Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tayıflı
Tayıflı — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd. Kəndin əsl adı Tayıblıdır. "B" səsinin "f" ilə əvəzlənməsi Azərbaycan dilinin qərb qrupu üçün və eləcə də bir sıra türk dilləri üçün səciyyəvidir. Yaşayış məntəqəsinin adı keçmişdə maldarlıqla məşğul olmuş tayıblı nəslinin adı ilə bağlıdır. Kəndin ərazisi vaxtilə həmin nəslin əkin yeri olmuşdur. "Tayıflı" sözü üç hissədən ibarətdir: tay-ıf-lı. "Tay"ın "Azərbaycan dilinin izahlı lüğəti"ndə iki məna daşıdığı bildirilir: 1) bərabər, münasib, 2) qoşa şeylərdən biri – dağın, dərənin, çayın tərəflərindən biri. Kəndin mərkəzindən keçən yol vaxtilə çay olmuş, bu çayın hər iki tayında, tərəfində evlər tikilmiş, kənd salınmışdır. "Tay" həm də ucalığı bildirir. "Altay" sözündə (al-tay, yəni "uca dağ") olduğu kimi.
Tağılı
Tağılı (Borçalı) — Gürcüstan Respublikasının Aşağı Kartli diyarının Bolnisi bələdiyyəsində kənd. Tağılı (Hacıqabul) — Azərbaycanın Hacıqabul rayonunda kənd.
Tağılı (Bolnisi)
Tağılı (gürc. ტაგჰილი) və ya Tanziya — Gürcüstanda, Aşağı Kartli diyarının Bolnisi bələdiyyəsində kənd. Adı gürcüləşdirilidikdən sonra Tanzia (gürc. ტანძია) adlandırılmışdır. 1869-cu ildə həyata keçirilmiş kameral (ailə və ya tüstü/ev sayına görə) siyahıyaalınmaya əsasən Tiflis quberniyasının Tiflis qəzasının Tağılı kəndində Azərbaycan tatarlarından ibarət 5 ailə yaşayırdı.
Tağılı (Borçalı)

Tağılı (Hacıqabul)
Tağılı — Azərbaycan Respublikasının Hacıqabul rayonunun inzibati ərazi vahidində kənd. Tağılı Hacıqabul r-nunun Udulu i.ə.v.-də kənd. Pirsaat çayının sahilində, dağətəyi ərazidədir. Yaşayış məntəqəsini vaxtilə Udullu kəndindən köçüb gələn ailələr salmışlar. Kəndin adı ilk sakinlərindən olan Tağ adlı şəxsin adı ilə bağlıdır. Oykonim Tağ antroponimi və aidlik, mənsub. bildirən -li şək.-sindən ibarətdir. 2019-cu ilin siyahıyaalınmasına əsasən kənddə 438 nəfər əhali yaşayır.