Tian Konq, Manka Lunqşan Məbədi, İmperator Saray Muzeyi, Prezident Ofisi Binası, Taipei Qonaq Evi, Ximendinq və bir neçə gecə bazarı şəhərin hər tərəfinə səpələnmişlər. Maokonq, Yanqminqçşan və isti bulaqlar kimi təbii xüsusiyyətlər də beynəlxalq ziyarətçilər tərəfindən yaxşı tanınır.
Albert Tayler
Albert Tayler (d. 4 yanvar 1872; Hamilton, Birləşmiş Ştatlar - ö. 25 iyul 1945; Kumberland, Birləşmiş Ştatlar) — Birləşmiş Ştatları təmsil edən yüngül atlet. 1896 Afina Olimpiadasında gümüş medal qazanıb. == Həyatı == Albert Tayler 1872-cü ilin 4 yanvar günündə Birləşmiş Ştatların Ohayo ştatının Hamilton şəhərində anadan olub. 1945-ci ilin 25 iyul tarixində isə Men ştatının Kumberland şəhərində ömrünün 73-cü yaşında vəfat edib. === Afina Olimpiadası === Albert Tayler 1896-cı ildə Yunanıstanın Afina şəhərində I Yay Olimpiya Oyunlarına qatıldı. Şüvüllə tullanma yarışlarında mübarizə aparan Tayler 3.30 metr nəticəyə imza atdı və I Yay Olimpiya Oyunlarının gümüş medalını qazandı.
Alparslan Türkeş
Alparslan Türkeş (25 noyabr 1917, Nikosiya, Nikosiya rayonu[d] – 4 aprel 1997, Ankara) — Türk hərbçi, siyasətçi, Milliyətçi Hərəkat Partiyasının qururcusu və ilk sədri. == Həyatı == Alparslan Türkeş 25 noyabr 1917-ci ildə Əhməd Həmdi əfəndi və Fatmagül Zəhra xanımın ailəsində Lefkoşada dünyaya gəlmişdir. Əslən Kayserilidir. İlk və orta təhsilini Lefkoşda almışdır. 1933-cü ildə ailəsi ilə birlikdə İstanbula köçmüşdür. Hərbi sferaya böyük sevgisi olan Alparslan Türkeş, 1936-cı ildə Qülləli Hərbi Liseyinə daxil olmuş, 1938-ci ildə kiçik leytenant rütbəsi ilə məzunu olmuşdur. 1940-cı ildə Refik Yurdsevərin qardaşı qızı Müzəffər xanımla evlənmiş, daha sonra isə Seval xanımla ailə qurmuşdur. Türkeşin 2 evlilikdən 7 uşağı olmuşdur. 1997-ci ildə Ankarada vəfat etmişdir. == Hərbi fəaliyyəti == === Erkən fəaliyyəti === 1944-cü ildə baş leytenant Türkeş, Nihal Atsız və Nejdət Sancarla birlikdə "İrqçilik-turançılıq" məhkəmə iddiası üzrə mühakimə olunur.
Bonni Tayler
Bonnie Tayler (8 iyun 1951) — Uelsli müğənni. Yaradıcılığının ən aktiv dövrü XX əsrin 70–80-ci illəri olub. Bonnie Tyler 2013 Avroviziya Mahnı Müsabiqəsində Böyük Britaniyanı "Believe In Me" mahnısı ilə təmsil etmiş və Böyük Britaniyaya 19-cu yeri qazandırmışdır.
Con Tayler
Con Tayler (ing. John Tyler; 29 mart 1790, Çarlz siti, Virciniya, ABŞ - 18 yanvar 1862, Riçmond, Virciniya, ABŞ) — Amerika Birləşmiş Ştatlarının 10-cu prezidenti (1841-1845) və 10-cu vitse-prezidenti (4 mart-4 aprel 1841). Con Tayler seçim yolu ilə deyil, vitse-prezident kimi, özündən əvvəlki prezident Vilyam Henri Harrisonun vəfat etməsindən sonra hakimiyyətə gəlmiş ilk ABŞ prezidentidir. Viqlər partiyasının nümayəndəsi olmasına baxmayaraq, hakimiyyəti dövründə demokratların mövqeyini dəstəkləmiş və hakimiyyətinin sonunadək Konqreslə gərgin münasibətlərdə olmuşdur. Tayler 1841-1845-ci illərdə prezident olmuşdur. 1861-ci ildə ABŞ-də cənub ştatlarının şimaldan ayrılmasına çağırışla bağlı Vətəndaş müharibəsi başlamışdır. Cənublular Taylerin də iştirak etdiyi (o, həmin vaxt Nümayəndələr Palatası Konfederasiyasının üzvü olmuşdur) konfederasiya yaratmışlar. Nəticədə cənubluların digər liderləri ilə yanaşı ona şimallılar tərəfindən dövləti cinayətdə ittiham elan edilmişdir. Tayler 1862-ci ildə (müharibə üç il sonra başa çatmışdır) vəfat etmişdir. == Erkən həyatı == İngilis əsilli əcdadları 200 əvvəl Virciniyada məskunlaşmış Con Tayler 1790-cı il martın 29-da Vilyamsburqda anadan olub.
Cudit Rayker
Cudit Rayker (alm. Judith Rakers‎; 6 yanvar 1976, Paderborn, Şimali Reyn-Vestfaliya) — Jurnalist, 2011 Avroviziya Mahnı Müsabiqəsinin aparıcılarından biri.
Culiya Tayler
Culiya Tayler (ing. Julia Gardiner Tyler; 4 may 1820[…], Lonq-Aylend[d], Nyu-York ştatı – 10 iyul 1889[…], Riçmond) — ABŞ siyasətçisi, 10-cu Prezidenti Con Taylerin həyat yoldaşı. Doğum tarixi dəqiq məlum deyil (4 may və ya 29 aprel).
Gəncə (tanker)
"Gəncə" — Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin tankeri. Gəncə şəhərinin adını daşıyır. == İnşası == Bu tanker “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və “Caspian Marine Services” Alyansı tərəfindən sifariş olunan tankerlərdən biridir. == Texniki göstəriciləri == Tanker 7 min ton yükgötürmə qabiliyyətinə malikdir. Uzunluğu 140,9, eni 16,7, saya oturumu isə 4,2 metr olan bu tanker Volqa-Don-Maks tipli, yəni, dayaz sularda üzməklə maksimum yükgötürmə qabiliyyətinə malikdir. Bu tanker ən müasir avadanlıqla təchiz olunub. == Fəaliyyət istiqaməti == “Gəncə” tankerinin texniki göstəriciləri onun gələcəkdə Xəzər hövzəsində dayaz limanlara daxil olmasına, eyni zamanda, Volqa-Don, Volqa-Balt kanallarında üzməsinə imkan yaradır. == İstismara verilməsi == "Gəncə" tankerinin istismara verilməsi mərasimində 18 noyabr 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak etmişdir.
Takeşi Aoki
Takeşi Aoki (d. 28 sentyabr 1982) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Takeşi Kamo
Takeşi Kamo (8 fevral 1915 - 26 mart 2004) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Takeşi Kitano
Takeşi Kitano (北野 武, Kitano Takeşi, 18 yanvar 1947, Adaçi, Tokio, Yaponiya) — rejissor və aktyor, komediant, ssenarist, yazıçı, şair və rəssam, teleaparıcı. 1995-ci ildə Conni-Mnemonik filminə çəkilmişdir.
Takeşi Koşida
Takeşi Koşida (d. 19 oktyabr 1960) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 19 oyun keçirib.
Takeşi Natori
Takeşi Natori — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib, 1 qol vurub.
Takeşi Obata
Takeşi Obata (yap. 小畑 健 Obata Takeshi) — yapon manqaka. Əsasən digər məlliflərlə birgə işlərin üzərində işləyir. == Layihələri == "500 Kōnen no Shinwa" (500光年の神話) (1985) Cyborg Jii-chan G (CYBORGじいちゃんG(サイボーグじいちゃんジー)) (1989) Arabian Lamp Lamp (魔神冒険譚(アラビアン)ランプ・ランプ); Susumu Sendo ilə (1991–1992) Chikarabito Densetsu -Oni o Tsugu Mono- (力人伝説 -鬼を継ぐもの-); Masaru Miyazaki ilə (1992–1993) Karakurizoshi Ayatsuri Sakon (人形(からくり)草紙あやつり左近); Şarakumaro (1995–1996) Hikaru no Go (ヒカルの碁); Yumi Hotta ilə və bindan əlavə, Yukari Yoshihara tərəfindən müşahidə (5-dan) (1998–2003) "Hajime" (はじめ); Otsuiçi ilə (2003) Death Note; Tsuqumi Oba ilə (2003–2006) Blue Dragon Ral Grad (BLUE DRAGON ラルΩグラド); Tsuneo Takano ilə (2006–2007) "Hello Baby"; Masanori Morita ilə (2007) "Urōboe Uroboros!" (うろおぼえウロボロス!); Nisio İsin ilə (2008) Bakuman. (バクマン。); Tsuqumi Oba ilə (2008–2012) All You Need Is Kill; Ryosuke Takeuçi ilə (2014) "RKD-EK9"; Niso İsin ilə (2014) == Mükafatları və nəmizədləri == 1985 Tezuka mükafatı (500 Kōnen no Shinwa üçün) 1999 Shogakukan manqa mükafatı (Hikaru no Go üçün) 2003 Tezuka Osamu mədəniyyət mükafatı (Hikaru no Go üçün Yaradıcılıq müfkafatı) 2007 nəmizəd - Tezuka Osamu mədəniyyət mükafatı (Death Note üçün Qran pri) 2008 nəmizəd - Anqule Beynəlxalq Komiks Festivalı (Death Note üçün Rəsmi seçim) 2008 nəmizəd - Eisner mükafatı (Death Note üçün Ən yaxşı rəssam) 2008 Eagle mükafatı (Death Note üçün Ərkəsöyün manqa) 2010 nəmizəd - Manqa Taişo (Bakuman.
Takeşi Okada
Takeşi Okada (d. 25 avqust 1956) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 24 oyun keçirib, 1 qol vurub.
Takeşi Ono
Takeşi Ono (d. 22 noyabr 1944) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 3 oyun keçirib.
Takeşi Vatanabe
Takeşi Vatanabe (d. 10 sentyabr 1972) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Takeşi İnoue
Takeşi İnoue (30 sentyabr 1928 - 5 aprel 1992) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Talkas
Talkas gölü (başq. Талҡаҫ) — Ural dağlarının şərq ətəklərində yerləşən şirinsulu göl. Göl inzibati cəhətdən Başqırdıstanın Baymak rayonu ərazisinə daxildir. == Coğrafiyası == Göl şirinsulu olub, tektonik məşəllidir. Talkas gölü iki dağ arasında ensiz sahəni tutur. İrendık silsiləsinin qərb enişində qərarlaşır. Göl Tubinski kəndindən 4 km cənub-şərqdə qərarlaşır. Cənub sahilində qədim yaşayış məntəqəsi olan İsranovo yerləşir. Şimal və cənub sahilləri düzəndir. Bu ərazilər bataqlıqlıqlaşmışdır.
Sykes
Vilyam Rassel Sayks (ing. William Russell Sykes; 13 oktyabr 1927 – 5 yanvar 2018, Kraystçerç) — Yeni Zelandiya botaniki. == Elmi fəaliyyəti == Vilyam Rassel Sayks toxumlu bitkilər üzrə ixtisaslaşmışdır. == Əsərləri == Sykes W. R. Contributions to the flora of Niue. — Wellington, 1970. — 320 p. — ISBN 0-477-01888-2. Sykes W. R. Kermadec Islands flora. — Wellington, 1977. — 216 p.
Corc Gaynes
Corc Heyns (ing. George Gaynes; 16 may 1917 və ya 3 (16) may 1917, Helsinki – 15 fevral 2016[…], Nort-Bend[d], Vaşinqton) — ABŞ aktyorudur. Fin, rus, polyak, fransız və holland əsillidir.
Fransiya Markes
Fransiya Markes (isp. Francia Elena Márquez Mina) — Kolumbiyada insan haqları və ətraf mühit üzrə afro-kolumbiyalı fəal. 2019-cu ildə BBC Fransiya Markesi həmin il üçün 100 Qadın siyahısına daxil edir. == Bioqrafiyası == Əsasən Afrika əsilli əhalisi olan Kauka departamentinin şimalındakı Suares bələdiyyəsinə aid Yolombo kəndində anadan olub. O, 13 yaşında bənd tikintisi onun icmasını təhdid edəndə fəal olUR. Santiaqo de Cali Universitetində hüquq təhsili almır. İki uşağın anası olan Fransiya Markes çoxmillətli korporasiyalar tərəfindən hüquqlarına və torpaqlarına edilən hücumlara qarşı La Tomenin Afro-Kolumbiyalı icmasının mübarizəsində liderə çevrilir. 2009-cu ildə onun iştirakı ilə başlayan müqavimət prosesi yerli sakinlərin bu ərazidən zorla çıxarılmasının qarşısını alıb. 2013-cü ildə o, 12 dekabr 2016-cı ilə qədər üzvü olduğu La Toma İcma Şurasının üzvü olur. Kolumbiyada sülh prosesinə qatılan, hökumətin Kubadakı Kolumbiya İnqilabçı Silahlı Qüvvələri qrupu ilə danışıqlarına dəvət edilir. Həm də geniş şəkildə feminist aktivist kimi tanınır.
Jan Mankes
Jan Mankes (15 avqust 1889, Meppel – 23 aprel 1920, Eerbeek) — holland rəssam. İşlədiyi mövzular avtoportretlər, mənzərə, quş və digər heyvanlar olmuşdur. Təhsilini Haaqadakı Kral İncəsənət Akademiyasında almış, Kris Lebau, Jan Şouten və Herman Veldhuisin tələbəsi olmuşdur. Karyerası boyunca təqribən 200 tablo, 100 eskiz yaratmışdır. 30 yaşında vərəm xəstəliyindən vəfat etmişdir. Əsərləri Hollandiya’dakı Şerinqa Realizm Muzeyi, Arnhem Müasir İncəsənət Muzeyi və Belveder Heerenven Muzeyində sərgilənir.
Lukas Vaskes
Lukas Vazkes İqlesas (1 iyul 1991) — Real Madridin və İspaniya millisinin hücumçusu. Lukas Vazkes 1 iyul 1991-ci ildə İspaniyanın Kurtis şəhərində dünüyaya gəlib. Hal-Hazırda Real Madrid klubunun şərəfini qoruyur. Peşəkar karyerasında yalnız ispan klublarının şərəfini qoruyub . Peşəkar karyerasında İspaniyanın Real Madrid C,Real Madrid B,Espanyol və Real Madrid komandalarında oynayıb .Həvəsgar karyerasında isə İspaniyanın Kurtis, Rusiyanın Ural İspaniyanın Real Madrid klublarında oynayıb . O,Real Madrid ilə 2 dəfə Uefa Çempionlar Liqasının, 1 dəfə La liqanın qalibi olub.
Rafael Markes
Rafael Markes (isp. Rafael Márquez) — meksikalı futbolçu. Meksika millisinin oyunçusu olub. 5 FİFA Dünya Kubokuna iştirak edib.
Reynaldo Vaskes
Reynaldo Vaskes — Salvador Futbol Federasiyasının sabiq prezidenti. == Həbsi == Reynaldo Vaskes ölkəsində sosial sahə üçün yığılan üzvlük haqqını mənimsəməkdə təqsirli bilindiyi üçün 2015-ci ildə həbs edilmişdir. Onun məhkəmə prosesi 2017-ci ildə başa çatmış və 8 il müddətində azadlıqdan məhrum edilmiş və onun 400 min avro ödəməli olduğu barədə qərar da çıxarılmışdır.