Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Teodolit
Teodolit — ölçmə aparatıdır. T10 teodolit şkalalı T10 optik teodoliti, analitik şəbəkələrdə və 1,2 dərəcəli poliqonometriyada üfuqi və şaquli bucaqları 10 orta kvadrat səhvlə ölçmək üçün hazırlanmışdır. Məsafəli saplar şəbəkəsi və obyektivə taxılan DU-04, DH-06 məsafəölçənləri ilə ölçmək mümkündür. Durbinə taxılmış silindrik taraz vasitəsilə texniki nivelirləmə aparmaq olar. Şaquli oxlar sistemi silindrik və təkraridir. Limb və alidada birlikdə fırlanır. Üfuqi dairə alidadadı və durbin bağlayıcı və mikrometrik vintlərlə təchiz olunmuşdur. T5 şkalalı optik teodoliti analitik şəbəkələrdə və 1,2 dərəcəli poliqonometriya üfüqivə şaquli bucaqları ±5 orta kvadrat səhvlə ölçmək üçün hazırlanmışdrır. məsəfaləri saplar şəbəkəsi və DH-4, DH-06 taxma məsafəölçəni ilə ölçmək olar. T5 teodolitində şaquli oxlar sistemi qeyri-təkrarıdır.
Feodorit
Feodorit (təq. 393, Antioxiya – 457 və ya ən tezi 458 və ən geci 466) — Erkən dövr xristian dini ilahiyyatçısı və din xadimi. == Həyatı == Məşhur xristian ilahiyyatçısı Feodorit təxminən 386 və yaxud 393-cü ildə Antioxiya (indiki Antakya) şəhərində doğulmuşdur. Onun həyatının ilk illəri haqqında çox az məlumat vardır. Əldə olan məlumatlarda, varlı ailədə dünyaya gəldiyi, anasının dindar qadın olduğu bildirilmişdir. Doğma şəhərində öz dövrünə görə yaxşı təhsil aldıqdan sonra, kilsəyə qatılmış, dyakon vəzifəsinədək yüksəlmişdir. Tarixçilər onun hələ bu dövrdən tərki-dünyalığa meyl göstərdiyini bildirirdilər. == Dini fəaliyyəti == 423-cü ildə Antakyanın yaxınlığındakı kiçik Kir şəhərində İsidorun yerinə yepiskop olmuşdur. Bu şəhərdəki ilk illəri çətin keçmişdir, belə ki, şəhər əhalisinin xeyli hissəsi qeyri-xristianlardan (yəhudi və bütpərəstlərdən) ibarət idi. Əhali arasında onun nüfuzu xeyriyyəçəliyinə görə yüksək idi, çünki, o hələ Antakyada yaşayarkən, əmlakının mühüm hissəsini fəqirlərə vermişdi, Kirə gəldikdən sonra isə qalan bütün əmlakını şəhərin abadlaşdırılmasına sərf etmişdir.