Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tayland
Tailand və ya rəsmi olaraq Tailand krallığı (Pratet Tai, tay ราชอาณาจักรไทย [râːtɕʰa ʔaːnaːtɕɑ̀k tʰɑj]) — Hind-Çin yarımadasında dövlət. Monarxiya quruluşuna malikdir. Digər yarımada dövlətlərinə görə nisbətən inkişaf etmişdir. Adı bir vaxtlar Siyam Krallığı olan ölkə 1939-cu ildə Tailand adlandırılmışdır. Paytaxt Banqkokun tai dilindəki mənası "mələklər şəhəri"dir. 200 il bundan əvvəl kiçik bir balıqçı şəhəri olaraq Siyam Krallığının paytaxt qurulan şəhəri, indi Asiyanın ən böyük şəhərlərindən biridir. Tailand 4 ölkə ilə həmsərhəddir – Kamboca, Laos, Myanma və Malayziya. 513,000 km² sahəsi ilə 51-ci, 66 milyon nəfər əhalisi ilə isə 20-ci yerdədir. Tailandda idarəetmə forması konstitusiyalı monarxiyadır. Tailand iqtisadiyyatı adambaşına düşən ÜDM göstəricisinə görə 20-ci, nominal ÜDM həcminə görə isə 27-ci yerdədir.
Tayvanda səhiyyə
Tayvanda səhiyyə — Tayvandakı səhiyyə sistemi. == Statistika == 2006-cı ildə Tayvanda əhalinin hər 100 min nəfərinə 220 həkim, 481 orta tibb işçisi və mama, 26 stomatoloq, 120 əczaçı düşürdü. Ölkədə 131152 ədəd xəstəxana çarpayısı var idi. Tibbi yardımın 96%-i Avropa nümunəli, 4%-i Çin xalq təbabətindən ibarətdir. Bu sahədə 547 xəstəxana, o cümlədən 24 tibb mərkəzi, 55 rayon klinikası, 344 dairə xəstəxanası, 52 psixiatriya klinikası fəaliyyət göstərir. Səhiyyəyə qoyulan xərc 2006-cı ildə ÜRM-in 6,1%-ni təşkil etmişdir ki, bunun da 25,9%-i büdcə hesabına, 53,6%-i özəl sektor hesabına, 15%-i sahibkarlar hesabına, 5,5%-i qeyri-kommersiya təşkilatları hesabına maliyyələşdirmə idi. == İslahatlar == 1980-ci illərdə ölkədə iqtisadi artımın yüksəlməsi nəticəsində Tayvanda səhiyyə sahəsində böyük islahatlar başlanmışdır. Hökumət bir planlaşdırma komissiyası qurmuş və digər ölkələrin səhiyyə sistemlərini öyrənmək üçün xaricə mütəxəssislər göndərilmişdir. Ondan çox ölkənin təcrübəsi öyrənilmiş və əldə olunan məlumatlar öz milli xüsusiyyətləri ilə birləşdirilmişdir. == Normativ-hüquqi baza == Tayvanda səhiyyə sisteminin hüquqi tənzimlənməsi süni mayalandırma haqqında 2007-ci il tarixli, orta tibb işçiləri haqqında 2004-cü il tarixli, fizioterapevtlər haqqında 1996 və 2007-ci il tarixli, tibbi sığortanın milli sistemi haqqında 1994-cü il tarixli, psixi sağlamlığın mühafizəsi haqqında 1992-ci il tarixli, kiçik tibb işçiləri haqqında 2000-ci il tarixli, təcili tibbi yardım haqqında 1995 və 2004-cü il tarixli, həkimlər haqqında 1943 və 2002-ci il tarixli, doğuma yardım haqqında 2005-ci il tarixli, terminal vəziyyətlərdə palliativ yardım haqqında 2000-ci il tarixli qanunlarla; tibb müəssisələrinin fəaliyyətinin standartları haqqında 1987 və 2005-ci il tarixli Əsasnamə ilə tənzimlənir.
Tayvanda təhsil
Tayvanda təhsil (çin. 臺灣教育) — Tayvanda mövcud olan çoxşaxəli təhsil sistemi. == Təhsil sistemi == Tayvanın güclü təhsil sistemi var. Tayvan texnologiya və innovasiyalar ilə maraqlanan tələbələr üçün kifayət qədər ideal bir məkandır. Bu ölkə qabaqcıl texno-sənayesi, bir sıra universitetləri ilə məşhurdur. Əcnəbi tələbələr həm təhsil haqqı və həm də yaşayış xərcləri baxımından sərfəli olan Tayvanda oxumağa üstünlük verirlər. Tayvanın 2016-cı ilə aid Asiya reytinqlərində 34 nümayəndəsi var idi ki, onlardan da 5-i ilk 50-likdə yer almışdır. Ölkənin təhsil sisteminə 3-6 yaşında uşaqların məktəbəqədər tərbiyəsi, 9 illik icbari təhsil, ali təhsil daxildir. 9 illik icbari təhsil də öz növbəsində 6 illik ibtidai məktəb; 3 illik natamam orta məktəb, onu bitirdikdən sonra isə təhsili 3 illik tam orta məktəbdə və ya 3 illik orta peşə məktəbində, yaxud da 5 illik peşə kollecində davam etdirmək olar. == Normativ-hüquqi baza == Tayvanda təhsil sistemi tam orta və orta ixtisas təhsili haqqında 2004-cü il tarixli, natamam orta təhsil haqqında 2006-cı il tarixli, qeyri-dövlət məktəbləri haqqında 2006-cı il tarixli, universitetlər haqqında 2007-ci il tarixli qanunlarla tənzimlənir.
Ağqanad balabansəs
Ağqanad balabansəs (lat. Psophia leucoptera) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin balabansəslər fəsiləsinin balabansəs cinsinə aid heyvan növü.
Ağqanad danaayağı
Hündürlüyü 20-40 sm olan çoxillik bitkidir.Kök yumruları kökümsov şəklində oval və yaxud uzanmışdır. Gövdəsi yarpaq saplağından qısadır. == Yarpaq == Yarpaq ayası iridir, nizəşəkilli oxşəkillidir, demək olar ki, saplağa bərabərdir; kənar bölümləri aralıdır.Toppuzşəkilli törəmələr qısa-silindrikdir, sarı rəngdə, bəzən az bənövşəyi rəngdədir. == Çiçəkləməsi == Aprel == Meyvə verməsi == Aprel-May. == Azərbaycanda yayılması == Samur-Şabran oval., Alazan-Əyriçay, Lənk. Muğ., Lənk.dağ., Lənk. oval. Ovalıqdan aşağı, bəzən orta dağ qurşağında. == Yaşayış mühiti == Meşə içərsindəki çəmənlikdə, kolluqlarda, qırılmış meşələrdə rast gəlinir. == Təsərrüfat əhəmiyyəti == Qurumuş köklərindən alınan toz xalq arasında yarasağaldıcı vasitə kimi istifadə olunur.
Ağqanad pinqvin
Ağqanad pinqvin (lat. Eudyptula minor albosignata) — elədə böyük olmayan pinqvinlər 30 sm uzunluğa, yarın kq çəkiyə malik olurlar. Bu yarımnövün nümayəndələri Banks yarımadası və Motunau adasında yuva qururlar. Sayının 3750 cüt olması eehtimal edilir. == Təsnifat == Bir çox alimlər bu canlını Kiçik pinqvinlərin yarımnövü hesab edir. DNT analizləri sayəsində 2009-cu ildə "BirdLife International" bu canlını rəsmən Kiçik pinqvinlərin yarımnövü elan ettmişdir. == Yaşayış bölgəsi == Ağqanad pinqvinlər əsasən Yeni Zelandiyanın Kenterberi vilayətinin burun, mağara, küləkdən müdafiə olunan buxtalarda yaşayırlar. == Xüsusiyyətləri == Digər pinqvinlərdən fərqli olaraq gecə həyatı keçirirlər. Gündüzlər isə yuvalarında yatırlar. Gecələr dənizə çıxırlar.
Ağqanad ördək
Ağqanad ördək (lat. Asarcornis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Tayland Krallığı
Tailand və ya rəsmi olaraq Tailand krallığı (Pratet Tai, tay ราชอาณาจักรไทย [râːtɕʰa ʔaːnaːtɕɑ̀k tʰɑj]) — Hind-Çin yarımadasında dövlət. Monarxiya quruluşuna malikdir. Digər yarımada dövlətlərinə görə nisbətən inkişaf etmişdir. Adı bir vaxtlar Siyam Krallığı olan ölkə 1939-cu ildə Tailand adlandırılmışdır. Paytaxt Banqkokun tai dilindəki mənası "mələklər şəhəri"dir. 200 il bundan əvvəl kiçik bir balıqçı şəhəri olaraq Siyam Krallığının paytaxt qurulan şəhəri, indi Asiyanın ən böyük şəhərlərindən biridir. Tailand 4 ölkə ilə həmsərhəddir – Kamboca, Laos, Myanma və Malayziya. 513,000 km² sahəsi ilə 51-ci, 66 milyon nəfər əhalisi ilə isə 20-ci yerdədir. Tailandda idarəetmə forması konstitusiyalı monarxiyadır. Tailand iqtisadiyyatı adambaşına düşən ÜDM göstəricisinə görə 20-ci, nominal ÜDM həcminə görə isə 27-ci yerdədir.
Ağqanad diuka
Ağqanad diuka veya buzlaqquşu (lat. Idiopsar speculifer) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin thraupidae fəsiləsinin diuka cinsinə aid heyvan növü. Argentina, Çili, Boliviya və Peruda rast gəlinir. Təbii məskənləri subtropik və ya tropik yüksək dağ çəmənlikləridir.
Tayana Tüdegeş
Tayana Tüdegeş (rus. Тайана Васильевна Тудегешева, 19 noyabr 1957, Ust-Anzas[d], Kemerovo vilayəti – 15 fevral 2022, Sankt-Peterburq) — Şor yazıçısı, şairi. O, Rusiya Yazıçılar Birliyinin üzvüdür. == Həyatı == 19 noyabr 1957-ci ildə Şor türklərinin ölkəsi Şoryanın Taştagol bölgəsi Ust-Anzas kəndində anadan olmuşdur. Atası Şor dili müəllimi Vasili olmuşdur. Tayana şer yazmağa VI sinifdə oxuyarkən başlamışdır. 1998-ci ildə Şor ədəbiyyatında ilk kitabı olan "Şoryam" nəşr edilmişdir. 2000-ci ildə Rusiya Yazıçılar Birliyinə üzv olmuşdur. Qorki adına Ədəbiyyat İnistitutundakı ədəbiyyat dərslərinə qatılmışdır. 2000-ci ildə Tayana Vasilyev qızı Tüdegeşyeva şerlərini toplu halda "Poyuşçiye strelı vremen" adlı kitabında nəşr etdirdi.
Tayland günəş təqvimi
Tayland günəş təqvimi — Tailandda rəsmi şəkildə istifadə edilən və geniş yayılan təqvimdir . Bu təqvim 1888 - ci ildə Çulalonqkorn tərəfindən Tay Ay təqvimini əvəzində tərtib edilmişdir. Hesablama e.ə. 543-cü ildən başlanan buddist dövrünə əsasən aparılır. Qriqori təqviminə əsasən 2020-ci il buddist dövrünün 2563-cü ilinə müvafiqdir.
Tayland Milli Kitabxanası
Tayland Milli Kitabxanası — (tay หอสมุดแห่งชาติ) Taylandın qanuni depozitari və müəllif hüquqları kitabxanasıdır. O, rəsmi olaraq 12 oktyabr 1905-ci ildə mövcud üç kral kitabxanasının birləşməsindən sonra yaradılmışdır və Asiyanın ən qədim milli kitabxanalarından biridir. O, Banqkokda, Taylandın Mədəniyyət Nazirliyinin Gözəl Sənətlər Departamentinin yurisdiksiyasında fəaliyyət göstərir. 2013-cü ilə qədər Banqkokdakı kitabxanada üç milyondan çox əşya və 11 əyalət filialı var idi. Onun büdcəsi 87 milyon baht idi və burada təxminən 200 işçi çalışırdı. == Fon == Tayland Milli Kitabxanasının əsas vəzifələri mediadan asılı olmayaraq bütün milli əqli mülkiyyəti toplamaq, saxlamaq, qorumaq və təşkil etməkdir. Kolleksiyalara Tay əlyazmaları, daş kitabələr, xurma yarpaqları, Tayland ənənəvi kitabları və çap nəşrləri, eləcə də audio-vizual materiallar və rəqəmsal resurslar daxildir. Kitabxana ölkə daxilində vətəndaşlara xidmət göstərən milli informasiya resursudur. Milli Kitabxananın böyük tarixi var. Onun sələfi Phra Vajirayana Kral Kitabxanası (tay หอสมุดพระวชิรญาณ) idi və 1883-cü ildə Kral Monqkutun (IV Ramayal atasının) oğul və qızları tərəfindən yaradılmışdır.
Tayland 2018 Qış Olimpiya Oyunlarında
Tayland 2018 Qış Olimpiya Oyunlarında xizəklə yürüş olmaqla 2 idman növündə 4 idmançı ilə təmsil olunacaqdır. == Millinin tərkibi == === Xizək idmanı növləri === ==== Dağ xizəyi idmanı ==== Təsnifat mərhələsində idmançı Beynəlxalq Xizək İdmanı Federasiyasının 21 yanvar 2018-ci il reytinqinə əsasən yarışmada iştirak edirlər. Bu yarışmada top-500 daxil olan və təsnifat xalını toplaya bilən idmançılar iştirak edə bilirlər. Top-500 daxil olmayan ölkələrin idmançıları "B" kateqoriyasında iştirak edirlər. Nəticələrə əsasən Tayland "B" kateqoriyası üzrə 2 idmançı ilə təmsil olunacaqdır. Kişilər Qadınlar ==== Xizək yürüşü ==== Təsnifat mərhələsində idmançı Beynəlxalq Xizək İdmanı Federasiyasının 21 yanvar 2018-ci il reytinqinə əsasən iştirak edə bilər. "A" kateqoriyası üzrə lisenziya qazanmaq üçün idmançı reytinq üzrə 100 xal qazanmalıdır. Bununla belə MOK-ləri "B" kteqoriyasını ödəyə biləcək 1 qadın və 1 kişi olmaqla iştirakçı ilə təmsil oluna bilər. Təsnifata əasən Tayland kişilərdə "A" kateqoriyası üzrə, qadınlarda isə "B" kateqoriyası üzrə təmsil olunacaqdır.
Qayğanaq
Qayğanaq və ya Qayqanaq — Təbriz mətbəxinə aid bir növ şirin krep və ya blin.