Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Telemea
Telemea pendiri-Telemea ənənəvi olaraq qoyun südündan hazırlanmış Rumıniya pendirinin adıdır. İndiyə qədər termin inək südündən hazırlanmış pendir, bəzi hallarda isə keçi və ya camış südünündən hazırlanır. Rumın dilində Telemean adı "yuvarlanmış" mənasını verir ki bu da türk termini olub teleme sözündən götürülmüşdür. Yunan pendiri Feta'a oxşar olub, Telemea yüksək miqdarda sudan ibarət olmaqla yumşaq quruluşa malik , krem tərkibli və ağızda qalan dada malik pendir növüdür. Alternativ olaraq, pendir daha qarışıq, daha ətirli və duzlu hala gətirən yaşlanma prosesindən keçirilir. Cirə toxumları bəzən ədviyyatlı, ceviz ləzzəti vermək üçün əlavə olunur. Bu pendir qəlyanaltılar, salatlar və müxtəlif yeməklər (məsələn, omlet, blinçik, piroq) üçün masa pendiri kimi istifadə olunur. Telemea pendiri hazırlanarkən, südə pendir mayası əlavə edib çürüdülür. Ən çox inək və qoyun südü istifadə olunur, keçi və inək südündən hazırlandıqda isə daha zərif olur. Nəticədə çürümüş süd süzgəcdən keçirilir və xüsusi pendir qablarında saxlanılır, gecə boyu sıxılır, sonra kvadrat hissələrə bölünür.
Corc Lemetr
Jorj Anri Jozef Eduar Lemetr (fr. Georges Henri Joseph Édouard Lemaître; 17 iyul 1894[…], Şarlerua, Eno – 20 iyun 1966[…], Leuven, Brabant əyaləti[d]) — Belçikadakı Katolik kilsəsində keşiş, riyaziyyatçı, astronom və Löven Katolik Universitetində fizika üzrə professor olmuş yezuit. O, tarixdə ilk dəfə yaxın qalaktikaların resessiyasının genişləyən kainat nəzəriyyəsi ilə açıqlamağın mümkün olduğunu təsbit etmişdir. Daha sonra bu fikir Edvin Habbl tərəfindən aparılan müşahidələr nəticəsində doğrulanmışdır. Lemetr ilk dəfə hal hazırda Habbl qanunu və ya Habbl-Lemetr qanunu olaraq bilinən qanunu ortaya qoymuş və Habblın məqaləsindən iki il əvvəl, 1927-ci ildə çap etdiyi məqaləsində Habbl sabitinin hesablamasını aparmışdır. O, həmçinin, ilk başda "ibtidai atom nəzəriyyəsi" olaraq adlandırdığı, bu gün isə "Böyük partlayış nəzəriyyəsi" fikrini irəli sürmüşdür.
Jorj Lemetr

Telelər
Telelər — qədim türk tayfası. Tele tayfası erkən orta əsrlərdə (IV-V əsrlərdə) Balxaş gölü ətrafında yaşamışdır. V əsrdə 100 min alaçıqdan ibarət telelər İrtış çayını keçərək Aral və Xəzər dənizləri arasındakı ərazidə öz dövlətlərini yaratmışdılar. 492-ci ildə telelər öz dövlətini yaratdılar.494-496-cı illərdə bu dövlətə eftalilər son qoydular. 552-ci ildə türk xaqanlığı yaradıldıqda tele tayfa birləşməsi həmin dövlətə daxil olmuşdur.556-cı ildə onlar xaqanlığın qərbində, Xəzər dənizi sahillərində məskunlaşmışdılar. VII-VIII əsrlərdə tokuz-oğuz adı ilə adlanmışlar.Türk xaqanlığının dağılması nəticəsində (1704) telelərin bir hissəsi İrtış hövzəsində yaşayan qıpçaqlara qarışmış, digər hissəsi isə VIII əsrdə Xəzərlərin tərkibinə daxil olmuşdur. Qıpçaqların və Xəzərlərin tərkibində Azərbaycana gəlmişdilər. Telelər jujanlarla qonşu yaşayırdılar. Amma əlaqə saxlamırdılar. Onlar Hun imperiyasına qatıldılar.