İŞIQLIQ

is.
1. İşıqlı şeyin halı, işıqlanma dərəcəsi. Lampanın işıqlığı.
// İşıq, parlaqlıq.
2. Adətən kənd evlərində, daxmalarda, pəyədə, tövlədə və s.-də işıq gəlmək üçün yer, balaca pəncərə.
…Daxmanın bir tayqanad qapısı, bir də divarın başında xırda bir işıqlığı vardı. S.Rəhimov.

3. məc. Maarif, mədəniyyət, elm, ürfan.
□ İşıqlığa çıxmaq məc.1) maariflənmək, mədəniləşmək.
Əziz balalar! …Bizim qaranlıqdan işıqlığa çıxmağımıza mane olurdular. N.Nərimanov;

2) xoşbəxt olmaq, xoşbəxtliyə çıxmaq.
İşıqlığa çıxasan (çıxasınız) – xoşbəxtlik, səadət, yaxşı gün arzusu.
[İmran:] Ay səni görüm, işıqlığa çıxasan! M.Hüseyn.

Синонимы

  • İŞIQLIQ parlaqlıq — aydınlıq

Антонимы

  • İŞIQLIQ İŞIQLIQ – QARANLIQ Ay səni görüm, işıqlığa çıxasan! (M.Hüseyn); ...Ərinin gələcəyini, qaranlıq taleyini düşünürdü (Mir Cəlal)
İŞIQLI
İŞIQOTU

Значение слова в других словарях