Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Elmmetriya
Elmmetriya (Scientometrics) – elmi informasiya axını və massivlərinin dinamika və strukturunun tədqiqatı ilə məşğul olan elm sahəsidir. Elm fəlsəfəsinin, elmmetriyanın meydana gəlməsi Kembric və London universitetlərinin professoru, London Kral Cəmiyyətinin (Royal Society of London) üzvü Con Bernalın (John Desmond Bernal) 1939-cu ildə "Elmin sosial funksiyası" ("The Social Function of Science") adlı kitabının yazılması ilə bağlıdır [8]. Bu kitabında o, elmi həm sosializm, həm də kapitalizm mühitində analiz etmişdir. O, təsdiq etmişdir ki, elm kapitalizmi üstələyir və İngiltərə elmi yalnız sosializm mühitində özünün ən yüksək səviyyəsinə çatmışdır. "Elmin sosial funksiyası" kitabında, eynilə "Elm və cəmiyyət" ("Science and Society"), "Cəmiyyətin tarixində elm" ("Science in History") adlı kitablarında elmin fəlsəfi mənası, elm, texnika və sosial şərtlərin qarşılıqlı əlaqəsi, cəmiyyətin inkişafında elmin rolu haqqında məlumatlar verilmişdir. Bu kitab yazıldıqdan 25 il sonra Con Bernal təsdiq edirdi ki, "Elm haqqında elm və ya elmin özünü dərk etməsi XX əsrin ikinci yarısının möhtəşəm başlanğıcıdır". O, həmçinin elmi-texniki inqilab konsepsiyasının yaradıcılarından biri hesab edilir. O, 1958-ci ildə yazdığı "Müharibəsiz dünya" ("World Without War") adlı kitabında müharibə zülmündən azad olmuş və bütün elmi nailiyyətləri insan naminə istifadə etmiş cəmiyyətin təsvirini vermişdir. Elmmetriya ayrıca elm sahəsi kimi çox gənc elmdir. İngilis dilində "Scientometrics" adlanan bu termin ilk dəfə elmə Moskva Dövlət Universitetinin filosofu və riyaziyyatçısı Vasili Nalimov (Василий Васильевич Налимов) tərəfindən daxil edilmişdir.